Category: Siyasət

  • Həmsədrlər Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı bəyanat yayıb

    ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair bəyanat yayıb.

    Bəyanatda deyilir: “ATƏT-in Minsk Qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayıblar. Həmsədrlər liderlərin vacib görüşü üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparır. Bu, iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş olacaq”.

    Həmsədrlər, həmçinin, son aylar cəbhə xəttində qurbanların olmamasını müsbət qiymətləndirdiklərini vurğulayaraq, regionda əhalinin sülhə hazırlanması yolunda atılan ilkin addımları alqışlayır və tərəfləri səyləri gücləndirməyə çağırırlar.

    Həmsədrlər gərginliyin və təxribatçı nitqlərinin azaldılmasının önəmini də təkrarən vurğulayıblar.

  • FHN-də xüsusi qərargah yaradıldı – Prezidentin sərəncamının icrası ilə bağlı – VİDEO

    Binalarin istismarina icazə prosesinə start verilir.

    Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağli verdiyi sərəncamın icrasi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyində bir sıra tədbirlər həyata keçirilir. Bununla bağlı agentlikdə xüsusi qərargah yaradılıb.

    Vətəndaşlarin qəbulundan başqa qərargahda texniki proseslərin təhlili aparilir. (realtv.az)

  • Dövlət qulluqçularının aylıq vəzifə maaşı artırıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 511, № 7 (II kitab), maddə 1574, № 11, maddə 2287) aşağıdakı dəyişikliklər edilsin:

    1.1. 1-ci hissədə “165” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

    1.2. həmin Sərəncamla təsdiq edilmiş 2 nömrəli Əlavənin 2.4.1.1–2.4.1.4-cü yarımbəndlərində “185”, “175”, “170” və “165” rəqəmləri müvafiq olaraq “215”, “210”, “205” və “200” rəqəmləri ilə əvəz edilsin.

    2. Bu Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir”.

  • İlham Əliyev Ruhanini Bakıya dəvət etdi

    Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhanini Bakıda təşkil olunacaq Qoşulmama Hərəkatı İclasına dəvət edib.

    Dəvət məktubunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşündə təqdim edib.

    Bununla bağlı “Mehr” agentliyi məlumat yayıb.

    Görüş zamanı ikitərəfli əlaqələr müzakirə edilib.

    H.Ruhani İran-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

    O, iki ölkə arasında vacib lahiyələrin həyata keçirildiyini xatırladıb və bildirib ki, bu layihələr bögə üçün mühüm addımdır.

    İran prezidenti əlavə edib ki, İran və Azərbaycan hər zaman regional və beynəlxalq məsələlərdə hüquqlarını müdafiə edərək, sülh və sabitliyin bərpa edilməsi istiqamətində birgə fəaliyyət göstərib.

    E.Məmmədyarov öz növbəsində İran və Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf etməkdə olduğunu qeyd edib:

    “Tehran və Bakı arasındakı siyasi, iqtisadi, mədəni və sosial əlaqələrin inkişafında heç bir maneə yoxdur”, – o bildirib.

  • Prezidentə verilən məktublarda nə yazılıb?

    Hər bir dövlət qulluqçusunun qarşısında vəzifə qoyulub ki, vətəndaşlar arasında olsunlar. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərlərində, o cümlədən Şamaxı və Ağsuda zəlzələdən zərər çəkmiş insanların problemləri ilə maraqlanması bunun bariz nümunəsidir.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri martın 9-da jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bildirib.

    Prezident Administrasiyasının rəsmisi Şamaxı və Ağsuda əhali tərəfindən dövlətimizin başçısına təqdim olunan məktublarla bağlı da məlumat verib. Deyib ki, Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlətimizin başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq. Həmin məktubların mütləq əksəriyyətində yeni evlər istənilir.

    “Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, müraciət edən vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur, evlər sığortalanır, dövlət bu qayğıdan kənarda qalır. Amma Azərbaycan bu siyasətlə də öndədir. Çünki Prezidentimizin dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, – deyə Z.Nağdəliyev bildirib.

    Zeynal Nağdəliyev qeyd edib ki, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarətə götürülüb.

  • Leyla Əliyeva qadınları təbrik etdi – Foto

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətləri qadınları təbrik edib.

    Median.Az xəbər verir ki, L.Əliyeva bu barədə özünün İnstaqram hesabında yazıb:

    “Əziz qadınlar! Bayramınız mübarək! Qoy günəş hər zaman yolunuza işıq saçsın, sevgi qəlblərinizi nurlandırsın. Sizə ən xoş arzularımı çatdırıram. Qoy ürəyinizdəki bütün arzular yerinə yetsin”.

  • Azərbaycan prezidenti Rusiya Yəhudi Konqresinin rəhbərini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kannerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner səfər çərçivəsində Quba şəhərinə getdiklərini, Azərbaycanın regionlarında inkişaf proseslərinin şahidi olduqlarını, ölkəmizdə bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin firavan yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıb və bunu yüksək qiymətləndirib.

    Azərbaycanda ayrı-ayrı xalqların və dini icmaların əsrlər boyu bir ailə kimi yaşadıqlarını deyən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq içərisində yaşamaları üçün lazımi şəraitin mövcud olduğunu bildirib. Dövlət başçısı Azərbaycanda sivilizasiyalar və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

  • ABŞ-ın yeni təyin olunan səfiri Bakıya gəlib

    ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Erl Litzenberger Bakıya gəlib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibə verən diplomat, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, ABŞ səfiri kimi səlahiyyətlərinin icrasına başlamağı, mədəniyyətimizlə tanış olmağı, habelə xalqlarımız və ölkələrimiz arasında əlaqələri dərinləşdirməyi və gücləndirməyi həvəslə gözləyir.

    Səfirin sinəsindəki Azərbaycan və ABŞ bayraqlarından ibarət nişan diqqət çəkib.

    Amerikalı diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

    Xatırladaq ki, ötən gün Dövlət Departamentində E.Litzenbergerin andiçmə mərasimi keçirilib.

    E.Litzenbergerin sələfi Robert Sekuta Azərbaycandakı diplomatik missiyasını ötən il mart ayında başa vurub.

  • Aİ Azərbaycan və Ermənistan əhalisinin sülhə hazırlanmasına töhfə verməyə hazırdır – Toivo Klaar

    Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

    Median.Az bildirir ki, T.Klaar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

    Nazir Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib. Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatları haqqında danışaraq bu kimi bəyanatların danışıqlar prosesinə xələl gətirdiyini qeyd edib. Nazir münaqişənin həll olunmamasının regionun dayanıqlı inkişafı və rifahı baxımından ciddi maneə olduğunu bildirərək, beynəlxalq ictimaiyyətin işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərinin boşaldılmasını, bu ərazilərdən qovulmuş insanların öz torpaqlarına geri qayıtmasını və beləliklə də bölgədə sülhün təmin olunmasını birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb. Bu xüsusda, nazir Elmar Məmmədyarov Avropa İttifaqı rəsmilərinin münaqişənin həlli ilə bağlı səsləndirdiyi son bəyanatlara istinad edib.

    Öz növbəsində, T.Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini bildirib və Avropa İttifaqının əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu vurğulayıb.

    Daha sonra tərəflər Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, qarşılıqlı səfər mübadiləsi, o cümlədən ikitərəfli əməkdaşlıq əlaqələrinin hüquqi bazasını təşkil edəcək yeni saziş üzrə davam edən danışıqlar barədə fikir mübadiləsi apardılar.

    Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər də müzakirə edilib.

  • Zakir Həsənov Anji Kaspşik ilə görüşüb

    Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.