Category: Ordu

  • Qafan ətrafındakı strateji əhəmiyyətli yüksəkliklər ordumuzun nəzarətinə keçdi – VİDEO

    Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Qafan rayonu ətrafındakı strateji yüksəklikləri tərk edib.

    Olduqca əhəmiyyətli olan sözügedən mövqelərə isə Azərbaycan Ordusunun əsgərləri yerləşiblər.

    Bu isə Ermənistanda əməlli-başlı təşvişə səbəb olub.

    Ətraflı Baku TV-nin süjetində:

  • Erməni dilini bilən bu ŞƏHİDİMİZ düşmənin KOMANDİRLƏRİNİ əsir tutub – FOTO

    Vətən uğrunda gedən döyüşlərdə qəhrəmanlarmızın göstərdikləri şücaət dillərə düşüb. Həmin hekayələrdən biri də soyadını bilmədiyimiz şəhid Zaurla bağlıdır.

    Median.Az sonxeber.az-a istinadən xəbər verir ki, komandirinin sözlərinə görə, Zaur erməni dilini təmiz bilir və ermənilərin içinə girib onlarla söhbət edirmiş.

    Komandiri Zauru ordunun “gözü” adlandırır.

    Zaurun şəhid olduğu bildirilir.

  • SON DƏQİQƏ! Bu kənd Azərbaycana verildi  – İLK VİDEO

    SON DƏQİQƏ! Bu kənd Azərbaycana verildi – İLK VİDEO

    İşğaldan sonra Qafana birləşdirilən Zəngilanın Ağkənd kəndi Azərbaycanın nəzarətinə keçib.

    Median.Az xəbər verir ki, bu barədə “Sputnik Armeniya”da yazılıb:

    “Əvvəllər Azərbaycan SSR-in tərkibində olmuş Ağkənd (Spitakaşen) kəndi birbaşa sərhədin o tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətti çəkir”.

    Ümumilikdə kənddə 3-4 ailə yaşayıb. Onlar isə sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Azərbaycanın nəzarəti altına keçən Ağkəndi tərk etməyə başlayıblar.

    Xatırladaq ki, Ağkənd Sovet dövründə Zəngilan bölgəsinin bir hissəsi olub.//oxu24.com/az

  • Könüllülər ordudan nə vaxt tərxis olunacaq? – VACİB AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, 44 gün davam edən Vətən müharibəsinin dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında 3 tərəfli bəyanat qəbul edilib. Bu gün hər kəsi maraqlandıran məsələ döyüşə cəlb edilən könüllülərin nə zaman evə buraxılacağı ilə bağlıdır.

    Median.Az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, onlar Azərbaycan Respublikasının Prezidentinin fərmanı əsasında qismən səfərbərlik elan olunaraq orduya çağrılıblar:

    “Cənab prezidentin növbəti sərəncamı olanda buraxılacaqlar. Çünki bu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin sərənacamı ilə reallaşan prosesdir. Bu sərəncam hər an ola bilər. Biz hərbi ekspert kimi deyə bilərik ki, yanvar çağırışı olacaq. Düşünürük ki, yanvar çağırışı müəyyən şəkildə hərbi hissələri təmin etsə, onlar buraxılacaqlar. Eyni zamanda yanvar çağırışçıları da müəyyən qədər kurs keçməlidirlər.

    Azərbaycan Respublikasının Prezidentinin fərmanı olmadan onların nə zaman tərxis olunacağı ilə bağlı konkret fikir söyləmək çətindir. Cənab prezident nə zaman uyğun bilərsə, onda da bununla bağlı sərəncam imzalayacaq. Bu fərman sabah, 1 həftə və 1 ay sonra ola bilər. Yaxud olmaması da mümkündür”.

  • Rusiya ordusunun zabiti ermənilərin basdırdığı minanın partlaması nəticəsində ölüb

    Rusiya ordusunun zabiti Dağlıq Qarabağda – Şuşada ərazinin minalardan təmizlənməsi zamanı həlak olub.

    “Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.

    “17 dekabrda Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb”, – Müdafiə Nazirliyində bildirilib.

    Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, Qarabağa, o cümlədən Şuşaya minalar erməni hərbçilər tərəfindən basdırılıb.

  • “Vətən uğrunda” medalı ilə təltif edilən şəhidin qardaşı: “Mənimlə fəxr edəcəksiniz demişdi” – MÜSAHİBƏ

    Vətən müharibəsinin 2783 şəhidindən biri də 25 yaşlı Həmidzadə Hüseyn Akif ogludur.


    Bakı şəhərində anadan olan şəhidimiz 2018-ci ildə Murov Dağ zirvəsində N saylı hərbi xidmətdə olub. 2019-cu ildə hərbi xidmətini başa vuran şəhid Hüseyn Həmidzadə torpağa bağlı insan olub.

    Vətənə, dövlətə, torpağa sevgi ilə böyüyən H.Həmidzadə kiçik yaşlarından düşmənə nifrət hissi bəsləyib.

    Oxu.Az-ın əməkdaşı ilə söhbət edən şəhidin qardaşı Məmmədbağır Həmidov deyir ki, qardaşı döyüşə getməzdən qabaq valideynlərinə “mənimlə fəxr edəcəksiz” deyib:


    “Qardaşım uşaqlıq illərindən həmişə ədalətli olub. Ata-anaya qayğı ilə yanaşıb, mehriban insan olub. Döyüşlər başlayanda könüllü olaraq ön cəbhəyə yollandı. Füzuli şəhərinin alınmasında qəhramanlıq göstərərək, düşmənlərə qan uddurub. Yüzlərlə ermənini məhv edərək, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarıb.

    Füzuli şəhəri işğaldan azad olunduq sonra qardaşım döyüş yoldaşları ilə birlikdə Cəbrayıl rayon istiqamətində gedən döyüşlərə qatılıb. Ermənilərə qarşı ağır zərbələr endirərək çoxlu sayda canlı qüvvəsini məhv edib”.


    Qardaşı deyir ki, şəhid H.Həmidov Xocavənd istiqamətində gedən döyüşlərdə də iştirak edib:


    “Xocavəndin işğaldan azad olunmasına, eləcə də kəndlərin alınmasında misli görünməmiş qəhramanlıq göstərib. Telefonla danışanda qardaşım atama dedi ki, Xocalının, şəhidlərimizin, general Polad Həşimovun həm də öz komandiri Azad Abbasovun qisasını aldıq”.


    Şəhidin komandiri kapitan Emin Əhmədov, döyüş yoldaşları onun Füzulidə, Cəbrayılda və Xocavənddə döyüşlərdə cəsur iştirak etdiyini deyirlər. Gözündə qorxu olmayan H.Həmidov Qarabağ uğrunda gedən döyüşdə, daha dəqiq desək, oktyabrın 25-də ağır yaralanıb.


    Xocavənd rayonun ərazisində yaralanan igidimiz döyüş meydanında qəhramancasına şəhid olub. O Şəki rayonunun Oxud kəndində dəfn edilib.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin.


    Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, şəhid Həmidzadə Hüseyn Akif oglu ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif olunub.

  • Andrey Baranov: “Ermənilərin hərbi hissəyə necə soxulmasını və silahları oğurlamasını xatırlayıram” – VİDEO

    Biz Xankəndinin mərkəzində yerləşən qadın texnikumunda yerləşmişdik. Bu, daxili qoşunların batalyonu idi. Oradan getdikdən iki həftə sonra onları elə həmin əsgərlərin qoruduğu yerli ermənilər tərksilah etdilər.

    Bu barədə “Dojd TV” telekanalına müsahibəsində birinci Qarabağ müharibəsi zamanı hərbi qulluqçu kimi Azərbaycanın əvvəllər işğal edilmiş ərazilərində xidmət edən Andrey Baranov danışıb.

    “Onlar hesab edirdilər ki, bu cür müdafiə onlara lazım deyil, yaxşısı silah əldə etməkdir. Onlar hərbçiləri nahar edərkən yaxaladılar”, – deyə A.Baranov bildirib.

    Onun sözlərinə görə, insident zamanı üç əsgər yaralanıb.

    A.Baranov həmçinin etiraf edib ki, sözügedən münaqişədə Azərbaycan tərəfinə rəğbət bəsləyir, çünki azərbaycanlılar bu cür şeylərlə məşğul olmayıb.

  • Azərbaycanın müharibəsi bitdi: İndi dost ölkələrlə bərpa zamanıdır

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.

    Özbəkistanın sədrliyi ilə keçirilən iclasda İlham Əliyev də çıxış edərək bir sıra fikirləri ilə yadda qalıb.

    Onun fikirlərini iki hissəyə bölmək olar: Azərbaycanın koronavirus pandemiyası dövründə gördüyü işlər, beynəlxalq səhiyyə üçün pandemiya ilə mübarizəyə verdiyi töhfələr və sentyabrın 27-dən sonra ölkəmizin Vətən Müharibəsi zamanı haqlı mübarizəsi.

    Konkret ikinci mövzu haqqında danışsaq, bildirməliyik ki, prezident münaqişənin başlanması haqqında iştirakçılara ətraflı xəbər verib. Münaqişənin başlanması üçün zəmini Ermənistan tərəfi özü yaratmışdı.

    90-cı illərdə beynəlxalq ictimaiyyətin tanıdığı ərazimizin 20 faizinin işğal olunması Azərbaycan üçün Vətən Müharibəsi olubsa, Ermənistan üçün işğalçılıq siyasətinin bir hissəsi olub. Nəticədə Qarabağ adlı təbiəti ilə dillər əzbəri olan guşəmiz erməni separatçıları tərəfindən məhv edilib, Azərbaycanın 1 milyona yaxın əhalisi məcburi köçkün həyatı yaşamağa məcbur edilib, Dağlıq Qarabağla yanaşı, ətrafdakı yeddi rayon da işğalçıların tapdağına məruz qalıb.

    Təxminən 30 il ərzində münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar Ermənistanın siyasi elitası tərəfindən qərəzli şəkildə pozulub, qəsdən danışıqlar uzadılaraq beynəlxalq vasitəçilər aldadılıb. Prezidentin də dediyi kimi, işğal edilmiş ərazilərdə (məsələn, Füzulidə) aparılmış mühəndis-istehkam işləri göstərir ki, Ermənistan tərəfi heç ətraf yeddi rayonu belə qaytarmağa çalışmırdı.

    Ermənistan tərəfi bununla da status-kvonu olduğu kimi saxlamaq istəyirdi. Ötən ildən isə Ermənistan yeni taktiki gedişlərə əl atmağa başladı. Ermənistanın sabiq Müdafiə naziri ABŞ-da olarkən açıq şəkildə ölkəsinin yeni ərazilər uğrunda yeni müharibəyə başlamaq niyyətində olduğunu gizlətməmişdi. Görünür, Azərbaycanın həmişə danışıqlar masasında iştirak edəcəyini düşünürdülər. Bu üzdən düşmən bir qədər də başını qaldırıb nəhəng, yırtıcı ağzını açmağa çalışdı.

    Ermənistanın məhvi də məhz bu bəyanatdan başladı. Daha sonra bu ölkənin baş naziri Nikol Paşinyanın Qarabağa səfər edərək “Qarabağ Ermənistandır və nöqtə” deməklə odun üstünə yağ tökmüşdü. Eləcə də qondarma Dağlıq Qarabağ Respublikasının parlamentinin Xankəndidən Şuşaya köçürülməsi, bu qurumun separatçı prezidenti Araik Harutyunyanın inaquriyasının Şuşada keçirilməsi də bu proseslərdə Ermənistanın azərbaycanlıların həssas nöqtəsinə basması demək oldu.

    Səbri daşıran sonuncu məqam isə bu ilin iyulunda Paşinyanın doğulduğu Tavuş rayonu istiqamətindən Azərbaycanın dövlət sərhədinin pozulması oldu. Paşinyan Azərbaycanın dilbər rayonlarından olan Tovuzun da ermənilərə məxsus olduğunu və öz rayonunun ərazisini böyütmək məqsədi güdürdü. Ancaq Paşinyan ağıllı lider olsaydı, bütün bunları etməz, Azərbaycanın ildən-ilə güclənən ordusunun potensialını, erməni Ordusuna nələr edəcəyini göz önünə alardı.

    Avqustda Goranboy rayonunda ermənilərin təxribat qrupunun aşkar edilməsindən sonra Ermənistanın niyyəti bəlli oldu. Sentyabrın 27-dən isə Azərbaycan Ali Baş Komandanı ermənilərin hərbi təxribatının qarşısını almaq üçün “İrəli!” əmrini verdi. Müharibənin isə nəticəsi bəllidir. Cəmi 44 günə rəşadətli Azərbaycan Ordusu 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini, Xocavənd rayonunun bir hissəsini, Murovdağ dağ silsiləsini, həmçinin Laçın, Kəlbəcər rayonlarının bir hissəsini azad etdi. Noyabrın 8-də isə haqlı olaraq, Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalından azad olundu. Bununla da, əslində, hərbi əməliyyatlara son qoyuldu, çünki Şuşa şəhərinin azad edilməsindən sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə mənasız idi və hərbi əməliyyatların davam etdirilməsi böyük insan itkisinə səbəb ola bilərdi. Çünki erməni ordusu darmadağın edilmiş və mənəvi cəhətdən sarsıdılmışdı, onun bir hissəsi mühasirədə idi.

    Noyabrın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fəal iştirakı ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyinin üçtərəfli bəyanatının mətni razılaşdırıldı. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış həmin bəyanatın mətninə əsasən dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonları heç bir silah işlədilmədən, heç bir itki olmadan Azərbaycana təhvil verildi.

    Artıq münaqişə yerində Rusiya sülhməramlıları xidmət edir. Ağdam rayonunda isə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması üzrə iş gedir. Monitorinq Mərkəzinin yaradılması barədə birgə bəyanatda da deyilir ki, bu mərkəz vəziyyətin monitorinqini həyata keçirəcək.

    Bildiyiniz kimi, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının mərkəzi olan şəhərləri ermənilər tərəfindən dağıdılıb, həmin ərazilərdə bayraq taxmaq üçün yer qalmayıb. Ancaq artıq bu rayonlarımızda minaların təmizlənməsi ilə bərabər xarici şirkətlərlə investisiya yönündə danışıqlar gedir.

    Təbii ki, Azərbaycana bu münaqişə dövründə həm siyasi, həm də mənəvi dəstək olan qardaş Türkiyə şirkətləri bu ərazilərdə daha çox güzəştlərə sahib olacaq. Yol tikintisi ilə bağlı müqavilələr bağlanılıb. Məhz belə bir müqavilələrdən biri Türkiyə və İtaliyadan olan bir şirkətlə bağlanılıb.

    “Azərenerji” ASC və İtaliyanın “Ansaldo Enercia” şirkəti arasında bağlanan təchizat müqaviləsinə əsasən, Azərbaycanın işğaldan azad edilən dörd ərazisində – Kəlbəcər, Ağdam, Füzuli və Qubadlı rayonlarında inşa olunacaq 110 kilovoltluq yarımstansiyalar elektrik avadanlıqları ilə təchiz olunacaq.

    Bərpa işləri Azərbaycanın öz vəsaiti hesabına maliyyələşdiriləcək. İki gün əvvəl ölkə başçısı Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılmasına dair tapşırıq verib. Lakin bu ərazilərin bərpasında dost ölkələrdən olan şirkətlərin iştirak etməsi Azərbaycana da maddi baxımdan dəstək olacaq. Həm də bu Azərbaycanla həmrəylik simvolu kimi dəyərləndiriləcək.

  • Mehri də ƏLDƏN GEDİR… – Ermənilər DƏLİYƏ DÖNDÜ – VIDEO

    Ermənilər artıq Dağlıq Qarabağ və ətraf ərazilər mövzusu maraqlandırmır, anlayırlar ki, məsələ bitib.

    Bu gün ermənilər Qafan, Mehri, Qarakilsə hayındadırlar. Dünənə qədər Xocalı aeroportunun ilk sərnişini olacaqlarından dəm vuranlar bu gün Azərbaycan əsgərinin Qafan aeroportunun 200 metrliyində olmasından dəhşətə gəliblər!

    Daha ətraflı videoda:

  • Düşmənin 17 postunu ələ keçirən şəhidimiz: “Ana, bilirsən bayrağa bükülüb gəlmək necə şərəflidir?!” – MÜSAHİBƏ

    Vətən müharibəsində qəhrəmancasına şəhid olanlar arasında Azərbaycan bayrağını beynəlxalq yarışlarda dalğalandıran idmançı igidlərimiz də olub.

    Onlardan biri Cəlilov Xaləddin Asəf oğludur.


    Oxu.Az-ın əməkdaşı şəhidin əmisi oğlu Ələkbər Cəlilov ilə həmsöhbət olub.

    Ə.Cəlilov deyir ki, şəhid Xaləddin Cəlilov Rusiya Federasiyasın Sankt-Peterburq şəhərində anadan olub:


    “18 yaşı var idi Xələddinin. 2003-cü ilin noyabr ayında ailəsi ilə birlikdə Azərbaycana, Ağstafa rayonuna köçmüşdülər. 2008-ci ildə E.Mustafayev adına Yenigün kənd tam orta məktəbin rus bölməsinin 1-ci sinifinə gedib. 2019- cu ildə isə məzun olub.


    Xaləddin evin tək oğlu idi. Kiçik yaşlarından idmana böyük marağı var olub, ailəsi də bunu görürdü. Hər birimiz ona bu sahədə dəstək olduq. Xaləddin qısa vaxt ərzində idman sahəsində həmyaşıdları ilə müqayisədə kifayət qədər uğurlar qazandı. Onun nailiyyətləri ölkə sərhədlərini də aşdı”.

    Ələkbər Cəlilov deyir ki, şəhidimiz 2019-cu ildə Cəlilabad rayonunda keçirilən Mübariz İbrahimovun timsalında bütün şəhidlərin anım gününə həsr olunmuş yarışın qalibi olub:


    “O, Mübariz İbrahimov kimi qəhrəman olacağını deyirdi. Çox vətənpərvər oğlan idi. Elə həmin ilin iyul ayında Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında iştirak etdi. Öz çəkisi üzrə bütün rəqiblərinə qalib gələrək, çempion adını qazandı. 2019-cu ilin oktyabr ayının 18-də Ağstafa rayon icra başçısı tərəfindən ilin idmançısı adına layiq görüldü, fəxri fərmanla təltif olundu”.

    “Düşmənin 17 postunu alaraq, ona qan uddurub”.


    Mayın 7-də həqiqi hərbi xidmətə çağrılan X.Cəlilov hərbi xidmətini Cəlilabad rayon N saylı hərbi hissədə çəkib:

    “Xidmət etdiyi müddətdə nümunəvi əsgər olaraq özünü tanıtmış və kəşfiyyat qrupuna seçilib.
    bu il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Xaləddin kəşfiyyat qrupu ilə birlikdə 17 post alaraq, yüzlərlə erməni əsgərini məhv edib.


    Murovdağ istiqamətində gedən döyüşlər zamanı ağır yaralanır. Elə həmin istiqamətdə də şəhid olub”.

    “Ana, bayrağa bükülüb gəlmək bilirsən necə şərəflidir…”.


    Tez-tez telefon etməyi sevməyən şəhid ölümündən əvvəl ailəsi ilə əlaqə saxlayıb:

    “Çox zəng etməyi sevməzdi. Zəng edəndə isə “salamatam, narahat olmayın” deyərdi. Sonuncu dəfə anası ilə danışmışdı. Anasına deyib ki, sən bilirsən bayrağa bükülüb gəlmək necə şərəflidir? Heç bir ana bu sözlərə dayana bilməz. Amma fəxr edirik ki, Xaləddin kimi neçə-neçə igidlər böyüdən analarımız var”.


    Xatırladaq ki, Xaləddin Cəlilov İkinci Qarabağ müharibəsində Ağstafa rayonunun ilk şəhidi olub.

    Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Xaləddin Cəlilov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.


    Allah rəhmət eləsin!