Category: Ordu

  • Xudafərinə aparan Arazqırağı yolun ən yeni görüntüləri – VİDEO

    İllərdir erməni işğalında qalan Cəbrayıl raroynunun, Araz çayının yeni görüntüləri yayılıb.

    Videonu Oxu.Az-ın əməkdaşı qeydə alıb.

    Sözügedən videonu təqdim edirik:

  • Müharibədən zərər çəkən uşaq və analara tibbi-psixoloji dəstək

    “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Ağcabədi və Ağdam rayonlarında müharibədən zərər çəkən azyaşlı uşaqlar, südverən analar və hamilə qadınlar üçün tibbi-psixoloji, eləcə də onların sosial, fiziki və əqli inkişafına dəstək layihəsi həyata keçirilir.

    Rayonlara ezam olunmuş pediatr, uşaq psixiatrı, nevroloq və psixoloqlar iki ay davam edəcək layihəyə cəlb edilən şəxslərin müayinə və müalicəsini aparır, uşaqların rahat və təhlükəsiz şəraitdə yetişməsi, şəxsiyyət kimi formalaşması üçün inkişafetdirici oyunlar, müxtəlif fəaliyyətlər təşkil edirlər. Eləcə də gənc analara uşaqların təlim-tərbiyəsi, ana südü ilə qidalandırılmasının əhəmiyyəti, uşaqlar və valideynlər arasında emosional bağlılığın təşviqi və digər istiqamətlərdə məsləhətlər verilir.

    RİİB könüllüləri sakinlərin layihəyə cəlb olunması və qeydiyyatı, layihənin icrası zamanı yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət, həmçinin maarifləndirmə işləri həyata keçirirlər.

    Qeyd edək ki, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin layihənin icra vəziyyəti ilə yerində tanış olmaq üçün Ağcabədi və Ağdam rayonlarında olub və rayon icra hakimiyyəti nümayəndələri, həkimlər, pasiyentlər, RİİB könüllüləri ilə görüşərək onlarla fikir mübadiləsi aparıb.

  • Xudavəng monastır kompleksinin yeni görüntüləri – VİDEO

    Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Xudavəng monastır kompleksinin yeni görüntüləri lentə alınıb.

    Rayon 1993-cü ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra bu monastır kompleksi erməni abidəsi kimi dünyaya təqdim edilməyə başlamışdı.

    Əslində isə Alban-udin məbədi olan monastr Azərbaycanın ən qədim tarixi abidələrindən biridir.

    Oxu.Az monastrın yeni görüntülərini təqdim edir:

  • Ruslar yenə xəritəni dəyişdi: Qarabağda nə baş verir? (FOTO)

    Ruslar yenə xəritəni dəyişdi: Qarabağda nə baş verir? (FOTO)

    Rusiya sülhməramlıları yenidən Dağlıq Qarabağla bağlı xəritədə dəyişiklik ediblər.

    Median.Az xəbər verir ki, sülhməramlılar bu dəfə xəritəyə Tərtər rayonuna doğru yeni əraziləri əlavə ediblər.

    14 və 17 dekabr tarixlərində təqdim olunan xəritələrlə müqayisəli şəkildə tanış ola bilərsiniz: (yenisabah.az)

  • Şəhidin son vəsiyyət mesajı: “Oğlum həmişə fəxr etsin, çünki atası qəhrəman olacaq” – VİDEO

    Jurnalistləri Vətən Müharibəsinin qəhrəman şəhidlərindən olan kapitan Əsəd Həsənovun evinə sadəcə, bir şəkil aparmışdı. Bacısı Günayın canından çox sevdiyi qardaşının şəklini bağrına basıb, sevinc göz yaşları ilə Zəfər paradını izlədiyi an çəkilmiş şəkli…

    “Qafqazinfo”nun əməkdaşları ilə həmsöhbət olan Günay Əsədova bildirib ki, o, bundan öncəki paradları da qardaşı ilə birgə izləyib. Əsəd hərbçi, Günay isə tamaşaçı qismində olub.

    Bundan öncəki paradlar zamanı bacı-qardaşın həmişə dayandığı bir yer olub – Qız Qalasının düz qarşısı. İmişlidən Zəfər paradı üçün Bakıya gələn Günay yenə həmin yerdə dayanıb:

    “Eşidəndə, ayın 10-da Zəfər paradıdır, anamgili tələsdirdim ki, mən ora getməliyəm. Əsəd məni orada gözləyir, birdən tək dayanar. Düşünər ki, mən ölüb getdim, bacım məni unutdu. Özümü Bakıya çatdırdım, səhər tezdən şəkili sinəmə sıxıb getdim parada. İçərişəhərdən irəlilədikcə hər görən ayaq saxlayıb qardaşımı bir anlıq yad edirdi, yol verirdi. İnsanlar sevinirdi, mən də sevinirdim, amma göz yaşı ilə… Hərbçilərin içində axtardım, amma Əsədi tapa bilmədim. Orada dərk etdim ki, Əsəd artıq yoxdur. Özümdən asılı olmadan başladım Əsədi çağırmağa”.

    Kapitan Əsəd Həsənov 1988-ci ildə İmişlidə anadan olub. O, bundan öncə Naxçıvanda xidmət edib. Daha sonra isə Ağdamda yerləşən N saylı hərbi hissəyə Qərargah rəisi göndərilib. Şəhidimiz ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.

    Əsəd Həsənov döyüşdən öncə ailə üzvlərinə “WhatsApp”da vəsiyyətini göndərib:

    “Hər birinizi öpürəm, bağrıma basıram. Özünüzdən muğayət olun. Balalarıma yaxşı baxın, sizə tapşırıram. Mənim Hüseyn oğlum həmişə mənlə fəxr etsin, çünki onun atası qəhrəman olacaq”.

    Əsədə göndərilən cavabı oxumağa isə onun nə fürsəti, nə də imkanı olub. Cavabı oxumadan şəhidlik zirvəsinə ucalıb.

    Atası Fərhad Hüseynov bildirib ki, düşmənin atdığı mərmilərdən biri onun 4-5 metr yaxınlığına düşüb. Nəticədə o, ölümcül yaralanıb. Buna baxmayaraq, Əsəd ayaq üstə qalıb, yıxılmayıb. O, hərbi ambulansla ərazidən çıxarılan zaman yenə həmin əraziyə mərmi düşüb və Əsəd daha bir qəlpə yarası alıb. Aldığı yaralar nəticəsində kapitan Həsənov şəhidlik zirvəsinə ucalıb.

    Əsədin anası Mələk Həsənova bildirib ki, oğlu öz şəhidliyini öncədən hiss edib:

    “Əsəd öz şəhidliyini hiss etmişdi. Ölümündən qabaq sinəsindən bayrağı çıxarıb operatoruna veribmiş ki, bunu Şuşa işğaldan azad ediləndə ora asarsınız. Oğlum Ağdamda böyük qəhrəmanlıqlar göstərib. Arzum odur ki, Əsədin adı Ağdamda, şəhid olduğu torpaqlarda əbədiləşdirilsin”.

  • Şəhidin xanımı: “Paltarlarını büküb, saxlamışam ki, qoxusu getməsin” – VİDEO

    Şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Hərbi Dəniz Qüvvələrinin kəşfiyyatçısı Vüsal Məmmədovdur.

    O, Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub.

    V.Məmmədovun yeddi aydır ailə həyatı qurduğu Zemfira Məmmədova bildirir ki, kimsə onun harada işlədiyini bilmirdi.

    Vətəni göz-bəbəyi kimi qoruyan şəhid doğulacaq övladının xəbərini də döyüşlərdə olarkən öyrənib.

    Həyat yoldaşı Z.Məmmədova yeddi aylıq evliliklərində Vüsalı cəmi dörd ay gördüyünü bildirir.

    Şəhid Vüsal Məmmədov haqqında Baku TV-nin süjetini təqdim edirik:

  • SON DƏQİQƏ: bu ərazilər də Azərbaycana QAYTARILIR – Ermənilərə sabah saat 17:00-dək VAXT VERİLDİ

    Sabah saat 17:00-a qədər Zəngəzur istiqamətindəki bütün əlverişli yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək.

    AZSABAH.COM Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib.

    İlk Qafan ətrafındakı yüksəkliklər boşaldılır. Çünki bu ərazilər Azərbaycanın dövlət sərhədinə daxildir. Ermənilərə sabaha qədər vaxt verilib.

    “Damcılı kəndinin və ətrafdakı yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi bütün Qafan rayonuna nəzarət etmək imkanı verir”, – erməni mənbələr yazırlar.


    Erməni teleqram kanalları isə yazır ki, yüksəkliklərin təhvil verilməsindən sonra Qafan rayonunun kəndləri atəş məsafəsində olacaq və orada yaşamaq mümkün olmayacaq. Bu kəndlərə azərbaycanlı qaçqınlar qayıdacaq. Hazırda ermənilər ərazini tərk edir.

    Dövlət sərhədi beynəlxalq səviyyədə tanınmış ərazilərə uyğun olaraq, Qafandan Mehriyə qədər bərpa edilir.

    Qafan şəhərinin meri Gevork Parsyan bir az öncə açıqlama yayıb: “Bu gün saat 17:00 qədər ətraf yüksəklilərdən geri çəkilməyimiz barədə bizə əmr verilib. Biz bu yüksəklikləri təhlükəsizlik zonası yaratmaq üçün qoruyurduq, amma İrəvandan gələn əmrə görə, axşama qədər geri çəkilməliyik”.

    Erməni mediasının yazdığı kimi sabah yox, bu gün saat 17:00-a qədər vaxt verilib.

  • Xudayarın məşqçisi: “Deyirdi ki, yorulmusan, səsimlə istirahət et”

    “Xudayar Yusifzadə tərbiyəsinə və uğurlarına görə sayılıb-seçilən idmançılarımızdan olub. Altı il – 2012 – 2018-ci illərdə zalımızda məşq edib. Yerli yarışlarla yanaşı, bir sıra beynəlxalq turnirlərdə də qızıl medal qazanıb”.

    Bu fikirləri “Report”a açıqlamasında şəhid Xudayar Yusifzadənin məşqçisi, “Orion” İdman Klubunun kikboksinq bölməsinin baş məşqçisi Müşfiq Hüseynov deyib.

    Mütəxəssis Yusifzadənin əsasən 70 kq çəki dərəcəsində müəyyən nailiyyətlərə imza atdığını diqqətə çatdırıb:

    “Xudayar ölkədaxili turnirlərlə yanaşı, beynəlxalq yarışlarda da uğurla çıxış edib. O, İranda Asiya çempionu olub, dünya çempionatında isə bürünc medal qazanıb. Yeniyetmələr arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş Dünya Kubokunun da qalibi olub. Tələbəm Gürcüstan və Türkiyədəki beynəlxalq yarışlarda da yaxşı nəticələr göstərib”.

    Mütəxəssis şəhid olmamamışdan bir gün öncə Xudayar Yusifzadə ilə danışdığını bildirib:

    “Mən Zəngilandanam, zəng eləmişdi ki, müəllim, gözünüz aydın, Zəngilanı işğaldan azad etdik, daha məcburi köçkün deyilsiniz. Çox danışdıq, dedi ki, məndən narahat olmayın. Amma növbəti gün Ağbənd qəsəbəsində qarın nahiyəsindən yaralandı. Sonra isə mövqeyini dəyişən zaman boğazının şah damarından vuruldu. Azərbaycan Kikboksinq Federasiyasinda Şəhid Xudayar Yusifzadənin məşq etdiyi klub bu gün Şəhidimizin adını daşıyır”.

    Hüseynov idmançının iki il əvvəl Sərhəd Qoşunlarında xidmətə başlaması səbəbindən aktiv idmanı buraxdığını söyləyib. Onun sözlərinə görə, Yusifzadə məşq vaxtı da mahnılar ifa edib:

    “Hərdən deyirdi ki, müəllim, yorulmusan, səsimlə istirahət et”.

    Məşqçi “Xudayar təsnifi”ni daha əvvəl də şəhidin dilindən eşitdiyini deyib:

    “Videoda görəndə isə kövrəldim. Xudayar Qarabağ şikəstəsini də yaxşı oxuyurdu”.

    Xudayar Yusifzadənin xalası oğlu Raqub Kərimli də kikboksinqlə məşğul olur. O, Yusifzadənin hər zaman deyib-gülən insan olduğunu vurğulayıb:

    “Onunla məşqlərimiz yaxşı əhval-ruhiyyədə olurdu. Demək olar ki, günümüz birlikdə keçirdi. Məşqlərdə də hamıdan yaxşı olmağa çalışırdı, çox çalışqan idi. Hərdən öz aramızda praktiki məşqlər edirdik. Bu vaxtdan sonra qazandığım bütün uğurları ona həsr edəcəyəm. Xudayar daim bizim qəlbimizdə yaşayacaq”.

    Yusifzadənin yaxın məşq yoldaşlarından Yaqub Abışov onunla yaxşı münasibətinin olduğunu söyləyib:

    “Xudayar tək mənim üçün yox, bütün idmançılar üçün doğma idi. Xətrini istəməyən tapılmazdı. 5-6 il idi ki, onunla dostluq edirdim. Çox yaxşı idmançı idi. Ölkə xaricindəki yarışlarda, Türkiyədə, İranda uğurlar qazanırdı. Mahnını isə harada istəsə, orada oxuyardı. Əvvəldən musiqiyə həvəsi olub. Məşq zamanı da çoxlu ifalar edirdi. Sparinqlərdə də zarafatından qalmırdı”.

  • Daha bir qazimiz və ailəsi ilə bağlı görüləcək dəstək tədbirləri müəyyən olunub

    Vətən müharibəsinin qazisi, Suqovuşan uğrunda döyüşlərdə yaralanmış Səmədov Elnur Eldar oğlunun ailəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin diqqətindədir.

    Nazirlikdən bildirilib ki, Elnur könüllü olaraq müharibəyə gedib və döyüşlərin birində yaralanıb, hazırda hospitalda müalicə olunur. Nazirliyin əməkdaşları onun ailəsini ziyarət edib, vəziyyətini öyrəniblər. Bakının Qaradağ rayonunda yaşayan ailə üç nəfərdən ibarətdir: Elnur, anası və bacısı. Anası yaşa görə müavinət alır, bacısı isə işləmir. İşləmək istəyi odluqda ona münasib iş təklif ediləcək.

    Elnurun müalicə dövrü bitdikdən sonra ona əlillik dərəcəsi təyin olunacaq. Bundan sonra ona hər ay Prezidentin təqaüdü və əlilliyə görə pensiya, əgər stajı uyğun olmasa, müavinət veriləcək. Həmçinin əlillik dərəcəsinə uyğun olaraq ona birdəfəlik təzminat ödənilməsi də təmin olunacaq. Təzminat I, II və III dərəcəli əlillik üçün müvafiq olaraq 8800 manat, 6600 manat, 4400 manatdır. O həmçinin Nazirlik tərəfindən reabilitasiya proqramlarına cəlb ediləcək.

    Müharibəyə gedənə qədər Elnur Ələt qəsəbəsində podratçı şirkətlərin birində işləyib. Müalicəsi bitdikdən sonra onun məşğulluq məsələsinə də köməklik ediləcək.

  • Vətən müharibəsində şəhid olan həkimlərin sayı açıqlandı

    “Vətən Müharibəsi zamanı digər hərbi qulluqçularla yanaşı, Müdafiə Nazirliyinin tibbi personalı da böyük qəhrəmanlıq və şücaət göstərib. Hərbi əməliyyatlar zamanı 150 nəfər tibb işçisi yaralanıb, 9-u həkim olmaqla ümumilikdə 42 nəfər xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub”.

    Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyi Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov bildirib.

    Onun sözlərinə görə, müharibənin ilk günündən yaralıların tibbi təminatı, müalicəsi Ali Baş Komandan, Prezident ilham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən nəzarəti altındadır: “Yaralılarımızın bərpası ilə əlaqədar tibbi reabilitasiya mərkəzlərinin yaradılmasına göstəriş verilib. Hazırda Səhiyyə Nazirliyinin, TƏBİB-in nəzdində ən müasir avadanlıqlarla təmin olunmuş reabilitasiya, bərpa mərkəzləri fəaliyyət göstərir”.