Category: Ordu

  • Qazi Xaliq İsgəndərli: “Dedim, komandir, ayaqlarım yoxdur” – VİDEO

    Daşkəsənin Bayan kəndində dünyaya göz açan Xaliq İsgəndərli Vətən müharibəsi başlayan zaman xalqımızın əksər nümayəndələri kimi düşünmədən döyüşlərə qatılıb.

    Baku TV xəbər verir ki, qazimiz Şuşakənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Əvvəl bir ayağından, sonra isə digər ayağından yaralanaraq, doqquz saat yaralı halda qalıb. Unuda bilmədiyi anlardan biri də yaralı vəziyyətdə komandirinin onu və digər əsgərləri döyüş nöqtəsindən çıxarması olub:

    “Ayağımdan yaralandım, yeriyə bilmirdim. Uşaqlar məni səngərə saldı ki, vurmasınlar. Doqquz saat orada qaldım. Komandirim gəldi. Dedim, komandir, ayaqlarım yoxdur. Dedi ki, ayağın yerindədir, narahat olma, sizi buradan çıxaracağıq. Heç vaxt yadımdan çıxmaz bu. Qarabağ alınanda çox sevinirdim. Yeriyə bilmirdim, amma baxırdım, çox sevinirdim”

    İsgəndərli ailəsi birinci Qarabağ döyüşlərində də vətənə şəhid verib. Qardaşını itirən qazimizin atası artıq qürurludur. O, Vətən oğulları sayəsində xalqımızın qisasının alındığını deyir. Bu gün qazimiz Xaliq müalicə olunur. Səhhəti yaxşılığa doğru dəyişir. Yaraları sağalan Xaliq İsgəndərli yenidən hərbiyə qayıtmağı düşünür.

  • Müdafiə Nazirliyi qoşunlarımızın təminatı ilə bağlı məlumat yaydı – VİDEO

    Azad edilmiş rayonlarda yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bölmələrimizin dislokasiya olunduğu rayonlara yeni yollar çəkilir, dağlıq ərazilərdəki mövqelərdə döyüş növbətçiliyi və qoşun xidməti təşkil olunur.

  • Qarabağ zəfərində xüsusi təyinatlılarımız hansı rolu oynadı? – VİDEO

    “Caliber” layihəsi “Atəş xəttində: 11-ci buraxılış” adlı növbəti təhlilini təqdim edib.

    Bu barədə layihənin “YouTube” kanalında video yerləşdirilib.

    Layihənin müəllifi Heydər Mirzə həmsöhbəti ilə dekabrın 10-da paytaxt Bakıda Vətən Müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradı və orada iştirak etmiş hərbi birləşmələri müzakirə edib.

    Müzakirənin əsas mövzusu İkinci Qarabağ müharibəsində öz peşəkarlığı ilə fərqlənmiş Azərbaycanın xüsusi təyinatlı hərbi birləşmələri olub.

  • Qarabağda əsgərlərə siqareti pulnan satan şəxslərin VİDEOSU ETİRAZLA QARŞILANDI

    Sosial şəbəkələrdə yayılan video narazılıq yaradıb.

    Median.Az
    xəbər verir ki, yayılan videoda bir qrup şəxsin əsgərlərə siqaret satması əks olunub. Qeyd olunan video böyük qınağa səbəb olub.

    Həmin videonu təqdim edirik:

  • Əsgərimizə işgəncə verən ermənini hərbçilərimiz ƏSİR GÖTÜRDÜ – VİDEO

    Sosial şəbəkələrdə əsir düşən Azərbaycan əsgərinə işgəncə verən erməni hərbçinin videosu yayılıb.

    Median.Az xəbər verir ki, görüntülərdə həmin erməninin hərbçilərimiz tərəfindən əsir götürüldüyü görünür:

    //panoram.az

  • ÜZÜCÜ XƏBƏR: Hamının axtardığı əsgərin şəhid xəbəri gəldi

    Vətən müharibəsində itkin düşən daha bir əsgərimizdən xəbər var.

    Median.Az sonxeber.az-a istinadən xəbər verir ki, neçə müddətdir itkin kimi bilinən döyüşçümüz şəhid olub.

    Şəhidin nəşi dəfn olunmaq üçün doğulduğu Şəmkirin Çaparlı kəndinə gətirilib. Şəhidin adının Elbrus olduğu bildirilir.

    Allah şəhidimizə rəhmət eləsin.

  • Vaxtilə ermənilərin azərbaycanlı əsirlərə etdiyinin bumeranq effekti – VİDEO

    Azərbaycan hərbçilərinin erməni əsirlərə “Cücələrim” mahnısını oxutması videosu yayılıb.

    Həmin görüntülər 1992-93-cü illərdə çəkilmiş başqa bir videonu xatırladıb:

    Ermənilərin azərbaycanlı əsirlərə “Əsgər marşı”nı oxudub, addımlatmasını.

    Bumeranq effektli görüntüləri təqdim edirik:

  • Məhəmməd Füzulinin Füzuli şəhərinin mərkəzindəki heykəlinin qalıqları tapılıb – FOTO

    Füzuli şəhərinin mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış abidə aşkar edilib.

    APA-nın Qarabağa ezam olunmuş əməkdaşları abidəni dağılmış vəziyyətdə tapıblar.

    Abidə vaxtilə Füzuli şəhərinin mərkəzində ucaldılıb. Heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız haldadır. Heykəlin yerləşdiyi parkın ərazisi cəngəlliyə çevrilib.

    Xatırladaq ki, heykəl 1970-ci ildə qoyulub.

    Qeyd edək ki, Füzuli rayonu və şəhəri 27 il sonra işğaldan azad edilib. Bu müddət ərzində erməni işğalçıları rayonda evləri, sosial-məişət obyektlərini, mədəniyyət və tarixi abidələri yertlə-yeksan ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhəri işğaldan azad olunduqdan sonra bildirmişdir ki, orada Azərbaycan bayrağının sancılması üçün bir bina belə tapılmayıb.

  • Azərbaycanın Müdafiə naziri rusiyalı həmkarına başsağlığı verdi

    Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

    “Report” xəbər verir ki, başsağlığıda deyilir: “Şuşa şəhərinin yaxınlığındakı yol sahəsini minalardan təmizləyərkən Rusiya Federasiyası Silahlı Qüvvələrinin zabitinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.
    Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan zabitin ailəsinə, əzizlərinə və yaxınlarına başsağlığı verirəm.
    Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

  • Qazi Elçin Səmədovun ailəsinə ev verildi – FOTO

    Müharibədə çoxsaylı qəlpə yarası almış Elçin Səmədovun ailəsinin (Qəbələ) ağır məişət şəraiti olan vaqon evdə yaşadığı nəzərə alınmaqla, sosial tərəfdaşın dəstəyi ilə ailənin mənzillə təmin edilməsi qərara alınıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyin sosial tərəfdaşı olan şirkət tərəfindən ailəyə artıq üçotaqlı mənzil təqdim edilib.

    Elçinin anası isə işsiz olduğu üçün öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin edilib.