Category: Sağlamlıq

  • Rentgen və tomoqrafiya xərçəngin riskini artırır – Diqqətli olun!

    Böyük Britaniyanın Kembric Universitetinin bir qrup tədqiqatçısı müəyyən edib ki, radiasiyanın hətta üç seans kompüter tomoqrafiyasının keçirilməsinə ekvivalent olan, lakin insan üçün təhlükəsiz hesab edilən ən kiçik dozaları belə onkoloji xəstəliklər törədən p53 gen mutasiyaları ilə hüceyrələrin sayını artırır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə “MedicalXpress” nəşri yazıb.

    Alimlər müəyyən ediblər ki, şüalanmanın hətta təhlükəsiz səviyyələri p52 genində xərçəngə tutulma riskini artıran mutasiyalı hüceyrələrin sayını çoxaldır. Eksperimentlər göstərib ki, rentgendən əvvəl orqanizmə antioksidantların yeridilməsi sağlam hüceyrələrin “korlanmış” p53 geni ilə əmələ gələn hüceyrələrə qarşı uğurla mübarizə aparmasına imkan verir. Lakin alimlər hesab edirlər ki, belə terapiyanın sağlam toxumalara da ziyan vurmaq, qüsurlu hüceyrələrin yayılmasına şərait yaratmaq ehtimalı var.

    Tədqiqat müəlliflərindən biri, Kembric Universitetinin professoru Fil Cons bildirib ki, kompüter tomoqrafiyası və rentgen riskləri axıradək öyrənilməyib. Bu iş aşağı dozalı radiasiyanın fəsadlarını və onun səbəb ola biləcəyi təhlükələri daha yaxşı başa düşməyə kömək edir.

    Xərçəngə çevrilmək ehtimalı olan mutant hüceyrələr, o cümlədən р53 mutasiyalı hüceyrələr bütün insanların orqanizmində var. İnsan yaşa dolduqca onların da sayı artır. Lakin bu hüceyrələrin yalnız cüzi hissəsi sonralar bədxassəli hüceyrələrə çevrilir.

  • Siqaret çəkən qadınların nəzərinə: ŞOK TƏSİRLƏRİ…

    Dünyada hər il 6 milyon insan tütünün təsirindən, onun yaratdığı xəstəliklərdən dünyasını dəyişir. Onların arasında 900 000 nəfəri passiv tütün çəkənlər təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, tütün tüstüsü dünyada ölüm riski yaradan 8 xəstəlikdən 6-nın inkişafında əsas səbəb sayılır. Burada ilk növbədə ürəyin işemik xəstəlikləri, baş beyin insultları və digər təhlükəli xəstəliklər qeyd olunur. Milli.Az medicina.az-a istinadən maraqlı araşdırmanı təqdim edir.

    ABŞ alimlərinin tətqiqatlarına görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretə bağlı olacaq və hər il təxminən 10 milyon insan siqaretdən öləcək. Bu 10 milyon insanın 7 milyonu inkişaf etməkdə olan ölkələrdə olacaq. Doğrudur, demək olar ki, bütün siqaret qutularının üstünə “Siqaret çəkmək sizin sağlamlığınız üçün zərərlidir” xəbərdarlığı yazılsa da, buna əhəmiyyət verən azdır və siqaret aludəçilərinin sayı durmadan artır.

    Mütəxəssislər bildirir ki, siqaretin təkcə tüstüsündə 4 mindən çox zərərli maddə vardır. Siqaret tüstüsündə olan əsas maddələr kokain və morfin qədər asılılıq yarada bilir. Nikotin qanda oksigen daşınmasına mane olan və ölümə yol açan maddədir. Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb.

    Siqaret dərinin də ən böyük düşmənidir. Dəriyə su verən qan damarları siqaret çəkdikdən sonra bir neçə dəqiqə büzülür. Dəridə rəng dəyişikliyi əmələ gəlir və erkən yaşlanır. Diş ətləri çirkli və murdar bir görünüş qazanır, diş əti xəstəlikləri ortaya çıxır. Ağızda dadbilmə qabiliyyəti yoxa çıxır. Dodaq, dil xərçəngi riski artır. Qırtlaq və nəfəs borusunda iltihablanma, xroniki faringit, səs tellərində xərçəng riski müşahidə edilir. Gözlərdə katarakt və irəli yaşlarda korluq meydana gəlir. Mədə və yemək borusunda xora, qanama, qastrit və xərçəng riski artır. Əllərdə və barmaqlarda saralma, dırnaqlarda zəifləmə müşahidə edilir. Sümük və skelet sistemi pozulur, sümük əriməsi meydana gəlir.

    Araşdırmalar onu göstərib ki, dünyada siqaret çəkənlərin sayı bir milyarddan çoxdur. arasında qadınlar da az deyil. Qonşu Rusiya, Türkiyə dövlətlərində qadınların siqaret çəkməsi adi hal kimi qarşılanır. Lakin Azərbaycanda gəldikdə, son vaxtlar ölkədə siqaret çəkən qadınların sayının artdığı deyilsə də, cəmiyyətimizdə qadınların siqaret çəkməsi birmənalı qarşılanmır, zəif cinsin nümayəndəsi kimi onlara bu aludəçilik yaraşdırılmır.

    Statistik məlumata görə, Azərbaycanda kişilərin təxminən 35 faizi siqaret çəkir. Əvvəllər ölkədə siqaret çəkən qadınların sıfır faiz təşkil etdiyi deyilsə də, son araşdırmalara görə, hazırda qadınların 1,5 faizi siqaret çəkir. Onların çox az qismi ictimaiyyətdən siqaret çəkdiyini gizlətmir.

    Siqaret çəkən məşhur xanım sənətçilərimiz də var ki, onlar bu vərdişlərini heç də gizlətmirlər. Məsələn, xalq artistləri Nisə Qasımova, Aygün Kazımova, bəstəkar Nailə Mirməmmədli və sairə. Eləcə də tanınmış ictimaiyyət nümayəndələri arasında siqaretdən istifadə edənlər az deyil. Onlardan biri hüquq müdafiəçisi Novella Cəfəroğludur.

    54 il siqaret çəkdiyini deyən hüquq müdafiəçisi gənc xanımlara bu vərdişdən uzaq durmağı məsləhət görüb:

    “Özüm 54 il çəkmişəm və çox sevinirəm ki, 5 ildir bu vərdişimi tərgitə bilmişəm. Qətiyyən, xüsusilə cavanlara siqaret çəkməyi məsləhət görmürəm. Çünki hazırda onun fəsadları mənim səhhətimdə özünü göstərir. Həm tez qocalacaqlar, həm də üzlərində qırışlar əmələ gələcək. Xüsusilə ağciyərlərdə böyük problemlər, immun çatışmazlığı yaradır. Düşünürəm ki, cinsindən asılı olmayaraq hər kəsə siqaret çəkmək yasaqdır, xüsusilə zərif cinsin nümayəndələrinə. Həqiqətən də yaxşı vərdiş deyil”.

    “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə yeniyetmə, məktəb yaşında qızların siqaret aludəçisi olmağının böyük narahatlıq doğurduğunu deyib:

    “Qeyd etdiyiniz kimi, Rusiyada, Türkiyədə qadınların siqaret çəkməsi ayıb hesab olunmur, pis qarşılanmır. Artıq Azərbaycanda da müəyyən sayda siqaret çəkən xanımlarımız var. Təbii ki, mən bunu ayıb hesab etmirəm. Lakin yeniyetmə, məktəb yaşında olan qızların əlində siqaret görəndə bu, məni çox narahat edir. Çünki siqaret insan bədəninə, sağlamlığa xeyli ziyandır, fəsadları çoxdur. Gənc nəsil getdikcə buna alışır. Halbuki Avropada artıq ictimai, iş yerlərində siqaretin ziyanlı olduğu barədə maarifləndirici işlər aparılır, qapalı yerlərdə siqaret çəkmək qadağan olunur, bu qaydaları pozanlar isə cərimə edilir. Bizdə də bu cür maarifləndirici tədbirlər görülməlidir. Xüsusən də analar yeniyetmə qızlara nəzarət etməli, onları bu vərdişə sövq edən əhatəsini yox etməlidirlər. Beləliklə, gənc qızlarımızın bu vərdişə yiyələnməməsi üçün müxtəlif formalarda maarifləndirici işlər aparılmalıdır”.

    Mütəxəssislər bildirir ki, siqaret çəkən qadınlar üçün ölüm riski daha böyükdür. Belə ki, gündə 20 siqaret çəkən qadınlar arasında ürək tutması və ya insult təhlükəsi ilə qarşılaşanların sayı kişilərə nisbətən hər 100 nəfərə 7 nəfər çoxdur. Gündə 1 siqaret çəkənlər arasında bu göstəriciyə görə qadınlar 100 nəfərə 3 nəfər qabaqdadırlar.

    Həmçinin siqaret qadın ömrünü 15 il qısalda bilir.

    Bir çox qadınlar siqaretin o qədər də zərərli olmadığını düşünür. Bir çoxları arıqlamaq, bəziləri müstəqil və ya cazibədar görünmək üçün siqaret çəkməyə başlayır. Əslində isə siqaret potensial ölümdür. Həkimlər bildirir ki, ölü doğum, doğum sonrası ölüm və ani körpə ölümü sindromu riski siqaret çəkən analarda daha çoxdur. Ananın siqaret çəkməsi körpə və kiçik uşaqlarda astma xəstəliyinə də səbəb ola bilir.

    Uzun müddət siqaret tüstüsünə məruz qalmış uşaqlarda qulaq və tənəffüs infeksiyaları riski daha çoxdur.

    Psixoloqlar bildirir ki, siqaretdən asılılığın iki istiqaməti var – fiziki və psixoloji asılılıq. Fiziki asılılığı siqaretdəki nikotin maddəsi yaradır. Özünə inanmayan, problemlərdən qaçan insanlar psixoloji asılılığa daha meyllidir. Nikotin asılılığı olan şəxslərdə siqareti buraxdıqdan sonrakı ilk 3 gün ən çətin dövrdür. Bu dövrdə narahatlıq, əsəbilik, konsentrasiya çətinliyi ortaya çıxır. Bu 3 günü siqaretdən uzaq qala bilən insanlar onu tərgitmək iradəsinə malik olan insanlardır.

    Psixoloji asılılığı olan insanlar isə bunu bir psixoloqun köməyi ilə tərgidə bilər.

  • Azərbaycanda onkoloji analizlər niyə bahadır?

    Günümüzdə ürək-damar xəstəliklərindən sonra ikinci yerdə ölüm səbəbi olaraq onkoloji xəstəliklər dayanır. Gün keçdikcə xəstəliyə tutulanların sayı artır və xəstəlik “cavanlaşır”. Alimlərin fikrinə görə, bunun səbəblərindən biri sağlam olmayan qidalanmadır. Ümumiyyətlə 100-ə yaxın xərçəng növü mövcuddur. Bunların arasında ən geniş yayılmışları hockin limfoması, beyində şiş, melanoma, yumurtalıq, qalın bağırsaq, mədə, ağ ciyər, böyrək, sidik kisəsi və prostat xərçəngləridir.

    Mütəxəssislər bildirirlər ki, müasir dövrdə xərçəng xəstəliklərinin yaranma səbəbləri yaxşı məlumdur və bu, yeni xəstəlik hallarının təxminən üçdə bir hissəsinin qarşısını almağa imkan verir. Xərçəng şişi erkən mərhələdə aşkar edildikdə onun uğurlu müalicəsi mümkündür. Bundan əlavə, xərçəngin bir sıra növlərində şişlərin erkən mərhələdə aşkar edilməsi və lazımi qaydada müalicəsi sağalma şansını artırır. Belə ki, məlum kanserogenlərin müxtəlif növləri ilə, o cümlədən tütün tüstüsü ilə kontaktdan çəkinməklə xərçəng xəstəliyinə tutulma hallarının 40 faizə qədərinin qarşısını almaq olar.

    Əksər hallarda insanlar xəstəliyinin xərçəng olduğunu öyrənəndə artıq onlarda ümidsizlik yaranır, xəstəliklə mübarizə aparılmır, həyata maraq azalır. Lakin xərçəngə qalib gəmiş insanlar da var.

    Həkim Adil Qeybulla modern.az-a bildirib ki, xərçəngə insan deyil, onun situatsiyası, düzgün yanaşması qalib gəlir:

    “Xərçəng xəstəliyinin növləri, mərhələləri çoxdur. Məsələn, linfa qramlamatozun qarışıq forması düzgün müalicə olunsa demək olar ki, tam sağalır. Lakin onun klassik forması müalicə olunduqda sağalmır. Ümumiyyətlə, xəstəliyin başlanma dövrü müalicə üçün əsas götürülür. Xəstəliyin erkən aşkarlanması müalicənin daha effektli olmasına kömək edir. Bu xəstəlik cavan insanlarda aqressiv formada, yaşlı insanlarda daha zəif formada gedir”.

    Onkoloji xəstəliklərin xəstəxanalardakı analizləri hazırda olduqca bahadır.

    Adil Qeybulla deyir ki, qiymətlər insanların cibinə görə bahadır: “Dünyayla müqayisədə analiz qiymətləri o qədər də baha deyil. Sadəcə olaraq dövlət xəstəxanalarında analizlər pulsuz olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, reaktivlər çox bahadır. Ümumiyyətlə, reaktivlərin saxlanma müddəti çox qısa olduğundan onlar xəstənin analizinə görə gətirilir. Məhz buna görə də reaktivlərin qiyməti istər-istəməz analiz qiymətlərinin üstünə gəlir”.

  • Xərçəngin fikir vermədiyimiz əlamətləri hansılardır?

    Kaliforniya Universitetinin onkoloji mərkəzinin xərçəng genetikası üzrə mütəxəssisi Bet Karlan bildirir ki, xərçəng xəstəliklərinin ilk əlamətlərini seçmək mümkündür.

    Bu barədə “iz.ru” saytı məlumat verir.

    Mütəxəssis qadın yumurtalıqlarının xərçəngi nümunəsi üzərində bu xəstəliyin ilk əlamətlərini sadalayıb.

    Onun sözlərinə əsasən, ilk əlamətlər qəbizlik, köp, normal miqdarda qida qəbuluna baxmayaraq, həddindən artıq yemək hissinin və bel ağrılarının yaranmağıdır.

    Karlan qeyd edir ki, 90% halda qadınlar yumurtalıqların xərçəngini ilk mərhələdə sağalda bilirlər. Lakin çoxları bu simptomlara uzun müddət məhəl vermirlər.

  • 21-ci əsrin müalicə olunmayan xəstəliyi hansıdır?

    Televiziya aparıcısı, elmlər namizədi, profesor Yelena Malışeva, XXI-ci əsir ən təhlükəli xəstəliyi hansıdır sualına cavab vermişdir. “Əlbəttə ki Alzheimer.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, başqa bütün xəstəliklər müalicə olunandır. Lakin Alzheimer hələ də heç cür müalicə olunmur”, – deyə o bildirmişdir.

    Əlavə olaraq piylənmə ilə mübarizədə məsləhət verərək, “Az yemək lazımdır”, – deyə Yelena Malışeva bildirmişdir.

  • Professor: “Allergiya ana bətnindən başlayır” – MÜSAHİBƏ

    Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, professor Amaliya Eyyubovanın e.-tibb.aza müsahibəsi.

    – Allergiyaya daha çox uşaqlarda rast gəlinir, yoxsa böyüklərdə?

    – Bilirsiniz, allergiya elə uşaqlıqdan, hətta ana bətnindən başlayır. Ona görə böyüklərdə rast gəlinin allergik xəstəliklər elə uşaq vaxtından yaranır. Allergiya xəstələrinin hardasa 20 faizində həddi-buluğ dövründə xəstəlik keçə bilər, amma yerdə qalan xəstələrdə davam edir. Özü də allergik xəstəliklər müxtəlif yaşda başlaya bilir. Adam var deyir ki, məndə heç vaxt allergiya olmayıb, 50 yaşım var, indi başlayıb. Həmin adama başa salırıq ki, onda allergiya olub, amma indiyə qədər özünü büruzə verməyib. Allergik reaksiyaların baş verməsi üçün müəyyən şərait yaranmalıdır.

    – Şərait deyəndə nəyi nəzərdə tutursunuz?

    – Bu qida, hava, cürbəcür, vasitələr, dərmanlar, həşəratlar ola bilər.

    – Yəni hər şey təsir edə bilər…

    – Bəli, doğru buyurursunuz. Mən bəzən deyirəm ki, adi krant suyu da allergiya verə bilər. Nəyə görə? Axı krant suyunda reagentlər var. Onlar da insan orqanizminə yaddır. Onlar da təsir edə bilər.

    – Ən çox hansı allergiya növlərinə rast gəlinir? Qidadan yaranan allergiya, mövsümi allergiya, yoxsa anadangəlmə allerqiyalar?

    – Ümumiyyətlə, ilkin allergik reaksiyalar qidadan başlayır. Mən körpələri nəzərdə tuturam. Xüsusən ana südü ilə deyil, süni qidalanan uşaqlarda allergiya daha tez başlayır. Ona görə ki, inək südü yüksək allergendir. Bizim uşaqların qidasının əsasını da süd məhsulları təşkil edir.

    – Ona görə də həkimlər ana südünü tövsiyə edirlər.

    – Bəli, həmişə demişik, bu gün də deyirik ki, uşaqlar ana südü ilə qidalanmalıdırlar.

    – Süni qidalar da allergiya yarada bilir?

    – Onlarda allergenlər müəyyən dərəcədə azaldılır, amma bununla belə allergiyanın yaranmasına təsiri var.

    – Cəmiyyətdə belə bir fikir var ki, allergiyanın müalicəsi yoxdur. Sizin buna münasibətiniz necədir?

    – Bir tərəfdən düz deyirlər. Müalicə belədir ki, xəstə gərək həkim nə deyirsə, ona əməl eləsin, pəhriz saxlasın. O şeylər ki, yüksək allergik reaksiya verir, onlardan uzaq dursun. Bu gün dünyada qəbul olunan müalicələrdən biri hiposensibrizasiya adlanır. Yəni insan hansı allergenə qarşı həssasdırsa, ona qarşı müəyyən dərmanlar hazırlanır və tədricən o uşaqlara yeridilir. Bu da bir az uzun çəkən müalicədir.

    – Ən çox rast gələn allergiyalardan biri yazda baş qaldıran allergiyalardır. Bundan necə qorunmaq olar?

    – Yaz allergiyası çiçəklərin tozcuqları ilə əlaqədardır. Tozcuqdan qorunmaq çox çətindir. Yaz vaxtı havaya fikir verirsinizsə, elə bil qar yağır. Belə olanda biz allergiyaya həssas adamlara məsləhət görürük ki, bayıra çıxmasınlar, çıxanda gözlərinə eynək taxsınlar, maska geyinsinlər.

    – Bəs ən çox hansı qidalar allergiya yaradır?

    – Süd, yumurta, bal, balıq, sitrus meyvələri daha çox allergiya yaradır.

    – Allergiyanın müalicəsində hansı yanlışlara yol verilir?

    – Birinci növbədə allergeni aradan qaldırmaq lazımdır. Ona eliminasiya deyirik. Ondan sonra da antihistamin preparatlar var. O preparatlar allergik reaksiyanı getməyə qoymur. Bunlardan istifadə etmək lazımdır…

  • Liposaksiya əməliyyatında ölüm halları niyə artır? – Plastik cərrah səbəbi açıqladı

    Son zamanlar estetik əməliyyatlarla arıqlamaq, istədiyi bədən formasına sahib olmaq istəyi insanlar arasında geniş yayılıb. Bu üsulla daha qısa müddətdə qalıcı nəticə əldə etmək mümkün olduğu üçün xüsusən qadınlar piylərini liposaksiya metodu ilə, piy sovurma ilə kənarlaşdırmağa üstünlük verirlər.

    Ancaq son zamanlar əslində təhlükəsiz kimi bilinən, təqdim olunan liposaksiya proseduru bir çoxlarının həyatına son verib. Təkcə Azərbaycanda hələ mətbuata məlum faktlar il ərzində 4-5 nəfəri keçir.

    Həkimlər bu əməliyyatın xəstənin həyatı üçün təhlükəsiz olduğunu bildirsələr də, fakt faktlığında qalır.

    Niyə bu kiçik əməliyyat ölümə yol açır? Həkim səriştəsizliyi yoxsa, risk? Hansı xəstələrə bu proseduru etdirmək olmaz?

    Median.Az bildirir ki, medicina.az bütün bu sualları plastik-estetik cərrah Bəxtiyar Qəhrəmanova ünvanlayıb. Həkim bildirib ki, liposaksiya əməliyyatının həyata keçirildiyi cihazlar son illər çox təkmilləşib və uğurun yarısı da bu cihazlardan asılıdır.

    “Bu cihaz dəri altındakı piy toxumasını əridib, maye halına salaraq sovurub çıxarır. Həmin piy kütləsi yenidən işlənərək, bədənin müəyyən nahiyələrinə yeridilərək şəkilləndirilir.

    Prosedur zamanı yaranan piy və ağciyər emboliyası xəstənin həyatına son qoya bilər. Əslində sadalanan bu problemlər daha köhnə model aparatlarla edilən əməliyyatlarda müşahidə edilir. Bu zaman aparat piy toxumasını zədələyir, qan dövranını pozur, piy parçası qan damarlarına düşərək tənəffüs yollarını tutur, xəstənin vəfat etməsinə gətirib çıxarır.

    Lakin son model liposaksiya aparatları təhlükəsiz hesab edilir. Çünki bu aparatlar sensorlarla təchiz olunub. Əməliyyat zamanı aparatın ucu yalnız piy toxumasına toxunduqda işləyir. Damar, əzələ, sümük və digər toxumaya çatdıqda, aparat sönür, yəni fəaliyyətini dayandırır. Bu isə əməliyyat zamanı yaranan bütün risqləri aradan qaldırır, həkimin səhv etməsinin də qarşısını alır. Son model liposaksiya aparatı ilə edilən əməliyat zamanı ölüm riski demək olar ki, sıfıra enir.

    Xəstənin həyatı üçün təhükəsiz olan son nəsil liposaksiya aparatları Bakı şəhərində cəmi iki klinikada mövcuddur, eləcə də mən bu aparatla əməliyyat edirəm. Ola bilər bir çox həkimlər xəstələri inandırmaq üçün qeyd etsin ki, son model məndədir. Amma yoxlamaq, dəqiqləşdirmək lazımdır.

    Bu aparatla piylər çıxarılan nahiyədə dəri sallanmaları da müşahidə edilmir. Əməliyyat zamanı əridilərək toplanan piy yenidən işlənələrək, hazır hala gətirilib pasiyentin istəyinə uyğun olaraq bədəninin müxtəlif nahiyələrinə yeridilir.

    Bədən şəkilləndirmə zamanı ən çox qarın, qol və bud nahiyəsindən alınan piy sağrı, süd vəzi, hətta dodaq kimi hissələrə əlavə edilir. Beləliklə də pasiyentin öz piylərindən ona yeni forma verilir.

    Prosedurdan sonra əməliyyat olunan pasiyent istədiyi bədən quruluşuna qovuşmaq üçün bir sıra korreksiyalar da etdirməlidir. Yalnız bundan sonra əldə edilən bədən forması bütün ömür boyu çəklini qoruyur”.

    Həkim onu da bildirdi ki, liposaksiya üçün hər hansı qadağa yoxdur. Yaş məhdudiyyyəti qoyulmayıb, xəstəliklər də əks göstəriş deyil. Hətta şəkər xəstələrinə də olar. Bir sözlə, kimin ehtiyacı varsa, bu əməliyyatdan keçə bilər. Qeyd edək ki, əməliyyat yerli anesteziya ilə olunur, ümumi narkoz verilmir.

  • Qlütenə qarşı dözümsüzlüyə qadınlar arasında daha çox rast gəlinir

    Qlüten və ya onun fraksiyası qliadin dənli bitkilərin, buğda, arpa, çovdar, yulafın yüksəkmolekullu proteinidir. Qlüten unun çörəkbişirmə xassələrini səciyyələndirən əsas amildir. Belə ki, qlüten sayəsində xəmir elastik və yumşaq olur, yaxşı köpür. Yer kürəsində hər 150 insandan birində qlütenə qarşı dözümsüzlük var. Qlütenə qarşı dözümsüzlük seliakiya, çölyak xəstəliyi, qlüten enteropatiyası adlanır. Çölyak xəstəliyinə səbəb nazik bağırsağın selikli qişasında qlütenparçalayıcı fermentin az əmələ gəlməsi və ya anadangəlmə olmamasıdır. Həyatın müxtəlif mərhələlərində qlütenə qarşı dözümsüzlük aşkarlana bilər. Xüsusilə körpələrdə klassik kliniki simptomlar 4-8 ayından etibarən özünü göstərə bilər. Bu əsasən ana südündən digər qidalanmalara, sıyıqlara keçdikdə qeydə alınır. Xəstəlik yorğunluq, zəiflik, qarın nahiyəsində ağrılar, ishal, qəbizlik və ya hər ikisinin bir biri ilə növbələşməsi, uşaqlarda boyun inkişafdan qalması, osteoporoz, dəri xəstəlikləri, dəmir və fol turşusu defisiti anemiyalar müşahidə oluna bilər. Bu əlamətlər qeydə alındıqda mütləq həkimə müraciət etmək lazımdır.

    Qlüten həssaslığı irsi-genetik yolla ötürülür və autoimmun xəstəliklər qrupuna aiddir. Bu xəstəliyə qadınlar arasında daha çox rast gəlinir. Bəzən seliakiya xəstəliyi uzun müddət gizli qalır, lakin stressdən və virus infeksiyalarından sonra aqressivləşir və üzə çıxır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti Billurə Həsənova məlumat verib.

    Həkim-terapevt bildirib ki, xəstəliyin diaqnostikası spesifik immunoloji analizlər və biopsiya nəticəsində qoyulur. Sağlam insanlarda un məmulatları normal mənimsənildiyi halda çölyak xəstələrində qlütenin təsirindən nazik bağırsaqda immun reaksiyalarının yaranması səbəbindən bağırsaq epiteli zədələnir, selikli qişa hamarlaşır və nəticədə qida maddələrinin sorulması pozulur. Qlüten həssaslığı olanlarda onun milliqramla miqdarı belə dözümsüzlüyə, autoimmun proseslərin yaranmasına və bağırsaq iltihabına səbəb olur. İrəliləmiş hallarda isə iltihab nazik bağırsağı tam əhatə edə bilər. Nazik bağırsaq orqanizmdə çox vacib elementlərin sorulmasında iştirak edən selikli qişaya malikdir. Bu xəstələrdə selikli qişanın tamlığı pozulduğu üçün dəmir və fol defisitləri və anemiyalar, mikroelementlərin çatışmazlığı, kalsium, maqnezium itkisi olduğu səbəbindən osteoporozlar, döş qəfəsində ağrılar, çanaq nahiyəsində, sümüklərdə ağrı, deformasiyalar müşahidə olunur. Hətta nevroloji xəstəliklər, apatiyalar, depressiyalar, əsəbilik, o cümlədən şizofreniya da yarana bilər. Onu demək olar ki, bu dözümsüzlük nəticəsində irəliləmiş hallarda daha çətin bərpa olunan proseslər baş verir.

    Mütəxəssis, həmçinin deyib: “Xəstəliyin müalicəsində ilk addım pəhriz saxlamaqdır. Pəhriz zamanı qida rasionundan buğda, çovdar, arpa və yulaf, mayonez, ketçup, hazır souslar çıxarılmalıdır. Qarğıdalı unundan, kartof, soyadan hazırlanmış məhsullar, o cümlədən ət məhsulları istənilən şəkildə istifadə oluna bilər. Yalnız suxarı ununa batırılmış ət məhsulları istisna edilməlidir. Şorbalara un məhsulları qatılmamalı, şirniyyatlar qlütensiz olmalıdırlar.

    İnsanlar qlütensiz qidalanma ilə bağlı maarifləndirilməlidirlər. Hazırda inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda supermarketlərdə qlütensiz qida adlanan şöbələr var. Qlütensiz qidaların qablaşdırmalarında buğda şəklinin üzərindən xətt çəkilir və ya “free gluten” yazılır”.

  • Əlləri, ayaqları daim soyuq olanlar – Səbəblər, müalicə

    Əlləri, ayaqları daim, hətta yayda da soyuq olan, buz bağlayan, üşüyən insanlar hansı həkimə gedəcəyəni bilmir. Çoxu hətta bu problemlə bağlı həkimə getməyin lazım olduğunu da güman etmir.

    Median.Az xəbər verir ki, Medicina.az daim əl-ayağı soyuq olanların dərdini araşdırıb.

    Digər insanlar üçün əlverişli şəraitdə ayaqları, əlləri donanlarda Hipotireozdan ilk növbədə şübhələnirlər.

    1. Hipoterioz – hormonal problemlər.

    Məhz hormonlar bədən temperaturunu tənzimləyir. Qalxanvari vəzin funsksiyası azalanda, hormonlar lazımi qədər öz işini görə bilmir və maddələr mübadiləsi prosesi zəifləyir.

    Hipotireozun əlamətləri:

    -Daim yorğunluq və iş qabiliyyətinin azalması
    -Depressiya
    -Menstrual tsiklin pozulması
    -Zəif nəbz
    -Daim üşümə hissi, əl-ayağın soyuması

    Diaqnoz və müalicə

    Endokrinoloq tərəfindən təyin edilir. Hormonal preparatlarla müalicə aparılır. Xəstə daim bu həkimin nəzarətində olur.

    2.Reyno xəstəliyi

    Əl və ayaqların iri arteriyalarının xəstəliyidir. Bu zaman arteriyalar daralır, ora qan dövranı azalır.

    Əlamətləri:

    -Barmaqların rənginin ağarması, göyərməsi
    -Uyuşma, qıcolma
    -Sanki iynə batırmış kimi hiss
    -Ayaqlarda barmaqların daim soyuq olması, buzlaması

    Xəstəliyi damar problemləri, stress, kəskin soyuma, soyuq suda uzun müddət qalmaq yaradır.

    Müalicəsi:

    Xəstəliyi törədən triggerlərin aradan qaldırılmasına yönəlir. Dərman müalicəsi effekt vermədikdə, cərrahi əməliyyat seçilir.

    3.Ateroskleroz

    İri arteriyaların müxtəlif səbəblərdən tıxanması, xolesteril, tromb, damarların şəkərdən quruması,qan dövranı pozulması. Daha çox siqaret çəkənlərdə rast gəlinir. Bu zaman damarlar dopller olunmalı, damar keçiriciliyi bərpa edilməlidir. Fleboloq və damar cərrahları bu problemlə məşğul olur.

    4.Anemiya

    Qanazlığı və dəmir desitli anemiyada soyuğa həssaslıq artır, dodaqlar, əllər ağarırı, göyərir. Buna səbəb orqan və toxumalara kifayət qədər oksigen çatmamasıdır.

    Soyuq əl-ayaqla, üşümə və uyuşma ilə yanaşı baş ağrıları, ürəkdöyünmənin sürətlənməsi, tənəffüs çətinliyi varsa, deməli, qanı yoxlatmalısız.

    5.Əsəb anoreksiyası

    Anoreksiya kifayət qədər çəki itkisi, normal qidalanmamaqdır. Bu zaman təbii ki, xəstədə güc və enerji olmadığından istilik təminatı pozulacaq.
    Malicə dietoloq, nevroloq və qastroenteroloqla birgə dərman müalicəsi və qida korreksiyası ilə aparılır. Bu zaman qanda bəzi vitamin və mineralların miqdarı da yoxlanılır.

  • Xərçəngin geniş yayılmasının səbəbi tapıldı

    ABŞ Taftsa universitetinin alimləri yeni elmi tədqiqatlarının nəticəsini “Canser Spektrum” adlı jurnalda dərc etdirərək, 20 yaşdan yuxarı 80.100 nəfər amerikalının xərçəngə yoluxmasının əsas səbəbinin pis və qeyri-düzgün qidalanma olduğunu elan ediblər.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, tədqiqata orta yaş həddində amerikalıların 2013-2016-cı illər arasında xəstəlikləri və profilaktika tədbirlərinin Milli nəzarət mərkəzinin məlumatları daxil edilib.

    Alimlər xərçəngə səbəb kimi bu qidalanma amillərini sadalayıb:

    – Meyvə-tərəvəzin çox az qəbulu

    – Tam toxum, buğdanın azlığı

    – Süd məhsullarının azlığı və keyfiyyəti

    – Emal edilmiş ət, qırmızı ət, şirin qazlı içkilər

    Düzgün qidalanmamaq səbəbindən aşağıdakı xərçəng növləri yaranır:

    – Ən yüksək 38,3 % yoğun və düz bağırsağın xərçənginə səbəb olur. Eləcə də zərərli qidalar qırtlaq, qida borusu, ağız, uşaqlıq, süd vəziləri, mədə, qaraciyər xərçəngində yer tutur.

    – 16% hallarda piylənmə, aşırı köklük də bir çox xərçəng növlərinə səbəb olur.

    Hazırda qida rasionunda bütün dünyada 60% yeri emal edilmiş zərərli qidalar tutur. İnsanlar ucuz, asan, tez başa gələn hazır qidalara qaçır.

    Alimlər bildirir ki, ABŞ və digər ölkələrdə insanlar düzgün pəhrizə sövq edilsələr, əsas sağlam qidalar gündəlik menyuya daxil edilsə, ərzaqlarda faydalı maddələr artsa, xərçəngin qarşısını alıb, faizini azaltmaq olar.