Category: Sağlamlıq

  • Ürək xərçəngi necə yaranır? – Alimlər açıqladı

    Miçiqan universitetinin ürək-damar sistemi xəstəlikləri mərkəzinin kardioloqları ürək xərçənginin əsas səbəbini açıqlayıblar.

    Median.Az xəbər verir ki, alimlərin tədqiqatının nəticəsinə əsasən, ürəkdə bədxassəli şiş çox nadir hallarda, 100 min insane 1.38 hadisə olaraq qeydə alınır. Bununla belə, bu xəstəlik insan ölümünə səbəb olur.

    Ürəkdə yaranan şişlər 75 faiz halda xoşxassəli olur. Ağ ciyər, sinə və digər orqanlarda şiş yaranması daha geniş yaranıb. Əgər ürəkdə şiş yaranıbsa, böyük ehtimal ki, bu, genetik xəstəlikdir.
    Həkimlər bildiriblər ki, bir çox hallarda ürək xərçəngini əməliyyat etmək olar. Əgər əməliyyat olmasa, xoşxassəli şiş infarktla nəticələnir. (ölkə.az)

  • Alimlərdən xərçənglə bağlı İNANILMAZ KƏŞF: hər gün yediyimiz bu qidalar əslində…

    Sarımsaq və soğandan istifadən yoğun bağırsaqda yarana biləcək xərçəngin inkişaf riskini azalda bilər.

    Median.Az xəbər verir ki, bunu çinli elm adamları deyir.

    “Asiya-Sakit Okean Kliniki Onkologiya Dərgisi”ndə yer alan araşdırmada qalın bağırsaq xərçənginə tutulan 833 xəstənin yaş, cinsiyyət və yaşadıqları yerlə bağlı bilgiləri 833 sağlam insanın bilgiləri ilə müqayisə edilib. Araşdırmaya qatılan insanlarla mütəmadi olaraq qida rasionları və hansı sıxlıqda yemək yemələri ilə bağlı sorğu aparılıb. Beləliklə, bol miqdarda soğan və sarımsaq yeyən insanlarda qalın bağırsaq xərçənginin yaranma riskinin digər insanlara nisbətdə 79% daha az olduğu ortaya çıxıb.

    Araşdırma daha da dərinləşdirilərək soğan və sarımsaqda bədxassəli şişin yaranma riskini azaldan komponentlərin olduğu aşkarlanıb.

    Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, qalın bağırsaqda yaranan xərçəng bu xəstəliyin ən çox yayılmış növlərindən biridir. (publika.az)

  • Dünya Səhiyyə Təşkilatı: təhlükəsiz qidalanmanın 5 əsas prinsipi – FOTO

    Dünya Səhiyyə Təşkilatı (DST) qida mənşəli xəstəliklərin qarşısını almaqdan ötrü hamını sadə qaydalara riayət etməyə çağırır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, DST-nin müraciətində deyilir: “Ərzaq məhsulları istehsalçıları onların təhlükəsizliyi üçün əsas məsuliyyət daşıyır. Lakin siz özünüzü və ailənizi 5 əsas prinsipi tətbiq edərək qida mənşəli xəstəliklərdən qoruya bilərsiniz”.

    DST patogen (xəstəlik törədən) mikroorqanizmlərdən xilas olmaq üçün bu şərtləri yerinə yetirməyə çağırır: yoluxmanın qarşısını almaq məqsədilə təmizliyə riayət etmək; çiy və hazır yeməkləri qarışdırmamaq; mikroorqanizmlərin məhv edilməsindən ötrü yeməyi mükəmməl hazırlamaq; bakteriyaların inkişafının qarşısını almaqdan ötrü ərzaqları təhlükəsiz temperaturda saxlamaq; yoluxmanın qarşısını almaq məqsədilə təmiz sudan və təmiz qida xammalından istifadə etmək.

  • Gündə bir paketdən çox siqaret çəkmək bu xəstəliklərə səbəb olur

    Gündə bir paketdən çox siqaret çəkən insanlarda rəngləri görmə qabiliyyətini itirmə riskinin artdığı məlum olub.
    Median.Az
    xəbər verir ki, Rutgers universitetinin tədqiqatçıları bu barədə araşdırma aparıblar. Nəticələrə əsasən, gün ərzində 1 paketdən çox siqaret çəkmək rəng görmə qabiliyyətinə mənfi təsir edir.

    Təcrübə zamanı həyatı boyu 15-dən az siqaret çəkən 71 inmsan ilə gündə ən azı 20 siqaret çəkən 63 nəfər üzərində sınaq aparılıb. Məlum olub ki, siqaret çəkənlərin siqaret çəkməyənlərlə müqayisədə kontrast və rəngləri ayırd etmə qabiliyyəti azalıb. Eyni zamanda siqaret çəkənlərin qırmızı-yaşıl və mavi-sarı rəng görmələrində ciddi dəyişiklər üzə çıxıb.
    Nikotin və siqaret qan damarları və neyronlara ziyan vurur. İştirak edənlərin 25-45 yaş arası olduğu bildirilir. Tədqiqatın nəticələri “Psychiatry Research” jurnalında dərc edilib.

  • Uşağın psixi problemlərini onun dişlərindən görmək olur – Yeni ARAŞDIRMA

    Amerikalı elm adamları uşaqların zehni və psixikası ilə dişlərinin bağlılığı barədə maraqlı araşdırma aparıblar.

    Dişləri zəif, mina qatı nazik, zədəli olan uşaqlarda daha çox diqqət azlığı, yaddaşsızlıq və hiperaktivlik müşahidə olunur. Bu uşaqların gələcəkdə psixi pozuntularla üzləşmə riski də çoxdur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu nəticəyə 6 il ərzində 37 uşağın süd dişlərinin analizindan sonra gəliblər.

    Dişləri zəif, tez qırılan və çürüyən uşaqlar özlərini daha aqressiv aparırdılar.
    Alimlər bunu belə izah edir ki, dişlər bətndaxili inkişaf dövründə sümük altında formalaşır, hamilə qadının psixi və sinir durumu onların keyfiyyətinə təsir edir.

  • Vərəmə qarşı tez təsiredici antibiotik aşkarlanıb

    Amerika Birləşmiş Ştatlarından olan alimlər sübut ediblər ki, AN12855 adlı dərman vasitəsi hazırda “qızıl standartlar”a uyğun olan izoniazid preparatından daha effektlidir. Bundan başqa, preparat daha az rezistentlik əmələ gətirir.

    Median.Az bildirir ki, AZƏRTAC Amerika Mikrobioloqları Cəmiyyətinin saytına istinadla bu barədə xəbər verir.

    Komandanın siçanlar üzərində apardığı eksperimentlərdə əsas fərqləndirici xüsusiyyət ağciyərlərin zədələnməsinin şiddətlənməsi ilə müşayiət edilən xəstəliyin modelinin təhlili olub. Müəlliflərin sözlərinə görə, bu, xəstəliyin tipik əlamətləridir ki, bunlar da yeni dərmanların testləşdirilməsi zamanı arabir nəzərə alınır.

    Alimlər ciddi zədələnmələr olan toxumalarda törədici mikroblara qarşı mühüm fərqləri iki dərmanın səmərəliliyində aşkar ediblər.

    Tədqiqatçılar izah edirlər ki, AN12855 böyük miqdarda patogen bakteriyalarının mövcud olduğu qranulemalara (iltihab nəticəsində toxumada əmələ gələn düyün və qabarlar) keçir.

    Preparatın müalicə üçün imkanlarını dəqiqləşdirməkdən ötrü komanda tədqiqatları davam etdirməlidir.

    Vərəmlə mübarizədə əhəmiyyətli irəliləyişin olmasına baxmayaraq, xəstəlik əvvəlki kimi dünyada yoluxucu xəstəliklərdən ölüm hallarının əsas səbəbidir. Xəstəliyin erkən mərhələdə aşkarlanması səviyyəsinin aşağı olmasında diaqnostikanın lazımınca səmərəli olmaması da az rol oynamır. Problemi həll etməyə səy göstərən Böyük Britaniya alimləri qan analizi üzrə sadə test işləyib hazırlayıblar. Bu test hətta ən mübahisəli halları düzgün diaqnozlaşdırır.

  • Bu xəstəliklər ömürlük korluğa səbəb ola bilər – Həkim izah edir

    Sağlam həyat tərzi üçün bütün orqanların, eləcə də gözlərimizin normal fəaliyyəti çox önəmlidir. Statistikaya əsasən, ölkə üzrə görmə orqanının zədələnməsinə görə əlillik faktı kənd əhalisində təxminən 57%, şəhər əhalisində 43% təşkil edir. Kənd əhalisi arasında əlilliyin yüksək faizinin əsas səbəbi vaxtında tibbi reabilitasiyadan istifadə olunmamasıdır.

    Median.Az xəbər verir ki, oftalmoloq Rəhimə Poluxova Baku TV-yə açıqlamasında deyib ki, göz xəstəliklərində genetik faktor mühüm rol oynayır:

    “Kitab oxumaq, kompüter arxasında oturmaq bu prosesi daha da sürətləndirə bilər”.

    Həkimin sözlərinə görə, 65 yaşdan yuxarı hər kəsdə mirvari suyu deyilən göz xəstəliyinin yaranması ehtimalı var. Şəkərə bağlı göz xəstəlikləri isə müalicə olunmazsa, korluqla nəticələnə bilər.

    Bununla yanaşı, arterial təzyiq, revmatizma kimi xəstəliklərdən əziyyət çəkən insanlarda göz xəstəliklərinin yaranması riski daha böyükdür. Estetik gözəllik naminə istifadə olunan linzaların da təhlükəsi böyükdür.

  • Gecələr telefona çox baxanların orqanizmi zəhərlənir – Əsəb və baş ağrısı yaradan vərdiş

    Hazırda smartfonlardan asılılıq o həddə çatıb ki. uşaq, yeniyetymə və gənclər gecə saat 3-4 ə kimi yatmayaraq telefonda, internetdə zaman keçirir.

    Orqanizm üçün həyati əhəmiyyətli olan uzun yuxu fazasından məhrum olan insanda nələr baş verir?

    Medicina.az xəbər verir ki, alimlər gecə 4-ə kimi telefonla məşğul olan insanların bədənində toksin və zəhərlərin yığıldığını bildirir. Onlar bu mexanizmi belə izah edirlər.

    Gün ərzində orqanizmində neyrotoksinlər toplanır, biz onlardan uzun yuxu fazası zamanı xilas oluruq. Melatonin və digər hormonların istehsalının pozulması səbəbindən yuxu dövriyyəsi pozulur, buna görə də gecə boyu narahat və az yatırıq. Bu, bədəndə zəhərlərin yığılmasına, o isə öz növbəsində baş ağrısı, sinir sisteminin pozulmasına və stressə gətirib çıxarır.Yuxunun və ardınca melatonin pozulması, istirahət vaxtının azaldılması daxili orqanlarının fəaliyyətinin pozulmasına səbəb olur. Məsələn, bağırsaq və mədə.

    Beyin oyaq bədən isə yorğun olduğu üçün beyinə əlavə enerji zəruriliyi barədə siqnal göndərilir. Biz nəsə yeməyə ehtiyac hiss edirik, halbuki belə olmamalıdır. Bu, həzmlə bağlı böyük problemlərə gətirib çıxara bilər.

  • Ölkəmizdə daha bir uğurlu əməliyyat icra olunub

    Azərbaycan Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyat icra ediblər

    Azərbaycan Tibb Universitetində 40 yaşlı xəstənin döş boşluğundakı sinir mənşəli törəmə endoskopik üsulla xaric edilib.

    ATU-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, universitetin Tədris Cərrahiyyə Klinikasının döş qəfəsi (torakal) cərrahı Arif Ağayev əməliyyatı icra edib. Onun sözlərinə görə, pasient şöbəyə müraciət etməmişdən öncə bir neçə mütəxəssislə görüşüb: “Həmin müəssisələrdə xəstəyə açıq üsulla əməliyyat təklif olunub. Lakin o əməliyyatın qapalı üsulla aparılmasını istədiyi üçün başqa həkimlərə də müraciət etməyi qərara alıb. Bizə müraciət edəndə əməliyyatın qapalı olmasının mümkünlüyünü bildirdik”.

    A.Ağayev bildirib ki, bu əməliyyat mürəkkəbliyi və çətinliyi ilə seçilib: “Endoskopik əməliyyatların icrası digərlərindən fərqli olaraq daha həssas yanaşma tələb edir. Ona görə də cərrahlar texniki çətinliklərlə qarşılaşırlar. Bununla yanaşı, şiş təhlükəli sahədə – damar və sinirlərin üzərində yerləşirdi. Ona görə də hər an qanama təhlükəsi var idi. Həmçinin əməliyyatdan sonra nevroloji problemlərin yaranması riski də ola bilir. Sözügedən cərrahi əməliyyat üç saat davam etdi və uğurla yekunlaşdı”.

  • Tibbi sığorta hesabına müalicə ediləcək xəstəliklər – SİYAHI

    2019-cu ildən etibarən bütün respublika ərazisində İcbari Tibbi Sığortanın tətbiqinə başlanılacaq. Bu fəaliyyətin icrası üçün isə artıq yeni “TƏBİB” adlı agentlik yaradılıb. Əhalini düşündürən suallar arasında icbari sığortaya hansı xəstəlik və müayinələrin daxil olması da var.

    Xüsusilə də vətəndaşları müalicəsi həddən artıq baha olan onkoloji xəstəliklərin də bu siyahıya daxil olub-olmaması düşündürür.

    2020-ci ilin yanvar ayından başlayaraq Səhiyyə Nazirliyinin tabeliyində olan bir çox tibbi qurumlar və xəstəxanalar TƏBİB agentliyinin tərkibinə daxil ediləcək.

    Bu müəssisələrin tam siyahısı isə yaxın zamanlarda təsdiqlənəcək. Hər kəs its.gov.az saytına daxil olmaqla İTS-nın baza paketində qeyd edilən 1829 adda tibbi xidmətlə tanış ola bilər:

    Vətəndaşlara göstəriləcək tibbi xidmətlərin bir hissəsi:

    – Təcili və təxirəsalınmaz tibbi yardım – 6 növ xidməti

    – İlk tibbi yardım – ailə həkimi – 18 növ xidməti

    – Ambulator müayinə və müalicə – 480 növ xidmət

    – Stasionar müalicənin 677 növü

    – Funksional – diaqnostika müayinəsi – USM, KT, MRT, retngen və s.

    – Fizioterapevtik xidmətlər – 23 növü

    – Laborator xidmətlər – 459 növü

    – Cərrahi əməliyyatlar, bunlardan bahalı açıq və qapalı ürək-damar, koxlear implantasiya və s.

    Eyni zamanda bu siyahıya hamiləlik, doğum, təcili vaksinasiya, planlı vaksinasiya, təqvimə görə uşaq peyvəndləri, dispanser müşahidələri də daxil ediləcək.

    – Dövlət proqramlarına daxil olan onkoloji xəstəliklər, şəkərli diabet, qan xəstəlikləri və s. kimi xəstəliklər üçün dövlət büdcəsindən vəsait ayrıldığı üçün onlar sığorta paketinə daxil olunmayıb. Bu dövlət layihələrinin müddəti bitdikdən sonra onlar da daxil ediləcək.

    – İşsizlər, təqaüdçülər, uşaqlar, sosial təminatsız ailələr dövlət hesabına sığortalanacaq.
    //oxu.az