Category: Sağlamlıq

  • Bu xəstəliklər ömürlük korluğa səbəb ola bilər – Həkim izah edir

    Sağlam həyat tərzi üçün bütün orqanların, eləcə də gözlərimizin normal fəaliyyəti çox önəmlidir. Statistikaya əsasən, ölkə üzrə görmə orqanının zədələnməsinə görə əlillik faktı kənd əhalisində təxminən 57%, şəhər əhalisində 43% təşkil edir. Kənd əhalisi arasında əlilliyin yüksək faizinin əsas səbəbi vaxtında tibbi reabilitasiyadan istifadə olunmamasıdır.

    Median.Az xəbər verir ki, oftalmoloq Rəhimə Poluxova Baku TV-yə açıqlamasında deyib ki, göz xəstəliklərində genetik faktor mühüm rol oynayır:

    “Kitab oxumaq, kompüter arxasında oturmaq bu prosesi daha da sürətləndirə bilər”.

    Həkimin sözlərinə görə, 65 yaşdan yuxarı hər kəsdə mirvari suyu deyilən göz xəstəliyinin yaranması ehtimalı var. Şəkərə bağlı göz xəstəlikləri isə müalicə olunmazsa, korluqla nəticələnə bilər.

    Bununla yanaşı, arterial təzyiq, revmatizma kimi xəstəliklərdən əziyyət çəkən insanlarda göz xəstəliklərinin yaranması riski daha böyükdür. Estetik gözəllik naminə istifadə olunan linzaların da təhlükəsi böyükdür.

  • Gecələr telefona çox baxanların orqanizmi zəhərlənir – Əsəb və baş ağrısı yaradan vərdiş

    Hazırda smartfonlardan asılılıq o həddə çatıb ki. uşaq, yeniyetymə və gənclər gecə saat 3-4 ə kimi yatmayaraq telefonda, internetdə zaman keçirir.

    Orqanizm üçün həyati əhəmiyyətli olan uzun yuxu fazasından məhrum olan insanda nələr baş verir?

    Medicina.az xəbər verir ki, alimlər gecə 4-ə kimi telefonla məşğul olan insanların bədənində toksin və zəhərlərin yığıldığını bildirir. Onlar bu mexanizmi belə izah edirlər.

    Gün ərzində orqanizmində neyrotoksinlər toplanır, biz onlardan uzun yuxu fazası zamanı xilas oluruq. Melatonin və digər hormonların istehsalının pozulması səbəbindən yuxu dövriyyəsi pozulur, buna görə də gecə boyu narahat və az yatırıq. Bu, bədəndə zəhərlərin yığılmasına, o isə öz növbəsində baş ağrısı, sinir sisteminin pozulmasına və stressə gətirib çıxarır.Yuxunun və ardınca melatonin pozulması, istirahət vaxtının azaldılması daxili orqanlarının fəaliyyətinin pozulmasına səbəb olur. Məsələn, bağırsaq və mədə.

    Beyin oyaq bədən isə yorğun olduğu üçün beyinə əlavə enerji zəruriliyi barədə siqnal göndərilir. Biz nəsə yeməyə ehtiyac hiss edirik, halbuki belə olmamalıdır. Bu, həzmlə bağlı böyük problemlərə gətirib çıxara bilər.

  • Ölkəmizdə daha bir uğurlu əməliyyat icra olunub

    Azərbaycan Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyat icra ediblər

    Azərbaycan Tibb Universitetində 40 yaşlı xəstənin döş boşluğundakı sinir mənşəli törəmə endoskopik üsulla xaric edilib.

    ATU-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, universitetin Tədris Cərrahiyyə Klinikasının döş qəfəsi (torakal) cərrahı Arif Ağayev əməliyyatı icra edib. Onun sözlərinə görə, pasient şöbəyə müraciət etməmişdən öncə bir neçə mütəxəssislə görüşüb: “Həmin müəssisələrdə xəstəyə açıq üsulla əməliyyat təklif olunub. Lakin o əməliyyatın qapalı üsulla aparılmasını istədiyi üçün başqa həkimlərə də müraciət etməyi qərara alıb. Bizə müraciət edəndə əməliyyatın qapalı olmasının mümkünlüyünü bildirdik”.

    A.Ağayev bildirib ki, bu əməliyyat mürəkkəbliyi və çətinliyi ilə seçilib: “Endoskopik əməliyyatların icrası digərlərindən fərqli olaraq daha həssas yanaşma tələb edir. Ona görə də cərrahlar texniki çətinliklərlə qarşılaşırlar. Bununla yanaşı, şiş təhlükəli sahədə – damar və sinirlərin üzərində yerləşirdi. Ona görə də hər an qanama təhlükəsi var idi. Həmçinin əməliyyatdan sonra nevroloji problemlərin yaranması riski də ola bilir. Sözügedən cərrahi əməliyyat üç saat davam etdi və uğurla yekunlaşdı”.

  • Tibbi sığorta hesabına müalicə ediləcək xəstəliklər – SİYAHI

    2019-cu ildən etibarən bütün respublika ərazisində İcbari Tibbi Sığortanın tətbiqinə başlanılacaq. Bu fəaliyyətin icrası üçün isə artıq yeni “TƏBİB” adlı agentlik yaradılıb. Əhalini düşündürən suallar arasında icbari sığortaya hansı xəstəlik və müayinələrin daxil olması da var.

    Xüsusilə də vətəndaşları müalicəsi həddən artıq baha olan onkoloji xəstəliklərin də bu siyahıya daxil olub-olmaması düşündürür.

    2020-ci ilin yanvar ayından başlayaraq Səhiyyə Nazirliyinin tabeliyində olan bir çox tibbi qurumlar və xəstəxanalar TƏBİB agentliyinin tərkibinə daxil ediləcək.

    Bu müəssisələrin tam siyahısı isə yaxın zamanlarda təsdiqlənəcək. Hər kəs its.gov.az saytına daxil olmaqla İTS-nın baza paketində qeyd edilən 1829 adda tibbi xidmətlə tanış ola bilər:

    Vətəndaşlara göstəriləcək tibbi xidmətlərin bir hissəsi:

    – Təcili və təxirəsalınmaz tibbi yardım – 6 növ xidməti

    – İlk tibbi yardım – ailə həkimi – 18 növ xidməti

    – Ambulator müayinə və müalicə – 480 növ xidmət

    – Stasionar müalicənin 677 növü

    – Funksional – diaqnostika müayinəsi – USM, KT, MRT, retngen və s.

    – Fizioterapevtik xidmətlər – 23 növü

    – Laborator xidmətlər – 459 növü

    – Cərrahi əməliyyatlar, bunlardan bahalı açıq və qapalı ürək-damar, koxlear implantasiya və s.

    Eyni zamanda bu siyahıya hamiləlik, doğum, təcili vaksinasiya, planlı vaksinasiya, təqvimə görə uşaq peyvəndləri, dispanser müşahidələri də daxil ediləcək.

    – Dövlət proqramlarına daxil olan onkoloji xəstəliklər, şəkərli diabet, qan xəstəlikləri və s. kimi xəstəliklər üçün dövlət büdcəsindən vəsait ayrıldığı üçün onlar sığorta paketinə daxil olunmayıb. Bu dövlət layihələrinin müddəti bitdikdən sonra onlar da daxil ediləcək.

    – İşsizlər, təqaüdçülər, uşaqlar, sosial təminatsız ailələr dövlət hesabına sığortalanacaq.
    //oxu.az

  • Əhaliyə ŞAD XƏBƏR! 120 manata istənilən xəstəxanada müalicə mümkün olacaq – VİDEO

    Yaxın beş ildə tibbi xidmətlər əhali üçün daha əlçatan olacaq. Yaşından, peşəsindən, işlədiyi yerdən və şəraitdən asılı olmayaraq, hər kəs icbari tibbi sığorta hesabına öz səhhətinin qayğısına qala biləcək.

    Median.Az xezerxeber-ə istinadən xəbər verir ki, artıq icbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği də müəyyənləşib.

    Vətəndaşlar illik 120 manat ödəməklə bu sığorta növündən faydalanmaq imkanı qazanacaqlar. Ödənişin hissə-hissə edilməsi üçün də şərait yaradıla bilər.

    İcbari tibbi sığorta ölkə ərazisində mərhələli şəkildə tətbiq ediləcək. Vahid sığorta haqqı müəyyənləşdirilsə də, bəzi kateqoriyadan olan şəxslər ödənişdən azad olacaqlar.

    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməyəcək. Əksər xarici ölkələrdə olduğu kimi, bizdə də plastik əməliyyatlar icbari tibbi sığorta paketinə daxil olmayacaq. Qeyd edək ki, hazırda icbari tibbi sığorta pilot layihə kimi Mingəçevir, Yevlax və Ağdaş rayonlarını əhatə edir.

  • Pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqından azad oluna bilər

    “İcbari tibbi sığorta haqqında” qanuna edilməsi gözlənilən dəyişikliklərin bəzi ilkin detalları məlum olub.

    Parlamentdən bildirilib ki, payız sessiyasında icbari tibbi sığorta ilə bağlı yeni qanun layihələrinin müzakirələrə çıxarılması, eyni zamanda, mövcud qanunlara yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur.

    “Artıq cəmiyyət bu məsələnin icrasını, tətbiqini çoxdan gözləyir və arzu edir. Bu, cəmiyyətin sosial sifarişi olaraq qarşıda dayanır. Eyni zamanda, dövlətin özünün bu məsələ ilə bağlı yekdil mövqeyi, iradəsi ortadır.

    Bu baxımdan, həm parlament, həm icbari sığorta ilə bağlı Dövlət Agentliyi, həm də Nazirlər Kabineti birlikdə bu məsələnin tətbiqinə və icrasına stimul verəcək, prosesi sürətləndirəcək qanunvericilik aktları üzərində işlərini davam etdirir.

    Bu sənədlər qəbul olunduqdan sonra bütün Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq. Yaxın illərdə isə icbari tibbi sığorta Azərbaycanın bütün ərazisində həyata keçiriləcək”.

    İcbari tibbi sığorta haqqına gəlincə, parlamentdən bildirilib ki, Azərbaycanın işləyən vətəndaşları əməkhaqlarından müəyyən faizlər ödəyəcək, işləməyən, bizneslə məşğul olan vətəndaşlar isə müəyyənləşdirilmiş dərəcədə tibbi sığortaya töhfələrini verəcəklər.

    “Amma bəzi kateqoriyalar, məsələn, pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad oluna bilərlər. Dövlət bu vəzifəni öz üzərinə götürə bilər. Bu məsələ üzərində dəqiqləşdirmələr aparılır”, – deyə sonda qeyd edilib.

  • Genetiklər ağciyər xərçənginin yeni müalicə üsulunu tapdılar

    Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, xərçəngin yaranması ilə 15q25 xromosomu arasında müəyyən əlaqə var. O, insan orqanizmində baş verən mühüm bioloji proseslərə nəzarət edir və immun sisteminə təsir göstərir.

    Qeyd edilən xromosomun təsirini dayandırmaqla, ağciyər xərçənginə qalib gəlmək olar. Bundan əvvəl müəyyən edilib ki, hər kəsin tütündən özünəməxsus dərəcədə asılılığı var. Nikotin reseptorlarına nəzarət edən genlərdə asılılıq dərəcəsindən və ağciyər xərçəngi nəticəsində ölüm riskindən xəbər verən mutasiyalar mövcuddur.

    Lokusun (genin yerləşdiyi nahiyənin) ağciyər xərçənginə meyilliliyi 15q25 xromosomunda nikotin asetilxolin reseptorunun genetik subvahidi ilə əks olunur. Daxili nəzarət mexanizminin pozulması nəticəsində orqanizmdə narkotik maddəyə asılılıq artır. Normal vəziyyətdə nikotinin həddən artıq olması müvafiq reseptorlar tərəfindən təhlükəli durum kimi qəbul edilir. Belə halda narkotik maddə az istehlak edilir.

    Dəyişikliyə məruz qalmış reseptorları olan insanlarda müvafiq mexanizm lazımi qaydada işləmir. Nəticədə onlar daha çox narkotik maddə qəbul edir və bunu dayandırmağın zəruriliyini hiss etmir.

  • Ən təhlükəli döş xərçənginin müalicəsi tapıldı

    Leybnits adına Qocalmanın Araşdırılması İnstitutunun alimləri çox təhlükəli süd vəzi xərçəngi hüceyrələrində aktiv olan TRPS1 zülallarını eyniləşdiriblər. Bu birləşmə yeni effektiv dərmanlar üçün potensial hədəfdir.

    Median.Az xəbər verir ki, bununla bağlı məlumat “MedicalXpress” tərəfindən yayımlanıb.

    Döş xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növüdür və il ərzində bu xəstəlikdən 521 min insan dünyasını dəyişir. Bu xəstəliyin üç müxtəlif növü var: ER-müsbət, HER2-müsbət və üçqat mənfi xərçəng. Döş xərçəngi xəstəliklərinin 15 faizini təşkil edən sonuncu növün müalicəsi olduqca çətindir.

    Məlumdur ki, “Hippo” siqnal yolu toxumaların regenerasiyasında və xərçəng hüceyrələrinin yaranmasında başlıca rol oynayır. Bu komponentin əsas komponentlərindən biri orqanların ölçüsünə nəzarət edən YAP zülalıdır. Mütəxəssislər hesab edir ki, YAP-ın aktivləşdirilməsi xəstənin sağalmasına kömək edir. Bunun səbəbi bugünədək müəyyən olunmayıb.

    Alimlər hesab edirlər ki, TRPS1 zülalı YAP zülalının aktivləşməsinə səbəb olur və “Hippo” siqnal yoluna düşərək xərçəng hüceyrələrinə təsir göstərir.

  • Azərbaycanlı həkim nigeriyalı qadına dünyanı görmək “şansı verdi”

    Nigeriyada könüllü türk həkimlərin pulsuz göz müayinəsinə görmə əngəlli övladını gətirən Xədicə Şəfahatü gözlərində katarakt olduğunun ortaya çıxmasından sonra əməliyyata alınıb.

    Median.Az “Anadolu”ya istinadən xəbər verir ki, əməliyyatdan sonra Şəfahatünün görmə qabiliyyəti bərpa olunub.

    Anadangəlmə katarakt olduğu üçün gözləri görməyən 25 yaşlı X.Şəfahatü əməliyyatdan bir gün sonra ilk dəfə övladını, ərini və dünyanı görə bilməyin xoşbəxtliyini yaşayıb.

    Türk həkimlərin qurduğu Könüllülər Dərnəyi ilə Nigeriyaya gedən həkimlər Afrika Korluqla Mübarizə Layihəsi (AFAP) çərçivəsində “Bir milyon katarak əməliyyatı” layihəsini həyata keçirir və görməyənlərə ümid olurlar.

    Dərnəklə Nigeriyaya gedən və Bakıda özəl xəstəxanaların birində çalışan göz xəstəliklər mütəxəssisi Mehriban Əlizadə Xədicə Şəfahatünün əməliyyat olunması barədə “Anadolu” agentliyinə danışıb.

    “Xədicə xanım görməyən övladını əməliyyat etdirmək üçün gətirmişdi. Onu görəndə baxışlarındakı qəribəliyi sezdim. Diqqət etdim, gördüm ki, gözündə ağ katarakt var. Xəstəni əməliyyata aldıq və gözlərinə linza qoyduq”, – Əlizadə deyib.

    “Gözləri açılan Xədicə xanım necə güləcəyini bilmirdi. Bu, bizi duyğulandırdı”, – deyən Əlizadə bildirib ki, Xədicə gözləri açıldıqdan sonra xoşbəxtlikdən ağlamağa başlayıb.

  • Xərçəngdən müalicə üçün təhlükəsiz və effektiv vasitə aşkarlandı

    Melburn Universitetinin alimləri aparıcı onkoloq və genetiklərlə birlikdə insan orqanizmində xərçəng hüceyrələrinin inkişafını dayandırmaq və onları tamamilə məhv etmək qabiliyyətinə malik yeni dərman preparatlarını uğurla sınaqdan keçiriblər.

    Bu məlumat “MedicalXpress” nəşrində dərc edilib.

    Alimlərin sözlərinə görə, preparatın tərkibindəki molekullar şiş hüceyrələrinin gücləndirilməsinə səbəb olan KAT6A və KAT6B zülallarının fəallığının qarşısının alınmasına səbəb olur.

    Klinik tədqiqatların nəticələri göstərib ki, KAT6A ilə kodlandırılmış genin fəaliyyətinin dayandırılması lenfomadan əziyyət çəkən siçanlarda uzunömürlülüyü artırır.

    Şüa və kimya terapiyasından fərqli olaraq, yeni müalicə üsulu yalnız xəstə hüceyrələrə təsir göstərir.

    Alimlərin fikrincə, yeni müalicə üsulu ilkin müalicədən sonra xəstəliyin təkrarlanmasının qarşısını almaqda effektli ola bilər.