Category: Siyasət

  • “Bakıda işə başlamağı səbrsizliklə gözləyirəm” – ABŞ səfiri – FOTO

    Mən səbirsizliklə öz missiyamın icrasına başlamağı gözləyirəm.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda jurnalistlərə ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litsenberger deyib.

    Səfir bildirib: “Mən və mənim həyat yoldaşım Bakıya gəlməyə şadıq. Mən səbirsizliklə ABŞ səfiri kimi öz missiyamın icrasına başlamağı, insanlarla, mədəniyyətlə və rəsmilərlə tanış olmağı, həmçinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsi və möhkəmlənməsi üzərində işi gözləyirəm”.

  • İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı yüz milyon manat artırılıb

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 470 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 6.2-ci bəndində “466 000 000 (dörd yüz altmış altı milyon)” sözləri “566 000 000 (beş yüz altmış altı milyon)” sözləri ilə əvəz edilsin.

    Fərmanın icrası aşağıdakı maliyyə mənbələri hesabına təmin edilir:

    2.1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 1.13.1.2.1-ci yarımbəndinə (Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üzrə tədbirlər) əsasən dövlət büdcəsindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsaitin 80 milyon manatı hesabına;

    2.2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.81.1-ci yarımbəndinə (Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi) əsasən müəyyən edilən vəsaitin 20 milyon manatı hesabına.

    Fərmanın 2.1-ci bəndinin icrasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, 2.2-ci bəndinin icrasını isə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bir ay müddətində təmin edəcək.

  • Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin etdi

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 7-də Türkiyənın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

    Tərəflər hər iki ölkənin orduları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

    Səfir E.Özoral ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi briqada generalı İsmayıl Hakkı Kösealini müdafiə nazirinə təqdim edib.

    General-polkovnik Z.Həsənov yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

  • Elmar Məmmədyarov Hindistanın yeni səfiri ilə görüşdü

    Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycana yeni təyin olunan səfiri Bavitlunq Vanlalvavnanı qəbul edib.

    Nazirlikdən verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndiriblər, eyni zamanda əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd ediblər.

    Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verən nazir E.Məmmədyarov Hindistan şirkətlərini sözügedən layihələrdən yararlanmağa dəvət edib.

    Eyni zamanda, tərəflər Azərbaycan və Hindistan arasında birbaşa hava əlaqəsinin yaradılmasının insanlararası təmasların daha da artmasına təkan verəcəyinə əminliklərini ifadə ediblər və bu xüsusda, qarşılıqlı turizm sərgilərinin keçirilməsinin zəruriliyi qeyd edilib.

    Görüş zamanı beynəlxalq təşkilatlar, eləcə də Qoşulmama hərəkatı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

    Səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

    E.Məmmədyarov Hindistanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

  • Lukoşenko Mehriban Əliyevanı təbrik etdi

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri Mehriban xanım Əliyevaya

    Hörmətli Mehriban Arif qızı.

    Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Sizə xas olan xeyirxahlıq, ziyalılıq və mühüm dövləti məsələlərin həllinə müdrik yanaşma həqiqətən heyranlıq doğurur.

    İnanıram ki, Sizin siyasi və ictimai fəaliyyət təcrübəniz Belarus-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq prinsipləri əsasında bundan sonra da inkişafına hərtərəfli kömək edəcək.

    Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram.

    Hörmətlə,

    Aleksandr Lukaşenko

    Belarus Respublikasının Prezidenti

  • Prezidentlə xanımının sakinlərlə görüşündən – Fotolar

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda olublar.

    Dövlət başçısı ilə xanımı sakinlərlə çay süfrəsi arxasında söhbət edib, onları narahat edən məsələləri dinləyib, müvafiq tapşırıq və tövsiyələrini verib.

    Prezident və xanımı yeni inşa edilən evlərdə yaradılan şəraitlə maraqlanıblar.

    Dövlət başçısı sakinlərin məktublarını qəbul edib, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılacağını, zərər görmüş bütün evlərin yenidən qurulacağını vurğulayıb.

    Prezidentlə xanımının sakinlərlə görüşündən fotoları təqdim edirik:
     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • Zaxarova: Rusiyanın Qarabağla bağlı mövqeyi dəyişməzdir

    Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə Rusiyanın mövqeyi dəyişməzdir.

    Иu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə “Moskva-Baku”nun müxbirinin sualına cavab verərkən deyib.

    O əlavə edib ki, Moskvanın mövqeyi hər kəsə bəllidir.

    M.Zaxarova, həmçinin, 8 Mart ərəfəsində Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş qadınlara onun qısa zamanda həll edilməsini və sülh arzulayıb.

  • Prezidentin təltif etdiyi şəhid leytenant bir batalyonu xilas edibmiş

    Prezident İlham Əliyev bu gün bir qrup hərbçini təltif edib.

    Onlardan biri də ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuş leytenant Xudiyev Vilayət Yunus oğludur.

    1958-ci il sentyabrın 14-də Qazaxda anadan olan Vilayət Xudiyev səkkizillik məktəbi bitirdikdən sonra Bakıda uçot-iqtisadiyyat kursunu başa vurub, təhsilini Politexnik Texnikumunda davam etdirib.

    V.Xudiyev 1979-1981-ci illərdə Soçidə hərbi xidmətdə olub. Dövlət Aqrar Sənaye Nazirliyində işlədiyi müddətdə hərbi komissarlıq tərəfindən ona xüsusi tapşırıq verilib.

    O, xüsusi təyinatlı desant zabit qrupları yaratmaq məqsədilə batalyon komandiri təyin edilərək Ağdərə rayonunun Drambon kəndinə göndərilib. V.Xudiyev Qarabağ uğrunda döyüşlərdə xüsusi bacarıq göstərib.

    O, bütöv bir batalyonu qanlı döyüşdə ağır itkilərdən xilas etsə də, özü 1992-ci il oktyabrın 8-də qəhrəmancasına həlak olub. Hərbi qulluqçunun ölüm şəhadətnaməsi 1992-ci il oktyabrın 14-də verilib.

    Şair-publisist Fəridə Ləmanın 1995-ci ildə çapdan çıxan “Qazax mahalının şəhidləri” kitabında şəhid haqqında ətraflı məlumat verilib.

  • Əfv Komissiyası siyahı hazırladı: prezidentə təqdim ediləcək

    Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb.

    Komitə üzvləri 900-ə yaxın müraciətə baxıb. Əfv siyahısı prezident İlham Əliyevə təqdim olunacaq.

    Qeyd edək ki, dövlət başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

  • İlham Əliyevdən vətəndaşın müalicəsi ilə bağlı tapşırıq: Xaricə də göndərərik – VİDEO

    Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Ağsu rayonuna səfər edib.

    Dövlət başçısı səfər çərçivəsində Ağsuda zəlzələdən sonra görülən işlərlə tanış olub.

    Prezident İlham Əliyev rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib və ərizələrini qəbul edib.

    Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, dövlət başçısı sakinləri narahat edən məsələləri dinləyib.

    Görüş zamanı Ağsu sakini Həcər Zamanova dövlət başçısından nəvəsinin – Zamanov Murad Adil oğlunun gözlərinin müalicə olunması üçün kömək istəyib.

    “29 yaşı var. Atası və anası rəhmətə gedib. Gözlərindən biri tamam tutulub, digərində üç faiz qalıb. Deyirlər ki, ona donor göz lazımdır. Mən də qalmışam belə. Gücüm çatmır”, – deyə sakin bildirib.

    Prezident İlham Əliyev məsələnin həll olunması ilə bağlı tapşırıq verib:

    “Siz narahat olmayın, lazım olsa, biz onu xaricə də göndərərik. Minlərlə belə müraciətlər olur”.