Category: Şou Biznes

  • Elza Seyidcahan: “Mənim sponsorum Allahımdır”

    Elza Seyidcahan: "Mənim sponsorum Allahımdır"

    Əməkdar artist Elza Seyidcahan ona sponsorluq edən şəxsin kimliyini açıqlayıb.

    Median.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən sənətçi ona anasının himayədarlıq etdiyini bildirib:

    “Mənim sponsorum Allahım, bir də anam olub. Uşaqlıqdan məndə olan istedadı görüb və qiymətləndirib. Gecə-gündüz torpaqla əlləşib, işləyib və qazandığı pulları uşaqlarının dolanışığına, təhsilinə xərcləyib. Gecələr iki saat doyunca yatmayıb, çalışıb. Mənə ən bahalı hədiyyələri – evi də, avtomobili də anam bağışlayıb. Bəzi adamlar mənim şeirlərimə lağ edib, artıq-əskik danışanda anam əsəbiləşir. O, bilir ki, qızı çox istedadlıdır. Hətta telefonla danışanda belə mənim şeirlərimdən sitat gətirir. Təsəvvür edin, bütün şeirlərimi əzbər bilir. Dünən deyir ki, Elzanın şeirlərində ifadə etdiyi kimi hər yer pırıl-pırıldır. Amma anam heç vaxt efirə çıxıb, haqqımda danışmağı sevməyib. Bu günlərdə nəvəmin doğum günü idi. Maqazin proqramlarından biri onu danışdırıb. Anam elə bilib ki, kamera çəkmir. Bilsə, heç danışmazdı. Çünki çox təvazökar adamdır”.

  • Flora Kərimovanın qabırğası sındı

    Ötən ilin son günü evinin vanna otağında yıxılan Flora Kərimovanın başına iş gəlib.

    Median-in məlumatına görə, xalq artistinin Yenicag.az-a verdiyi məlumata görə, onun qabırğası sınıb.

    “Dekabrın 31-ində yıxıldım. Travmatologiyada bütün həkimlər başıma dolandılar, ayağımı “snimka” etdilər. Heç nə çıxmadı. Amma 2 gün ağrıdan yata bilmədim. Sonra yenə həkimə getdim. Məlum oldu ki, 12-ci qabırğam sınıb. İndi karsetdəyəm. Sağ olsun, dostlar. Hamı zəng edir, maraqlanır. Allah betərindən saxlasın”.

  • Elza Mikayıl Müşfiqə şeir yazdı: “Gəl mənə əl çək, Müşviq”

    Elza Mikayıl Müşfiqə şeir yazdı: “Gəl mənə əl çək, Müşviq”

    Əməkdar artist Elza Seyidcahan 2018-ci ilin ilk şeirini yazıb.

    İfaçının tanınmış şair Mikayıl Müşviqin anım gününə həsr etdiyi şeiri “Gəl mənə əl çək, Müşviq” adlanır.

    E.Seyidcahan sözügedən şeirini M.Müşviqin “Rəssam” şeirinə ithafən yazıb.

    Gəl mənə əl çək, Müşviq

    6 yanvar anım günündür, Müşviq

    Sənin o gün qanın axıbdır, Müşviq

    Bu gün sənin məzarın yoxdur, Müşviq

    Ramiz Rövşən demişdir ki, ay Müşviq

    Milyon-milyon qəbir varsa,

    Bir qəbirsiz şair varsa,

    Üzündə bir sağ yer varsa,

    Dünyanın tfu üzünə

    Tfu üzünə dünyanın

    Qələmlərdə yerin sənin

    Kağızlarda, qəlblərdə

    Könlümdə nə varsa

    Açayım dağlara

    O dillərdə bu dillərdə

    Dənizlərdə, tarlalarda, təbiətdə, bəşəriyyətdə

    Axı necə əl çəkim?

    Qəhqəhələrdir Müşviq.

    Ha-ha-ha-halardır Müşviq.

    Məzaristanlardır Müşviq.

    Məkanın cənnətdir, Müşviq.

    Gəl məni çək

    Məni sən çək

    Çək mənə əl, can Müşviq

    Ruhun şad olsun, Müşviq

    Şad-Xürrəm otur, Müşviq.

    ///primetime

  • Bakıda Xalq artistlərinin yarım milyonluq məhkəmə iclası başa çatdı

    В Баку завершился полумиллионный судебный процесс народных артистов

    Bu gün Nəsimi Rayon Məhkəməsində Xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin qarşı iddiaları üzrə məhkəmə prosesi keçirilib.

    Hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən iclasda Xalq artistlərinin iddiaları təmin edilməyib.

    M.Əsədovanın hüquqlarını müdafiə edən hüquqşünas Tağı Hüseynov Apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildirib.

    Qeyd edək ki, M. Əsədova həmkarından 200 min manat, R. Məlik isə Xalq artistindən 300 min manat məbləğində təzminat tələb edirdi. Buna səbəb Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.

    Xatırladaq ki, Xalq artistləri arasında söz-söhbət hər şey Məleykə Əsədovanın sosial şəbəkədə şortikdə yayımladığı şəklindən sonra başlayıb. Şəkli görən Ramiz Məlik rəy bölümündə “Məleykə, sənin adın var, bu cür şəkilləri bura qoyma, səni qınayırlar. Özünün və teatrın imicini qoru”, – yazıb. Bunu özünə təhqir hesab edən Məleykə Əsədova Xalq artistinin evinə zəng edərək, qarşı tərəfi təhqir edib. Ramiz Məlik isə bu davranışı cavabsız qoymamışdı. //oxu.az

  • Azərbaycanlı müğənni ölkədən birdəfəlik gedir – FOTO

    Azərbaycanın tanınmış müğənnisi Niyam Salami Azərbaycanı tərk edir.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi 10 gündən sonra Türkiyənin Bodrum şəhərinə köçəcək.

    Niyam sözügedən şəhərdə biznesmen olmaq qərarına gəlib. Belə ki, o, Bodrumda restoran açmaq niyyətində düşüb.

    Salami Bakıdan gedən zaman öz sənətindən uzaqlaşmayacaq, sahibi olduğu məkanda səhnəyə çıxaraq mahnı oxumağa davam edəcək.

  • Xatirə İslam müğənniləri biabır etdi: “Acından ölün, amma bunu etməyin!” – VİDEO

    Müğənni Xatirə İslam sənət yoldaşlarını canlı yayımda rüsvay edib.

    Baku.ws-in məlumatına görə, Xəzər TV-də yayımlanan “5-də 5” verilişinin qonağı olan Xatirə İslam bəzi müğənniləri İsntagram səhifələrində ucuz reklamlar paylaşdığına görə sərt qınayıb.

    “Bəzi müğənnilərimiz, İnstagramda hər şeyi paylaşmayaq. Hər şeyi paylaşmaq, ucuz reklamlar sənət yoldaşlarımı hörmətdən salır. Sənət adamı özünə hörmət etməlidir. Məsələn, bəzi müğənnilərimiz gedib hansısa restoranda yemək yeyir, sonra isə həmin yeməyin əvəzində hesabı verməmək üçün restoranı instagramda reklam edir. Bunu sənət adamının etməsi düzgün deyil. Acından ölərəm, amma belə şey etmərəm. Özümüzə hörmət edək”, – deyə Xatirə İslam bildirib.

  • “Bozbash Pictures”in aktyorunun ARXİV FOTOSU

    "Bozbash Pictures"in aktyorunun ARXİV FOTOSU

    “Bozbash Pictures”də “Qılman doktor” obrazı ilə məşhurlaşan aktyor İlkin Misgərli sosial şəbəkədə paylaşım edib.

    35 yaşını qeyd edən aktyor uşaqlıq fotosunu izləyiciləri ilə bölüşərək valideynlərinə təşəkkürünü dilə gətirib:

    “Allah atama rəhmət eləsin, anama can sağlığı versin”.

    Həmin fotonu təqdim edirik:

    "Bozbash Pictures"in aktyorunun ARXİV FOTOSU

    /big.az

  • Nigar Camalın gecə klubunda çılğın rəqsi kişiləri heyrətləndirdi – VIDEO

    “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal Yeni il gecəsi klublardan birində rəqsi və ifası ilə hamıya əyləncə dolu anlar yaşadıb.

    Nigar Camal İnstagram səhifəsində “Dəlisov gecə” adı altında həmin gecədən video paylaşıb.

    Müğənni çılğın rəqsi ilə gecə iştirakçılarını, xüsusilə kişiləri heyrətləndirib.

    Həmin videonu təqdim edirik.
    /baku.ws

  • Azərbaycanlı müğənninin biznesi çökdü

    Azərbaycanlı müğənninin biznesi çökdü

    Müğənni Emil Bədəlovun travel şirkəti fəaliyyətini dayandırıb.

    Şirkətin yerləşdiyi ofis bağlanıb.

    Hazırda orada başqa bir şirkət fəaliyyət göstərir. Eyni zamanda “S group travel” şirkətinin İnstaqram səhifəsi də artıq bir neçə aydır paylaşımları dayandırıb.

    Qeyd edək ki, E.Bədəlov bundan əvvəl çay evi açmış, amma bir neçə ay sonra bağlamışdı.

    ///axşam.az

  • Sevil və Sevinc bacıları polisə çağırıldı: oğurluq pullar onlara xərclənib

    Sevil və Sevinc bacıları polisə çağırıldı: oğurluq pullar onlara xərclənib

    Müğənnilər Sevil-Sevinc Səfərovalar Yasamal Rayon Polis İdarəsinə çağırılıb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə rayon ərazisində oğurluq faktı qeydə alınıb. Altı min manat civarında oğurluq edən gənc oğlan Yasamal polisi tərəfindən saxlanılıb. İddia olunur ki, həmin şəxs ilkin ifadəsində oğurladığı məbləğin böyük qismin pərəstişkarı olduğu Sevil-Sevinc bacılarına xərclədiyini bildirib. Müğənni bacılar şahid qismində ifadə vermək üçün polis bölməsinə dəvət ediliblər.

    Əməkdaşımız məsələylə bağlı Sevil-Sevinc bacılarının prodüserləri ilə əlaqə saxlayıb. Adının çəkilməsini istəməyən prodüser xanım bildirib ki, bu gün sənətçilərin atalarının ildönümü olduğu üçün danışmaq imkanına malik deyillər. Əvəzində özü bunları deyib:

    “Onlar qorxaq uşaqlardırlar. Əgər belə bir şey olsaydı, mütləq mənə deyərdilər. Çünki mənsiz heç yerə getmirlər. Mən bu məsələdən xəbərsizəmsə, deməli, belə bir şey olmayıb”.