Category: Şou Biznes

  • Aygün və Brilliant barışmasalar da, duet oxudular – VİDEO

    Xəbər verdiyimiz kimi, Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova Ajda Pekkanın konsertində bir araya gəlib.

    Oxu.Az xəbər verir ki, fərqli sıralarda oturan sənətçilər bir-birini danışdırmasa da, sonra  mərasimlərin birində duet oxuyublar.

    Bu barədə görüntüləri sosial mediada gecəyə xüsusi dəvətli qismində qatılan qonaqlar paylaşıb.

    Həmin videonu təqdim edirik:

  • “Fədayədən sonra məni toylara çağırmırlar” – İlahə həbsdəki bacısından danışdı

    "Fədayədən sonra məni toylara çağırmırlar" - İlahə həbsdəki bacısından danışdı

    Müğənni İlahə Fəda “Səni axtarıram” verilişinin qonağı olub.

    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi hazırda həbsdə olan Fədayə Laçından danışıb.

    O, aparıcının Fədayə ilə bağlı suallarını cavablandırıb və bunları deyib:

    “Nə qədər yaxşı olacağını təsəvvür edin. Bu da bir çilədir, yazıdır çəkirik. Fədayənin səsini yayımlamasınlar çox pis oluram. İkimiz də Bakıya gələnə qədər çox yaxşı yaşamışıq. Bilmirəm harada səhv etdik… Bakıya gəldik, 4 qız və anamız. Çətin idi bizə… Biz ögey atanın da nə olduğunu gördük… Fədayənin də, mənim də uşaqlıqdan bir qanadımız qırıq olub. Atasız uşaqlar bizi başa düşər.

    Sənəti buraxmadım, amma gördüm ki, toymara getməklə çətin olacaq. başladım ticarətlə məşğul oldum. Zəngin oldum, hər şeyim var idi. Sevdiyim insan 41 yaşında rəhmətə getdi”.

    İ.Fəda bacısı həbs olunandan sonra heç kimin onu toya dəvət etmədiyini söyləyib:

    “Demirəm, bacımın günahı yoxdur. Var ki, hüquq mühafizə orqanları onu tutub. Bacımın günahı təsdiq olunmayıb. Onun haqqında yazılanlara dözə bilmirəm. Onu necə günahlandıra bilərsiniz? Toylara belə artıq məni çağırmırlar. Fədayənin günahı var, bəs mənim? Məni artıq tədbirlərə dəvət etmirlər. 1996-cı ildən toya çağrılmışam. Nə vaxt dava salıb, adam döydürmüşəm? Mənim günahım nədir? Pul üçün heç yüngül mahnılar oxumağa qıymamışam.

    Bizim Fədayənin o şəxslə münasibətindən xəbərimiz yox idi. O haqda danışmaq istəmirəm. Əgər günahı varsa, istəyirəm ki, cəzasını çəksin. Yoxdursa, azadlığa çıxıb danışacaq.

    Çörəkpulunu toydan qazanırdım. İndi onu da çox gördülər”.

  • Hansı məşhurumuzun “Instagram” izləyiciləri saxtadır? – STATİSTİKA (FOTO)

    Кто из знаменитостей «накручивает» себе подписчиков? - ФОТО

    Məşhurlarımız arasında olan rəqabət bir müddət sonra sosial mediaya daşınıb.

    “Like”, “Comment” və izləyici yarışına çıxan tanınmışlar saxta izləyici ovuna çıxmaqdan belə çəkinməyiblər.

    Median.Az “Keepface” marketinq şirkətinin təqdim etdiyi rəsmi sosial media statistikasını təqdim edir.

    Bu siyahıda “Instagram”da izləyici sayı bir milyonu ötmüş beş məşhurumuz yer alır. Ən çox izləyici sayına görə sıralama belədir:

    Müğənnilər Sevil və Sevinc Səfərovalar: 1 milyon 348 min 172 izləyici.

    Əməkdar artist Röya Ayxan: 1 milyon 229 min 666 izləyici.

    Aparıcılar Zaur Baxşəliyev və Günay Baxşəliyevalar: 1 milyon 28 min 992 izləyici.

    Müğənni Günay İbrahimli: 1 milyon 670 izləyici.

    Müğənni Roza Zərgərli: 1 milyon 535 izləyici.

    Кто из знаменитостей «накручивает» себе подписчиков? - ФОТО

    Bu məşhurların hər paylaşımına gələn ortalama “like” və “comment” sayına gəldikdə isə, Sevil və Sevincə ortalama 26 min 900 nəfər, Röyaya 22 min 400 nəfər, Zaur və Günaya 16 min 680 nəfər, Günaya 14 min 460 nəfər, Roza Zərgərliyə isə cəmi 6 min 260 nəfər reaksiya verir.

    Paylaşımlar arasında ən çox şəkli bəyənilən məşhura gəldikdə, burada birinci yeri Röya Ayxan tutur. Onun bir şəklinə 72 min 432 bəyənmə gəlib. Bu siyahıda sonuncu yer isə Günay İbrahimliyə nəsib olub. Onun ən çox bəyənilən fotosu 26 min 925 “like” alıb.

    İzləyicilərin cinsinə görə olan müqayisəyə gəlsək, kişiləri ən çox özünə cəlb edən Roza Zərgərlidir. Onun 79,8 faiz izləyici kişi, qalanı isə qadındır. Günay İbrahimli isə 67.3 faiz kişinin diqqət mərkəzindədir. 61 faiz kişinin seçimi Sevil və Sevincdir. Zaur və Günayın kişi “follower”lərinin sayı qadınlardan çoxdur – 56.4 faiz. Əməkdar artist Röya Ayxanın izləyicilərinin təxminən 670 min nəfəri kişilərdən ibarətdir.

    İndi isə məşhurlar arasında “filankəsin izləyici sayı saxtadır” deyimini təsdiq və inkar edən statistikaya gəlirik. Bu siyahıda hansı məşhurun Azərbaycandan daha çox izləyicisi olduğu ortaya çıxır. Beləliklə, kimlər “fake” izləyicilər vasitəsilə şəxsi “Instagram” hesabını artırıb, məlum olur.

    “Keepface”in statistikasına görə, yerli və orijinal izləyicisi ən çox olan məşhurlar Röya Ayxan, Günay İbrahimli, Zaur və Günay cütlüyüdür. Roza Zərgərli, Sevil və Sevinc bacıları isə bu siyahıdan “üzü qara” çıxıb. Belə ki, Rozanın azərbaycanlı izləyici 49,5, Sevil və Sevincin isə 57,7 faizdir.

    Bu məşhurların hansı kütləyə daha çox xitab etməsi də siyahıda yer alıb. Azərbaycandilli təbəqənin ən çox izlədiyi məşhurlar Zaur və Günaydır. Bu siyahıda sonuncu yerdə isə 32.5 faizlə Roza Zərgərli qərarlaşıb.

  • Müğənni Elnarə verilişdən imtina edib televiziyadan getdi

    Müğənni Elnarə verilişdən imtina edib televiziyadan getdi

    Müğənni Elnarə Xəlilova “Lider” telekanalındakı “Xeyirli axşamlar” verilişindən ayrılıb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, müğənninin kanaldan ayrılmasına səbəb verilişin rəhbəri ilə yola getməməyi olub.

    Bildirilir ki, müğənnidən verilişə dəvət edilmiş qonaqların birini xüsusi təmtəraqla təqdim etmək tələb edilib. O isə buna etiraz edib və deyib ki, həmin qonaq xüsusi təmtəraqla təqdim edilməyə layiq deyil. Bu məsələ isə kanal rəhbərliyi ilə müğənni arasında iplərin tamamilə qopmasına səbəb olub və müğənni “Lider TV”dən ayrılıb.

    E.Xəlilovanın prodüseri isə müğənninin kanaldan ayrıldığını təsdiqləsə də, bunun səbəbləri barədə danışmaq istəməyib: “Bəli, Elnarə xanım “Xeyirli axşamlar” verilişindən gedib. Niyə gedib? Bu barədə açıqlama vermək istəmirik”.

    Onu da əlavə edək ki, həftə içi 5 gün yayımlanan “Xeyirli axşamlar” verilişini bu axşam E.Xəlilovanın əvəzinə müğənni Nazənin aparacaq.

    Qeyd edək ki, Elnarə “Lider”dən öncə “Space”də aparıcılıq edirdi.

  • Hüseyn Əzizoğlu ATV-nin qadağasından DANIŞDI

    Hüseyn Əzizoğlu ATV-nin qadağasından DANIŞDI

    Tanınmış vayner Hüseyn Əzizoğluna ATV telekanalının rəhbərliyi tərəfindən efir qadağasının qoyulması barədə məlumat vermişdik.

    Vayner bu məlumatın doğru olduğunu təsdiqləyib. Belə ki, H.Əzizoğlu həqiqətən belə bir qadağanın olduğunu bildirib. Lakin o, telekanal tərəfindən bu addımın atmasına səbəb olacaq açıqlama ilə çıxış etmədiyini qeyd edib.

    “Mən xoşagəlməz ifadələr işlətməmişəm. Sadəcə, “İnstagram”da mənə qarşı haqsızlıq oldu deyə, bir paylaşım etmişdim. Nə şəxs, nə telekanal, nə də ki ATV rəhbərliyinin adını çəkmişəm. Mənə görə heç bir problem yoxdur”.

    Vayner ona qoyulan qadağanı normal qarşıladığını qeyd edib. Hətta buna görə telekanal rəhbərliyinə təşəkkürünü də bildirib.

    Xatırladaq ki, Hüseyn Əzizoğlu ATV telekanalında yayımlanan “Vine show”da səs toplamadığından yarışmanı tərk edib. O, sosial şəbəkə hesabında buna narazılığını bildirib və “məni uduzdurdular” sözlərini işlədib. Bundan sonra isə vaynerə ATV telekanalının rəhbərliyi tərəfindən efir qadağası qoyulub.//minval.info

  • Ajda Pekkan Bakının mərkəzində gəzintiyə çıxdı – VİDEO

    Ajda Pekkan Bakının mərkəzində gəzintiyə çıxdı - VİDEO

    Türk musiqisinin divası Ajda Pekkan Bakıda gəzintiyə çıxıb.

    Median.Az Baku.ws saytına istinadən məlumatına görə, Türkiyə musiqisinin əfsanəsi Fəvvarələr meydanında gəzərək Bakı haqqında məlumatlar öyrənib. Ətrafdan keçən insanların böyük marağına səbəb olan müğənni daha sonra restoranlardan birində yemək yeyib.

    Müğənni sevənlərinə avtoqraf verməyi də unutmayıb.

    Qeyd edək ki, məşhur müğənni Bakıya “Nargis magazine” jurnalının 5 yaşı münasibəti ilə səfər edib. Türkiyə musiqisinin əfsanəsi yanvar ayının 13-də Heydər Əliyev adına Sarayda konsert verəcək.

  • ATV Hüseyn Əzizoğluna qadağa qoydu

    ATV telekanalı tanınmış vayner Hüseyn Əzizoğluna efir qadağası qoyub.

    Median.Az Minval.info-ya istinadən xəbər verir ki, ATV telekanalında yayımlanmış “Vine show”-da iştirak edərək üçlüyə qədər gəlib çıxmış Hüseyn Əzizoğlu səsvermədə uduzaraq finala keçə bilməyib.

    Vayner finala qala bilməməsi ilə əlaqədar sosial şəbəkədə paylaşım edərək uduzmağında kanal rəhbərliyini günahlandırıb: “Məni “Vine show”-da uduzdurdular. Yarımfinalda məni uzaqlaşdırdılar. Amma mən buna layiq deyildim. 1 milyon izləyicisi olan məni gətirib 20 min izləyicisi olan birinə uduzdurdular. Mən bu xalqın içindən çıxan adamam. Atama, qohumlarıma 2-3 min manat pul verib, “Mənə səs göndərin” deməmişəm. Məni Allah, bu xalq sevir. Təki mən həyatda uduzmayım, oyun boş şeydir. Hər şeyi xalqım gözəl bilir. Hamınızı sevirəm. Mən qalib olmadım, amma xalqımın sevgisini qazandım. Göndərdiyiniz səsləri hala edin”.

    Ələ etdiyimiz məlumata görə, vaynerin bu çıxışı ATV telekanalının rəhbərliyi tərəfindən qəzəblə qarşılanıb və vaynerin kanala girişinə qadağa qoyulub. Rəhbərlikdən Hüseyn Əzizoğlunu növbəti əmrə qədər ATV telekanalında yayımlanan heç bir verilişdə görmək istəmədiklərini deyiblər.

    Qeyd edək ki, ötən aylarda yayımlanmış verilişin finalçıları aktyor Rafael İsgəndərovun oğlu vayner Fuad İsgəndərov və Mahmud Səfərov olublar. Sonda yarışmada birinciliyi Fuad İsgəndərov qazanıb və əsas hədiyyə hesab edilən motosikleti Mahmud Səfərova bağışlayıb.

  • “Bəli, cinsi əlaqəyə girməmişdən qabaq …” – 63 yaşlı aktrisadan ŞOK ETİRAF – FOTO

    "Bəli, cinsi əlaqəyə girməmişdən qabaq ..." - 63 yaşlı aktrisadan ŞOK ETİRAF - FOTO

    63 yaşlı türkiyəli aktrisa Nilgün Belgün verdiyi müsahibədə “Seksdən sonra çox əylənirəm” sözlərinin yanlış başa düşüldüyünü bildirib.

    Median.Az xəbər verir ki, milli.Az milliyet-ə istinadən xəbər verir ki, aktrisa “Bəli, sekslə məşğul olmamışdan öncə, buna eşq də daxil, üzümü güldürən insanları seçirəm” deyib.

    63 yaşlı məşhur fikirlərini “Ona görə də bu zamana kimi ya musiqiçilər, ya da aktyorlarla birlikdə oldum. Çünki aktyorlar eqaist olurlar” etirafı ilə tamamlayıb.

    "Bəli, cinsi əlaqəyə girməmişdən qabaq ..." - 63 yaşlı aktrisadan ŞOK ETİRAF - FOTO

  • Elza Seyidcahandan yeni şeir: Qadın bir şey istəyir, kişinin beli bükülür

    Elza Seyidcahandan yeni şeir: Qadın bir şey istəyir, kişinin beli bükülür

    Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.

    Median.Az qaynarinfo-ya istinadən Elza Seyidcahanın “Qadın bir şey istəyir” adlı şeirini təqdim edir:

    Qadın bir şey istəyir
    Bir şey
    Deyim nə istəyir?
    Bir şey istəyir.
    Bir.
    Pul istəmir
    Mal istəmir.
    İki şey istəmir
    Bir şey istəyir o,
    Bir şey.
    Qabırğadır, qabırğa
    O istəyir.
    İstəyir o
    Bir şey olsun.
    Qabırğa olsun, qabırğa
    Çox şey istəmir ki?
    Qadın qadını başa düşür,
    Kişi kişini başa düşür,
    Kişi qadını başa düşmür?
    Kişinin işi qadına düşür,
    Qadının kişiyə işi düşmür?
    Kişinin beli bükülür,
    Qadının abırı tökülür
    Abırdan betər sökülür
    Onun istəyi bir şeydir
    Bir şey!
    Rəhm istəyir,
    Fəhm istəyir,
    Səhm istəmir,
    Baş tükündən yaratmadı
    Başlara çıxsın.
    Dırnaqlardan yaratmadı
    Yerə atılsın.
    Qabırğadan yaratdı ki,
    Ağuşa batsın,
    Tumara çatsın,
    Sığalda yatsın, yatsın,
    Batsın.
    Arzuya çatsın, çatın
    Yatsın.
    Tumar, tumar
    Sığal, sığal,
    Qabırğa
    Qabırğadır, qabırğa.
    Qadın bir şey istəyir,
    Bir şey.
    Qabırğa olmaq istəyir
    Qabırğa.
    İstəyir o bir şey.

  • Azərbaycanda tanınmış kişi müğənni əməliyyat olundu – Dodağındakı silikon çıxarıldı – FOTO

    Azərbaycanda tanınmış kişi müğənni əməliyyat olundu - Dodağındakı silikon çıxarıldı - FOTO

    Dünən müğənni Nadir Qafarzadə əməliyyat olunub.

    Median.Az criminal.az-a istinadən məlumatına görə, əməliyyat Bakıdakı özəl klinikalardan birində həyata keçirilib.

    Müğənninin özü də xəstəxanaya düşməsi ilə bağlı “Instagram” səhifəsində məlumat verib və oradan çəkilmiş fotosunu paylaşıb. “Göz pis şeydir. Allah hər kəsi pis gözlərdən qorusun. Yeni il mənə düşmədi”, – müğənni qeyd edib.

    Lakin o,xəstəxanaya düşməsinin səbəbini açıqlamayıb.

    Sayta daxil olan məlumatda iddia olunur ki, N.Qafarzadə bu gün plastik əməliyyat keçirib. Əməliyyat zamanı onun dodaqlarındakı süni gel çıxarılıb, bundan başqa daha gənc görünmək üçün gözətrafı artıq ətlər götürülüb. Əməliyyatı uzman, plastik və estetik cərrah Dr. Mircəfər Seyid həyata keçirib.
    Məsələ ilə bağlı M.Seyid ilə əlaqə saxlamaq cəhdləri alınmayıb.

    Klinikadan isə bildirilib ki, belə məsələlər barədə mətbuata açıqlama verilmir.
    Xatırladaq ki, Azərbaycan şou-biznesində plastik əməliyyat etdirən kişi müğənnilər var. Onlar arasında Rəhim Rəhimli, Faiq Ağayev, Samir Bağırov plastik əməliyyat etdirənlər sırasındadır. Hətta N.Qafarzadə mətbuata açıqlamasında plastik əməliyyat etdirdiyini gizlətməyib, əksinə ‘”mən sənət adamıyam, lazım gəlsə yenə etdirəcəyəm. Bu mənim şəxsi işimdir’” deyib.

    Azərbaycanda tanınmış kişi müğənni əməliyyat olundu - Dodağındakı silikon çıxarıldı - FOTO