Category: Siyasət

  • İlham Əliyev və xanımı məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin açılışında

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Rafael Cəbrayılov: Hafiz Hacıyev, sən ermənidən əmələ gəlmisən – VİDEO

    Hər kəs bilir ki, Hafiz Hacıyev Azərbaycan siyasətinin klounudur. Düşünürəm ki, bunu bilməyən yoxdur.

    Təxminən üç il bundan əvvəl Hafiz Hacıyev Xalq artisti Aygün Kazımova və digər bəzi səhnə xanımları haqqında ağzına gələni danışmışdı. Həmin vaxt Aygün Kazımova ona tutarlı cavab vermişdi, Hafiz Hacıyevin özü və arvadı haqqında təhqiramiz fikirlər demişdi.

    Median.Az-ın Baku.ws-ə istinadən xəbərinə görə, bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Rafael Cəbrayılov deyib.

    “Əgər Hafiz Hacıyevin bir damla namusu, qeyrəti olsaydı, o, bir daha bu söhbətə qayıtmazdı. Bilirsiniz, kişi kişi ilə vuruşar, amma kişi bu söhbətə qadını, ailəni qatmaz. Söhbət əsl kişidən gedir. Düşünürəm ki, son vaxtlar mənim başıma gələn bəlaların dirijoru həm də Hafiz Hacıyevi maliyələşdirir və buna görə də o, belə danışır”, – o əlavə edib.

    R.Cəbrayılov bildirib ki, həyat yoldaşım əslən Yevlax rayonundandır.

    “Onun nəslində belə erməni yoxdur və olmayıb. Amma mən buradan üzümü Hafiz Hacıyevə tutub deyirəm: Hafiz Hacıyev, sən ermənidən əmələ gəlmisən. Əgər sənin bir damla şərəfin, namusun, qeyrətin varsa, məni ver məhkəməyə və mənim vəkillərim tutarlı dəlillərlə sübut etsinlər ki, sən ermənidən əmələ gəlmisən. Cəsarətin varsa, məni ver məhkəməyə, gözləyirəm!”

    Qeyd edək ki, borca görə Milli Məclisin deputat vəsiqəsini girov qoyan R.Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etmişdi. Parlament məsələyə baxılması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmişdi.

    Oktyabrın 2-də müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

    Müasir Müsavat Partiyasının sədri isə açıqlamasında R.Cəbrayılov barəsində təhqiramiz fikirlər səsləndirib.

  • Ədliyyə Nazirliyinin istintaq idarəsinə yeni rəis təyin edilib

    Ədliyyə orqanlarına yeni təyinat olub.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

    Ədliyyə naziri Fikrət Məmmədovun imzaladığı müvafiq əmrlə, N.Abbasov Ədliyyə Nazirliyinin istintaq idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

  • Özbəkistan Prezidenti Azərbaycana gəlir

    zbəkistan Prezidenti Şafkat Mirziyoyev Azərbaycana rəsmi səfər edəcək.

    Bu barədə parlamentin sədr müavini Sadık Safayev məlumat verib.

    Azərbaycana Özbəkistan Prezidenti qismində ilk dəfə səfər edəcək Mirziyoyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

    Qeyd edək ki, sammit 14-15 oktyabr tarixlərində keçiriləcək. Zirvə çərçivəsində həmçinin, biznes-forum təşkil olunacaq.

  • İlham Əliyev Vladimir Putini təbrik etdi

    Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

    Dövlət başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya dövlətinin və xalqının tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Dövlət başçıları bu yaxınlarda keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının əhəmiyyətinə toxunaraq, Soçidə ölkə başçıları arasında aparılan danışıqların strateji tərəfdaşlığa əsaslanan ikitərəfli dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

    Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Vladimir Putin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • İlham Əliyev görüş keçirdi – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.

    Prezident İlham Əliyev qonağı salamlayıb:

    “Bu, mühüm hadisəyə hazırlığın son ştrixlərini müzakirə etmək üçün yaxşı imkandır. Biz çox fəal hazırlaşırıq. Əminəm ki, sammit yüksək səviyyədə keçəcək, bizim dövlətlərin əməkdaşlığı işində yeni mərhələlərə nail olacağıq.

    Son illərdə əməkdaşlığımızın coğrafiyası genişlənir. Bizim üçün çox xoşdur ki, qardaş dövlətlər təşəbbüslərimizə qoşulur. İndiki sammit yubiley sammiti olacaq. Azərbaycanın qədim şəhəri olan Naxçıvanda 10 il əvvəl biz Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul etdik. Mən bu mühüm qərara gətirib çıxaran bütün məqamları təfərrüatı ilə xatırlayıram. Siz bilirsiniz ki, Azərbaycan qardaş dövlətlərin başçılarını ilk dəfə deyil ki, qəbul edir. Buna görə də əminəm ki, həm təşkilati tərəfi, həm də məzmun cəhəti yüksək səviyyədə olacaq. Bu mühüm tədbir ərəfəsində biz sizinlə sammitə hazırlıqla bağlı son məqamları müzakirə etməliyik ki, tədbir uğurla keçsin və bizim ölkələri daha da sıx birləşdirsin”.

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev qəbula görə prezidentə təşəkkür edib:

    “Doğrudan da sammit artıq yaxınlaşmaqdadır. Həqiqətən də indi görülən işlər və sammitə qədər nələri edə biləcəyimizi Sizə bildirməyimə böyük ehtiyacım var. İlk növbədə, demək istərdim ki, Azərbaycan, ümumiyyətlə, türk birliyi prosesində xüsusi yer tutur. Məhz Azərbaycan torpağı Naxçıvanda razılaşma imzalanıb. Məhz Bakıda, Azərbaycan torpağında siz yubiley sammitini qəbul edirsiniz. Artıq 10 ildir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası fəaliyyət göstərir. Həmin 10 il bir növ təşəkkül dövrü olub. İndi bu dövrü Sizin siyasi iradəniz, türk birliyinin formalaşması üzrə verdiyiniz mühüm qərarlar sayəsində başa çatdırmışıq. Biz təşəkkül, təsisat dövrünü başa vurmuşuq. İndi isə biz yeni mərhələyə – artıq böyük inteqrasiya mərhələsinə keçirik”.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Sahil Babayevin qəbul vaxtı dəyişdi

    Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin bu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin oktyabr ayında Tərtər rayonunda keçirəcəyi qəbul günü dəyişib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin rayonda Tərtər və Ağdam rayon sakinlərinin qəbulu oktyabrın 25-də keçiriləcək.//ölkə.az

  • Mehriban Əliyeva müəllimləri təbrik etdi – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

    Birinci vitse-prezidentin təbrikində deyilir:

    “Əziz müəllimlərimiz,

    Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır.

    Əlbəttə, hər kəs öz məktəb və tələbəlik illərini, gözəl müəllimlərini xüsusi minnətdarlıq hissi ilə xatırlayır. Sizin müdrikliyinizin və səbrinizin layiqli qiymətini yalnız illər keçdikcə vermək mümkündür. Uşaqlara və gənclərə göstərdiyiniz sevgiyə və məsuliyyətli işinizə görə sizə təşəkkür edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram”.

  • Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik edib

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin şahmat tarixində ilk dəfə Dünya Kubokuna sahib olan Teymur Rəcəbovu “İnstagram” səhifəsində təbrik edib.

    Median.Az-ın APA -ya istinadən məlumatına görə, təbrikdə deyilir:

    “Azərbaycan növbəti böyük uğura imza atıb! Gənc istedadımız Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil edərək parlaq qələbə qazanıb. Bütün Azərbaycan xalqının sevincinə səbəb olan bu möhtəşəm qələbə münasibətilə Teymuru səmimi-qəlbdən təbrik edirəm!”.

  • Daxili İşlər nazirindən yeni – TƏYİNAT

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Baş Dövlət Yol Patrul Xidməti Alayının 9-cu tağımının komandri polis mayoru Aqil Məmmədov 6-cı tağıma komandir təyin edilib.

    Nazirin digər əmrinə əsasən, Aqil Məmmədovun yerinə 9-cu tağımın baş inspektoru, polis kapitanı Elnur Zeynalov təyin olunub.