Category: Siyasət

  • İlham Əliyev bu şəxslərə fəxri adlar verdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilir:

    Abdullayev Şaban Bəşir oğlu

    Abdullayeva Lalə Sabir qızı

    Abışov Nasim Əjdər oğlu

    Ağacanov Hörmət Camirzə oğlu

    Ağayeva Esmira Azər qızı

    Axundov Qədir Bəhlul oğlu

    Alışov Alış Musa oğlu

    Alıyeva Ulduzə Qədir qızı

    Bağırova Səhnə Novruzəli qızı

    Bayramov Zakir Gülbala oğlu

    Bayramova Məryət Abdurəhman qızı

    Dadaşov Məhəbbət Vahub oğlu

    Ellazov Fazil Cavad oğlu

    Əfəndiyeva İradə Ağaəli qızı

    Əfəndiyeva Yeganə Cavanşir qızı

    Əhədova Aybəniz Babaxan qızı

    Əhmədova Səidə Sabir qızı

    Əhmədova Şükufə Qəşəm qızı

    Ələkbərov Azər Fikrət oğlu

    Əliyev Hacıağa Yaqub oğlu

    Əliyev Nazir Səlim oğlu

    Əliyeva Nigar Kamil qızı

    Əliyeva Səmagül Əsgər qızı

    Əlizadə Sevda Cavanşir qızı

    Əsgərli Sevda Yadulla qızı

    Əsgərov Valeh İsa oğlu

    Əzimzadə Yaqut Mustafa qızı

    Fərzəliyev Yusif Xanlar oğlu

    Fəttahova Lətifə Hacı qızı

    Hacıyev Eyvaz Mirhüseyn oğlu

    Hacıyeva Elmira Cəfər qızı

    Hacıyeva Əsmər Əskər qızı

    Heydərova Yulduz Fərrux qızı

    Həsənov Əlipənah Sultanağa oğlu

    Həsənova Ərkinaz Paşa qızı

    Həsənova Nazənin Rza qızı

    Hüseynov Rahim Həsən oğlu

    Hüseynova Sevinc Tahir qızı

    İbadova Bibixanım Orucəli qızı

    İsayeva Eliza Barat qızı

    İsmayılov Pənah İsmayıl oğlu

    İsmayılov Yaşar Sahib oğlu

    İsmayılova Mafizə Balabəg qızı

    Qurbanova Nəzmiyyə Həmzə qızı

    Mahmudov Vaqif Həsən oğlu

    Mahmudova Cəmilə Tapdıq qızı

    Məmmədov Rövşən Kamil oğlu

    Məmmədova Sevinc Muxtar qızı

    Məmmədova Zübalə Rza qızı

    Möhsümova Aybəniz İlyas qızı

    Musayev Mahmud Musa oğlu

    Mustafayeva Fatma Xəlil qızı

    Mustafayeva Nailə Tahir qızı

    Ramazanova Almaz Ziyad qızı

    Rəhimov Kamran Osman oğlu

    Rüstəmova Saçlı Tahir qızı

    Sadıqov Əli Bəhrəm oğlu

    Salmanov Çingiz İsa oğlu

    Seyfullayeva Jalə Adəm qızı

    Səfərova Gülnarə Sabir qızı

    Səlimova Arzu İzzətulla qızı

    Süleymanova Fatimə Hüseynbala qızı.

  • İlham Əliyev “Rossiya” və “Birinci” televiziya kanallarının müxbirlərinin suallarını cavablandırıb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Soçidə Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarının müxbirlərinin suallarını cavablandırıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.




  • İlham Əliyev: Rusiya Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır

    Ötən il bizim aramızda dörd görüş keçirildi. Bu görüşlər bizim əlaqələrimizin inkişafında çox müsbət rol oynayır. Hansı ki, biz bunu strateji partnyorlarımızın münasibətləri kimi xarakterizə edirik.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.

    Azərbaycanın dövlət başçısı iki ölkə arasında ticarət və iqtisadi sahədə müsbət dinamikanın olduğunu bildirib.

    “Həm ötən il, həm də bu il əmtəə dövriyyəsi artıb. Əldə etdiyimiz məlumatlara görə, avqust ayında bu rəqəm 20 faizdən çox olub. Bizim təsdiqlədiyimiz “yol xəritələrinin” icrası bütün sahələrdə daha sıx qarşılıqlı əlaqəyə, inteqrasiyaya və əməkdaşlığa səbəb olacaq”, – deyə Prezident İ.Əliyev əlavə edib.

    Dövlət başçısı bildirib ki, Rusiya Azərbaycan üçün əhəmiyyətli tərəfdaş, dost və yaxşı qonşudur:

    “Biz bu əlaqəni yüksək qiymətləndiririk. Əminəm ki, bugünkü müzakirə əlaqələrimizin daha da inkişafına yaxşı töhfə verəcək”.

  • Putin İlham Əliyevlə görüşdə rəqəm səsləndirdi – Bir ildə 2.5 milyard dollar

    Biz uzun müddətdir ki, görüşmürdük. Ancaq görüşlərimizdə, təmaslarımızda fasilə olmasına baxmayaraq, ölkələrimiz arasındakı münasibətlər uğurla inkişaf edir.

    Bunu Soçidə Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi görüşdə deyib.

    Rusiya lideri bildirib ki, ölkəsi ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci ildə 2.5 milyard dollar təşkil edib.

    “Bu sahədə yaxşı perspektivlərimiz var. İnanıram ki, iriqmiqyaslı layihələrin həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Hökumətlərarası komissiya bunun üzərində olduqca inamla işləyir”, – deyə V.Putin əlavə edib.

    Rusiya dövlət başçısı onu da bildirib ki, digər sahələrdə əməkdaşlığın daha da inkişaf etməsi istiqamətində uğur qazanılacaq.

  • İlham Əliyev Putinlə görüşdü – FOTO

    Oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Dövlət başçıları birgə foto çəkdiriblər.

    Sonra Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında görüş olub.





  • Özbəkistan Prezidenti Bakıya gəlir

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 15-də Türk Şurasının Bakıda keçiriləcək 7-ci Zirvə görüşündə iştirak edəcək.

    Bunu Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov Naxçıvan müqaviləsinin 10 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda deyib.

    Onun sözlərinə görə, türkdilli dövlətlərin nazirlikləri və qurumları arasında 30-a yaxın saziş imzalanıb.

    Q.Gözəlov əlavə edib ki, Türk Şurasının Bakıda keçiriləcək sammitində kiçik və orta sahibkarlığa dəstək ifadə olunacaq.

  • Özbəkistan Prezidenti Bakıya gəlir

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 15-də Türk Şurasının Bakıda keçiriləcək 7-ci Zirvə görüşündə iştirak edəcək.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, bunu Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov Naxçıvan müqaviləsinin 10 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda deyib.

    Onun sözlərinə görə, türkdilli dövlətlərin nazirlikləri və qurumları arasında 30-a yaxın saziş imzalanıb.

    Q.Gözəlov əlavə edib ki, Türk Şurasının Bakıda keçiriləcək sammitində kiçik və orta sahibkarlığa dəstək ifadə olunacaq.

  • Prezident İlham Əliyev Rusiyaya işgüzar səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfərə gedib.

    Median.Az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Soçi Beynəlxalq Aeroportunda dövlət başçısını Krasnodar vilayətinin qubernator müavini Anatoli Voronovski, Şoçi şəhərinin meri Aleksey Kopayqorodski və digər rəsmi şəxslər qarşılayıblar.

  • Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə Almaniyanın milli bayramı – Alman Birliyi Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, təbrik məktubunda deyilir:

    “Hörmətli cənab Prezident,

    Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    Azərbaycan-Almaniya əlaqələri geniş spektri əhatə edir. Ölkələrimiz arasında konstruktiv siyasi dialoq, səmərəli iqtisadi əməkdaşlıq və humanitar mübadilələr qarşılıqlı münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir.

    İnanıram ki, ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlığımız bundan sonra da davamlı şəkildə inkişaf edərək ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

    Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • İlham Əliyev: “Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək”

    “Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək”.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən növbəti siyahıyaalınmada iştirakı zamanı siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırarkən deyib.

    Dövlət başçısı bildirib ki, bu, hər bir ölkə üçün çox önəmli tədbirdir: “Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni, sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir”.

    “Əlbəttə, müstəqillik dövründə Azərbaycanın əhalisi təxminən 3 milyon artmışdır. Bu da bizim mövqelərimizi möhkəmləndirir, ölkəmizi gücləndirir. Eyni zamanda qarşımıza yeni çağırışlar çıxır. Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək. Baxmayaraq ki, biz ölkəmizdəki prosesləri yaxından izləyirik və bu proseslər müsbət istiqamətdə gedir.

    Siyahıyaalma 10 gün ərzində keçiriləcək və bu gün artıq bu proses başlayır. Əminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdıraq. Bizdə əmək resursları artır. Əlbəttə ki, tədbirlər gərək bu artıma uyğun olsun”, – deyə Prezident İlham Əliyev vurğulayıb.