Category: Şou Biznes

  • Röya məhkəməyə verdiyi Aygündən 50 min təzminat tələb edir

    Röya məhkəməyə verdiyi Aygündən 50 min təzminat tələb edir

    Əməkdar artist Röya Ayxanın məhkəməyə verdiyi həmkarı Aygün Bəylərdən tələb etdiyi təzminatın məbləği açıqlanıb.

    Median.Az-a bu barədə ifaçının vəkili Vamiq Şükürov məlumat verib. Belə ki, R.Ayxan ARB TV-də yayımlanan “Səhər-səhər” proqramında Aygün Bəylərin onun haqqında işlətdiyi ifadələri yolverilməz sayıb, şərəf və ləyaqətinin təhqir edildiyi bildirərək 50 min manat təzminat tələb edir.

    V.Şükürov bildirib ki, məhkəmənin detalları barədə ətraflı məlumat yaxın günlərdə bilinəcək:

    “Hüquqlarını müdafiə etdiyim Röya xanım iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Yaxın günlərdə müraciətin icra edilib-edilməməsi ilə bağlı məlumat veriləcək”.

  • Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

    Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.

    Median.Az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib.

    Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.

    İttiham görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib.

    Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

    Məsələ ilə bağlı münasibətini öyrənmək üçün əməkdaşımız T.Səmədova ilə əlaqə saxlamağa çalışıb. Lakin prodüser zənglərimizə cavab verməyib.