Category: Sağlamlıq

  • Siqaret çəkmək koronavirusa yoluxma ehtimalını artırır? – ARAŞDIRMA

    Alimlər siqaret çəkən insanların koronavirusa yoluxma ehtimalını araşdırıblar.

    Median.Az xəbər verir ki, bu barədə məqalə “European Respiratory Journal”da yer alıb.

    Əsasən simptomsuz keçən koronavirus infeksiyasının səhhəti ağırlaşdırma faktorlarını tədqiq edən araşdırmaçılar xüsusilə ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) və siqaret çəkmənin təsirlərinə diqqət yetiriblər.

    AXOX bronx, bronxiol və alveolların zədələnməsinə deyilir. Bu, infeksiyalara yol açır, bronxlar və alveollar öz funksiyalarını yerinə yetirməyi dayandırırlar: onlardan hava keçmir və qaz mübadiləsi prosesi pozulur. Çində koronavirusun alovlanması dövründə həkimlər AXOX-a malik pasiyentlərdə COVID-19-un ağır keçməsinə fikir veriblər.

    Britaniya Kolumbiyası Universitetinin əməkdaşları AXOX-si olan ağciyərlərdə hüceyrələri koronavirus üçün əlçatan edən faktorların olduğunu güman edirlər.

    Araşdırma nəticəsində məlum olub ki, siqaret çəkən və AXOX-si olan insanların koronavirusa yoluxma ehtimalını artıran onların hüceyrələrində olan ACE2 zülalının çox olmasıdır.

    Maraqlıdır ki, siqareti tərgidən insanların ağciyərlərində də ACE2-nin miqdarı, ümumiyyətlə, siqaret çəkməyənlərdən çoxdur. Bununla belə, hazırda siqaret çəkən və tərgidənin hüceyrələrində zülalların miqdarı fərqlənir.

  • Alman həkimdən koronavirus məsləhətləri – Bu 5 qaydaya əməl etsəz…

    Əllərin, ağız, burun boşluğunun gigiyenası, karantin rejimində olmaq və zəif immuniteti möhkəmləndirməkdən əlavə olaraq xüsusi 5 qayda var ki, koronavirusla mübarizədə mütləq əməl etməlisiz.

    Median.Az medicina.az-a istinadən bildirir ki, alman həkim Mixael Feld bild portalına xüsusi effektiv məsləhətlərini verib. Onları təqdim edirik.

    1. Fiziki aktiv olun.

    Açıq, təmiz havada gəzib, idman edin, qaçın, velosiped sürün, iş görün. Uzanmaq, passivləşmək olmaz. Çünki fiziki hərəkət qanın ağciyərlərdə dövranını artırır. Bu da koronavirusun ağciyərlərdə kök salıb yayılmasına mane olur.

    2. D vitaminini yoxladın, azdırsa mütləq D3 vitamini qəbul edin.

    İmmun sistem qış aylarında məhz bu vitaminə ciddi tələbat duyur. Ən azı 4-6 həftə D vitamini qəbul etməlidir.

    3. Yatın.

    Hər gün ən azı, ən azı 8-9 saatlıq tam yuxu almalısız. İmmunitet yalnız insan yuxuda ikən bərpa olur.

    4. Bogazınızı qarqara edin.

    Hər gün xlorgeksidin məhlulu ilə boğazınızı 3 dəfə qarqara edib yaxalayın. Qıcıqlanan kimi gözləməyin, dərhal bunu edin

    5. Yaxşı, bol kalorili yeyin.

    Gündə ən azı 150 qr təzə ətdən yemək qəbul etməlisiz. Ətin yanında mütləq tərəvəz olmalıdır. İmmunitet yaxşı qida olmasa zəifləyir

  • Hemoqlobini aşağı olanlar ciddi təhlükədədir – Koronavirusa qarşı qanı qaldırın

    Qanda hemoqlobin oksigen molekulunun daşınması ilə məşğul olub, oksigeni orqan və toxumalara aparır.
    Qanda hemoqlobin normanın altında olanda insanın bütün orqan və sistemləri əziyyət çəkir və sağlamlıq səviyyəsi düşür
    Qan həm də orqanizmə düşən virus və bakteriyaları yuyub aparmaq, zərərsizləşdirmək üçün vacibdir. Ağciyərlərə qan və oksigen normada çatmayan insan asanlıqla pnevmoniya olur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, rus həkimləri bir çox MDB ölkələri üçün xarakterik olan hemoqlobin azlığı, anemiyanın koronavirus epidemiyası zamanı ciddi təhlükə olduğunu bildirir. Ona görə də hər bir anemiyalı xəstə ciddi olaraq qanda hemoqlobinin artırılması ilə bu günlərdə məşğul olmalıdır.

    Müalicə alanlar kursu təkrarlamalı, müalicə almayanlar təkrar həkimin təyinatı ilə qan artırıcı dərmanlara və xüsusi qidalanmaya keçməlidir.

    Qanda hemoqlobin azlığının əlamətləri: tez yorulma, baş ağrıları, halsızlıq, yuxusuzluq, depressiya, əl-ayağın soyuması, ürək döyüntülərinin artması, bəzinin ağarması

    Qanda hemoqlobin düşməsinin birinci səbəbi dəmir defisitidir.

    Dəmir defisiti və hemoqlobin azlığında birinci müalicə uyğun dərmanların seçilməsidir, yalnız bununla yanaşı qanartırıcı qidalanma rejiminə əməl etməkdir.

    Nələr yeməli:

    – Nar- təzə sıxılmış şirəsi 1: 1 nisbətdə su ilə qarışdılıb içilməli
    – Alma
    – Qarabaşaq
    – Qırmızı ət, mal, dana əti
    – Qaraciyər

    – Hind quşu əti
    – Göbələklər
    – Qırmızı kürü
    – Dəniz kələmi – gündə 2 qaşıq

    Bu insanlara yeməkdən sonra çay və qəhvə içmək olmaz. Eləcə də müalicə ərəfəsind təzə süd içməkdən imtina olunmalıdır.

  • Hər axşam bu vasitə ilə burnunuzu yuyun – Koronavirusa qarşı ən effektiv üsul

    Koronavirus ağız və burunun selikli qişasına keçərək yuxarı tənəffüs yollarına düşür.

    Sağlam insanlarda virus elə bu yollarda məhv ola bilər, bunu güclü immunitetin hücumçu hüceyrələri edəcək. Amma zəif immunitetli, yaşlı və xəstələrdə, xüsusən yeniyetmələrdə virus ağız və burunla orqanizmin daha dərin orqan, toxumalarına qan və limfa ilə keçə bilər.

    Medicina.az xəbər verir ki, koronavirusdan qorunmağın birinci yolu əlləri dezinfeksiya etməkdən keçirsə, ikinci yolu ağız və burunu dezinfeksiya etməkdir.

    Bunun üçün hər kəs, uşaqlar da hər gün çöldən evə qayıdanda burunlarını yumalıdır.
    9%-li natri xlor məhlulu və ya hazır satılan dəniz suyu spreyi ilə hər iki burun dəliyi yuyulur və bir burun dəliyi tutularaq digəri boşaldılır. 3 dəfə təkrarlayın.

    Bunlar olmazsa hidrogen peroksidi bir az suda həll edib, şprisə çəkib burunu yumaq olar. Çalışın burunu bacardıqca dərin yuyun.

    Daha sonra boğaz yenə də duzlu su və ya hidrogen peroksidi suda qatmaqla qarqara olunmalıdır.
    Boğazı çay sodalı su ilə də yaxalaya bilərsiz.

    İş yerində də bunları etmək olar.

    Əsasən axşamlar çöldə olan toz, zibil, virus buruna yığılıb qaldığı üçün burun dəlikləri yuyulmalıdır.
    Küçəyə çıxarkən buruna ekvalipt yağı damcılaya bilərsiz.

  • Adi su qan təzyiqinə necə təsir edir

    Bir çox insanlar, xüsusən təzyiq xəstələri hələ də bir sadə məsələni bilmir ki, orqanizdə maye, su qıtlığı təzyiqin artmasına səbəb olur.

    Biz maye əvəzi çay, kompot, kofe, pivə, şirələr, hər nə oldu içirik, bircə adi suyu içə bilmirik və ya istəmirik. Yanlış olaraq düşünürük ki, şorba, yemək, çay, qəhvə elə su təminatını ödəyir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, hipertoniklərə, eləcə də zaman-zaman təzyiqi bir qədər yüksələnlərə mümkün qədər adi, təmiz su qəbulunu artırmaq məsləhət görülür.

    Bəs təzyiqin qalxmaması üçün nə qədər su içmək lazımdır?

    Mütəxəssislər bildirir ki, sutkada 1 litr təmiz su kifayətdir, digər içkilər bura aid deyil.

    Bəs az su içdiyinizi və orqanizmdə su çatışmadığını necə bilmək olar. Sadə bir analizlə. Qanın hematokrit analizi. Əgər hematokrit kifayət qədər yüksək çıxıbsa, deməli, siz çox az su içirsiz.

    Çıxış yolu sadədir. gün ərzində 1 litr, 1 litr 200 ml su için. Amma gecə yatmazdan əvvəl içməyin. Tədricən bu təzyiqinizi normaya salacaq. Eləcə də özünüzü daha yaxşı hiss edəcəksiz.

    Hipertoniklər arasında yanlış inanc var ki, su çox içəndə ürək qanı qova bilmir, ayaqlar şişir və əksinə təzyiq qalxır.

    Bəli, bu baş verir, bu o halda olur ki, xəstə həddən artıq çox duz və duzlu qidalar, şoraba və s. yeyir. Əgər siz çox su içdikdə şişirsizsə, bu elə sizin duz məsələsində səhv etdiyinizi göstərir və deməli, duzu azaltmalısız.

  • Çörək insan ömrünü qısaldır – ALİMLƏR SÜBUT ETDİ

    İspaniya alimlər sənaye cəhətən ultra emal olunmuş qidaların ürək-damar sistemini sıradan çıxarıb, erkən ölümə səbəb olduğunu açıqlayıb.

    Bu qidalara çörək, un məmulatları, yarıbfabrikatlar, qazlı içkilər aiddir.

    Onlar sənaye cəhətdən bir neçə dəfə emal edilir. Tərkibində yüksək miqdarda şəkər, duz, yağlar, aromatizatorlar, rənhlər var.

    Lif, mineral və vitaminlər isə bu qidalarda yox dərəcəsindədir.
    Hazırda müasir insanların gündəlik qidasının 60%-ni bu məhsullar təşkil edir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, İspaniyada bu yöndə 2 eksperiment aparıblar.

    Onlardan birində 105 min könüllü iştirak edib. Bu adamların sağlamlıq durumunu 10 il boyunca izləyiblər.

    Nəticədə məlum olub ki, çoxmərhələli emal olunmuş qidalar xəstəlik və ölüm faizini 13% artırıb.

    İkinci təcrübədə isə 20 min insan iştirak edib. Onların qidalanması ilə vaxtından əvvəl ölüm səbəbləri arasında əlaqə araşdırılıb.

    Yenə də gündə 4 pay emal olunmuş qidalar yeyən insanlarda erkən ölümün 62% artdığı sübut olunub.

    Hər əlavə qida payı insanı ölümə daha 12% yaxınlaşdırır.

    Alimlərin fikrincə, insanlar yüksək dərəcədə emal olunmuş qidaları az emal və ya heç emal olunmamış qidalarla əvəz etməlidirlər. Bu siyahıda birinci yeri ağ çörək tutur.

  • Kompüterin gözə təsirini azaltmaq üçün bunları edin

    Kompüterin gözləri zədələdiyinə dair qəti bir dəlil olmasa da, yaxından baxmağın miyopiyanın (görmə qabiliyyətinin zəifləməsi) inkişafı üçün təhlükə yarada biləcəyi bilinir.

    Bunu oftalmoloq Anar Quliev bildirib.

    Onun sözlərinə görə, uzun müddətli kompüter istifadəsi istifadəçilərdə göz yorğunluğu, baş ağrısı, bulanıq görmə, gözlərdə ləkələnmə, bəzən cüt görmə kimi əlamətlər yaradır, bədən və zehni yorğunluğa və beləliklə işçi qüvvəsinin itməsinə səbəb ola bilər.

    Kompüter istifadə edərkən nələrə diqqət yetirmək lazımdır.

    Həkim qeyd edib ki, lazım olduğu halda eynək istifadə edilməlidir. Eynəklərdəki antireflektiv örtüklər, ultrabənövşəyi dalğa uzunluğunun təsirini azaltmaqla rahatlığı təmin edir.

    Mütəxəssis qeyd edib ki, kompüter qarşısında dik və rahat oturma mövqeyi olmalıdır.

    Ekranın parlaqlığı şəxsə ən uyğun olan parlaqlıq səviyyəsində olmalıdır. Ekranın yuxarı hissəsi şəxsin göz səviyyəsində olmalıdır.

    Gözlə kompüter ekranı arasındakı məsafə 60 sm-dən yaxın olmamalıdır.

    Hər 2 saatlıq işdən sonra ayağa qalxıb 10 dəqiqə gəzmək lazımdır.

    Mümkün olduqda uzun məsafələrə baxaraq ahəngdar şəkildə işləyən göz içi əzələləri dincəlməlidir.

  • Saçqıranlarla mübarizə — Ucların haçalanması hansı xəstəliklərin əlamətidir?

    Haçalanan saçlar saç uclarının və ya spiralının ikiyə bölünməsi ilə müşahidə olunur. Bu adətən quru saçlarda meydana çıxır.
    Saçqıranlı saçlar cansız görünür, dolaşır və zəif olur. Saçların laylanması onların tez qırılmasına, tökülməsinə gətirib çıxarır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, saçlara düzgün qulluq və onların tez qırılmasına səbəb olan faktorların (stress, balanslaşdırılmamaış qidalanma, bəzi dərmanların qəbulu, qeyri-düzgün boyama, kimyəvi maddələr vasitəsilə burulma, xlorlaşdırılmış su) aradan qaldırılması, problemdən qaçmağa imkan verir.

    Haçalanan saçlar patologiya deyil, lakin çox vaxt bu daxili orqanların xəstəliyindən də xəbər verir.

    Haçalanan saçların əsas səbəbləri nazik və quru olmasındadır. 20-30 sm-dən uzun olan saçlar ilk növbədə həyat tsiklinin xüsusiyyətlərinə görə haçalanmağa meyillidirlər. Öz çəkisinin ağırlığı, follikullara uzunmüddətli zərərli təsir nəticəsində saçlar öz əsasında haçalanır və strukturu pozulur. Belə ki, saçların yaşam müddəti orta hesabla 7 ildir. Stresslə birdəfəlik yüklənmə, məsələn, pis rəngləmə nəticəsində haçalanan saçlar sizə uzun müddət narahatlıq verə bilər.

    Aparılan araşdırmaların nəticələrinə əsasən, kimyəvi maddələr vasitəsilə burulması, temperatur fərqi, əlverişsiz ekoloji şərait onların haçalanmasına gətirib çıxarır.
    Xlorlaşdırılmış və çirkli su, ultrabənövşəyi şüaların təsiri, bəzi dərman maddələrinin qəbulu, balanslaşdırılmamış qidalanma saçların vəziyyətinə mənfi təsir göstərir. Bir neçə səbəbin kombinasiyası saç uclarının haçalanma ehtimalını artırır.

    Fenlə qurutma zamanı saç təkcə isti havanın təsirinə deyil, həm də darağın isti dişləri ilə travmaya məruz qalır. Buna görə də saçların qeyri-düzgün qurudulması saç spiralının zədələnməsinə gətirib çıxarır.

    Haçalanan saçların müalicəsi

    Haçalanan saçların müxtəlif müalicəvi saç kəsimi metodlarından istifadə etməklə kəsilməsi, onların uclarının haçalanmasının qarşısının alınmasına imkan verir. Lakin bu problemi həll etmir. Qida rejimini normallaşdırmaq, saç strukturunun yaxşılaşdırılmasına yönəlmiş kompleks vitaminlər qəbul etmək mühümdür.

    Saçların uclarına qoruyucu vasitələr sürtməklə onların strukturunun yaxşılaşdırılmasına yönəlmiş müalicə proqramları saçların haçalanmasını azaldır. Follikul zədələndiyindən saçlar haçalanırsa, follikulun sağlamlaşdırılması və yenilərinin böyüməsinin stimulyasiyası saçların ümumi miqdarının artmasına imkan verir. Davamlı nəticə almaq üçün bir neçə il ərzində müntəzəm müalicə keçmək və zədələyici faktorlardan tamamilə imtina etmək lazımdır. Yalnız bu halda yenidən inkişaf etmiş saçlar qırılmağa meyilli olmur.

  • Ofis işçiləri üçün bel sağlamlığını qoruyacaq sadə ÜSULLAR

    Adətən ağır fiziki işlərlə məşğul olanlarda çox rastlanan bel ağrıları, müasir dövrdə ofisdə çalışan şəxslərdə də artıb. Xüsusilə,qadınlarda daha çox müşahidə edilir.

    Medicina.az xəbər verir ki, bu ağrılar adətən düzgün idman vərdişləri olmayan işçilərdə tez-tez əmələ gəlir.

    Həddən artıq ağır yük qaldırmaq və fiziki olaraq özümüzü gücə salmaq bel ağrılarının əsas səbəblərindəndir. Təkrarlayıcı hərəkətlər, xüsusilə ofis stullarında edilən sağa-sola dönmə, yada önə-arxaya uzanmalar digər səbəblərdəndir. Eyni müddət bir pozisiyada oturub işləmək də belinizi zədələyə bilir.

    Türkiyəli uzman Altan Yalım bel sağlamlığını qorumaq üçün bəzi məsləhətlər verib.

    – Ağır işlərdə çalışanlar mütləq bel bölgəsini qüvvətləndirən qüvvət hərəkətlər etməlidir. Əlavə olaraq, bu hissədəki əzələləri dartaraq boş buraxmaq lazımdır.

    – Hər gün yarım saat gəzmək də bel və qarın əzələlərinin uyğun gərginlikdə qalmalarına faydalıdır.

    -Həddən artıq kökəlmə,əzələ zəifliyi qədər bel bölgəsini yükləyən bir problemdir. Buna görə də düzgün çəki bel üçün önəmlidir.

    -Ofis masasının və stulunun quruluşu gün boyu bizi yora bilər. Ona görə də stulun hündürlüyü, bel üçün vacib amildir.

    – Ofisdə saatlarla hərəkətsiz halda masa başında çalışanlar, ən azından bir saatdan bir ofis içində bir tur atmalıdırlar. Bu əzələlərimizi rahatlaşdırır.

    – Qadınların hündürdaban ayaqqabı geyinməsi də problemlərdən biridir. Belə ki, çox hündür daban ayaqqabılar insanın ağırlığının belinə düşməsi ilə nəticələnir və bel zədələnir. Ayaqqabı nə çox hündür, nə də çox alçaq daban olmalıdır.

  • Koronavirusun diaqnostik alətlər dəsti Azərbaycana gətirildi

    Yeni “2019-nCoV” koronavirus epidemiyasının diaqnostik alətlər dəsti Azərbaycana gətirilib.

    Report xəbər verir ki, alətlər dəsti virusa yoluxan şəxslərin hospitalizasiyası üçün ayrılan xəstəxanalara paylanılacaq.

    Alətlər dəstinin ölkəyə gətirilməsi işini Ümumdünya Səhiyyə Təşkilatı təşkil edib.

    Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

    Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

    Qeyd edək ki, virusa yoluxması ehtimal edilən şəxslər Elmi-tədqiqat Ağciyər xəstəlikləri institutu, 1 saylı Kliniki Tibbi Mərkəzə və 7 saylı Uşaq infeksion xəstəxanasında karantin altına alınacaq.