Category: Siyasət

  • Prezidentin mənzil təminatı ilə bağlı tapşırığının icrasına başlanıldı – RƏSMİ

    Həyata keçirilən iqtisadi islahatlar çərçivəsində Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması və eyni zamanda iqtisadi inkişafın dəstəklənməsi məqsədilə Prezidentin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin də icrasına başlanılıb.

    Median.Az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindən modern.az-a verilən məlumatda bildirilib.

    İpoteka kreditləşməsi sisteminin və ipoteka bazarının effektivliyinin təmin edilməsi Strateji yol xəritəsində prioritet istiqamətlərdən biri olaraq qeyd edilib və “Azərbaycan İpoteka Fondu” ASC əsas icraçı təşkilatlardan biri müəyyən edilib.

    Qeyd olunanlarla əlaqədar, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə yaradılmış İşçi qrupu çərçivəsində Strateji yol xəritəsinin icrası ilə əlaqədar zəruri araşdırmalar aparılmış və bunun əsasında müvafiq təkliflər hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim edilib.

    Aparılan iqtisadi islahatların davamı olaraq, ölkədə maliyyə vəsaitlərinə çıxış imkanlarını, kreditlərə təminat verilməsi mexanizmlərini yeni iqtisadi alətlərlə daha da təkmilləşdirmək, bu sahədə göstərilən xidmətlərin səviyyəsinin artırılması, əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin səmərəliliyini daha da yüksəltmək və sistemliliyini təmin etmək məqsədilə Prezidentin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu yaradılıb.

    Fond Azərbaycanda əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat və kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxs kimi yenidən təşkil edilib.

    Fondun fəaliyyətinin təmin edilməsi məqsədilə nizamnamə kapitalının “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitallarının ümumi məbləği həddində (466,0 mln.manat) formalaşdırılması nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, 2006-2017-ci illər ərzində dövlət büdcəsindən “Azərbaycan İpoteka Fondu” ASC-nin nizamnamə kapitalının formalaşdırılması üçün 366 mln.manat məbləğində vəsait ayrılıb.

    2017-ci ildə də əvvəlki illərdə olduğu kimi yaradılmış yeni təşkilatın hüquqi varisi olduğu “Azərbaycan İpoteka Fondu” ASC (Cəmiyyət) tərəfindən əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə uzunmüddətli ipoteka kreditlərinin verilməsi və ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunması istiqamətində işlər davam etdirilib.

    Ötən ildə Cəmiyyətin fəaliyyətini təmin etmək məqsədilə maddi-texniki bazasının təkmilləşdirilməsi həyata keçirilmiş, Cəmiyyətin idarəetmə orqanları tərəfindən ipoteka kreditləşməsi ilə, eləcə də müxtəlif istiqamətlər üzrə zəruri qayda və prosedurlar təsdiq edilib.

    Qeyd olunduğu kimi, 2017-ci ildə ölkədə ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi, əhalinin ipoteka kreditlərinə çıxışının genişləndirilməsi məqsədilə əhəmiyyətli qərarlar qəbul olunmuş, bir sıra yeniliklər tətbiq edilib:

    “Elektron ipoteka” sisteminin “Elektron hökumət” portalında inteqrasiyası

    Prezidentin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə ipoteka kreditləşməsi mexanizmlərinin təkmiləşdirilməsi və bu sahədə şəffaflığın artırılması çərçivəsində, 01 yanvar 2017-ci il tarixinədək “Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və “Elektron hökumət” portalına inteqrasiyası, müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanının təmin edilməsi tapşırılmışdır. Verilmiş tapşırıqların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1126 nömrəli Fərmanı ilə “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” təsdiq edilib.
    Qeyd olunanlarla əlaqədar, verilmiş tapşırıqların icrası olaraq Cəmiyyətdə mövcud elektron sistemin “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”yə uyğunlaşdırılması və “Elektron hökumət” portalına inteqrasiya işləri tamamlanaraq, 01 avqust 2017-ci il tarixindən əhalinin istifadəsinə verilib.

    Güzəştli kateqoriyaların dairəsinin genişləndirilməsi

    Prezidentin 2017-ci il 13 iyul tarixli 1530 nömrəli və 2017-ci il 21 iyul tarixli 1560 nömrəli Fərmanları ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na müvafiq dəyişiklər edilmiş, güzəştlərdən istifadə etmək hüququna malik şəxslərin dairəsi genişləndirilmiş, 15 il dövlət qulluğunda qulluq edən şəxslərlə yanaşı, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər, eləcə də ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər də güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsinə daxil edilib.

    Qabaqcadan qeydiyyat mexanizminin tətbiqi

    Prezidentin 04 aprel 2017-ci il tarixli fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda müvafiq dəyişiklik edilmiş, ipoteka kreditilərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahələri ilə yanaşı, o cümlədən qabaqcadan qeydiyyata alınmış yaşayış sahələrinin alınmasına verilməsi də nəzərdə tutulub.

    Dəyişikliklərlə əlaqədar, Cəmiyyət tərəfindən “Mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınmış mənzillərin ipoteka kreditləri vasitəsilə alınmasına dair Prosedurlar” təsdiq edilmiş, mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınmış yeni mənzillərin də alınmasına ipoteka kreditlərinin verilməsinə başlanılıb. 2017-ci il ərzində qabaqcadan qeydiyyat mexanizmi ilə 34,9 mln.manat məbləğində ipoteka krediti verilib.

    Təmirsiz yaşayış sahələrinin ipoteka kreditləşməsinə cəlbi

    Prezidentin 13 iyul 2017-ci il tarixli fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən yaşayış sahəsinin təmirli olmasına dair tələb ləğv edilib. Bununla yanaşı adi ipoteka kreditləri hesabına alınacaq yaşayış sahələrinin orta bazar qiyməti ilə bağlı tələb aradan qaldırılıb.

    Qeyd olunanlar əhalinin, ipoteka kreditləri vasitəsilə mənzil almaq imkanlarının, o cümlədən ipoteka kreditlərinin əhatə dairəsinin genişləndirilməsinə zəmin yaradıb.

  • Ramin Quluzadə “supernazir” oldu – Ən çox səlahiyyət bu nazirliyə verildi

    Ramin Quluzadə "supernazir" oldu - Ən çox səlahiyyət bu nazirliyə verildi

    Xəbər verdiyimiz kimi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni strukturu təsdiqlənib.

    Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

    Fərmana əsasən, Dövlət Dəniz Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi Ramin Quluzadənin rəhbərlik etdiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə daxil edilib.

    Onu da xatırladaq ki, bundan əvvəl ləğv edilmiş Nəqliyyat Nazirliyi də R.Quluzadənin rəhbərlik etdiyi quruma birləşdirilmişdi.

    Beləliklə, bü gündən Ramin Quluzadənin nazirliyi yeni səlahiyyətlər aldı və o özü indi haqlı olaraq “supernazir” adlandırıla bilər.

  • 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi

    2018 год объявлен «Годом Азербайджанской Народной Республики»

    Azərbaycan prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

    Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

    İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

  • İlham Əliyev nazirləri topladı – FOTO

    Ильхам Алиев собрал министров – ФОТО

    Yanvarın 10-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

    Dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib.

    Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev çıxış ediblər.

    Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.

    Ильхам Алиев собрал министров – ФОТО








  • İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanında – FOTO

    Ильхам Алиев в Бакинском международном морском торговом порту – ФОТО

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində RO-RO terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.

    Iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına görülən işlər barədə məlumat verib.

    Prezident İlham Əliyev terminalın açılışını edib.

    Ильхам Алиев в Бакинском международном морском торговом порту – ФОТО


  • Prezident səfirlərin etimadnamələrini qəbul etdi – YENİLƏNİB

    Prezident səfirlərin etimadnamələrini qəbul etdi - YENİLƏNİB

    Prezident İlham Əliyev Monqolustan səfirini qəbul edərkən, ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib və qeyd edib ki, Azərbaycan tərəfi Monqolustan hökuməti ilə qarşılıqlı maraq doğuran sahələrdə – siyasi, iqtisadi, mədəni sahələrdə gələcəkdə də birgə fəaliyyət göstərməkdə maraqlıdır.

    Monqolustan prezidenti ilə bu yaxınlarda telefon danışığını məmnunluqla xatırladan İlham Əliyev söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyini bildirib və hər iki tərəfin bu vaxtadək dövlət başçıları və hökumətlər səviyyəsində fəal əlaqələrin olmamasını təəssüf hissi ilə qeyd etdiklərini vurğulayıb. Dövlət başçısı bildirib ki, bu baxımdan ölkələrimizin müxtəlif qurumları – parlamentlər, nazirliklər, biznes qrupları arasında və siyasi sahədə əlaqələrin həyata keçirilməsi önəmlidir və əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar var.

    Xoş sözlərə görə minnətdarlığını bildirən səfir, ilk növbədə, Monqolustan prezidenti Xaltmaaqiyn Battulqanın salamlarını dövlətimizin başçısına çatdırıb və onun da Azərbaycan prezidenti ilə telefon danışığını məmnunluq hissi ilə xatırladığını vurğulayıb. İkitərəfli münasibətlərin istənilən səviyyədə olmadığını bildirən səfir əməkdaşlığımızın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

    Görüşdə idxal-ixrac, müdafiə sənayesi, sərmayə qoyuluşu, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

    * * * * *

    Ölkə prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

    Dövlət başçısı bu gün Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahim, Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdan və Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnamələrini qəbul edib.

  • Eldar İbrahimov: YAP ədalətli seçkilərin təminatçısı olacaq

    Eldar İbrahimov: YAP ədalətli seçkilərin təminatçısı olacaq

    Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə hazırdır.

    Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin və Siyasi Şurasının üzvü, parlamentin komitə sədri Eldar İbrahimov deyib.

    Onun sözlərinə görə, YAP bəzi partiyalar kimi, sadəcə, seçkilərdən seçkilərə hazırlaşmır, bu, daimi bir prosesdir.

    “Hakim partiya daim seçkilərə hazır vəziyyətdədir. Seçki – istər prezident, istər parlament, istərsə prezident seçkiləri olsun – başa çatdı, səhərisi gün YAP seçkiyə hazırlıqlara başlayır. Biz bəzi özlərindən razı, amma cəmiyyətdə sosial dayaqları, nüfuzları olmayan partiyalar kimi, oturub seçkilərə rəsmən strart veriləcəyi günü gözləmirik, seçki hazırlıqları hər zaman diqqətimizdə və gündəmimizdədir. Ona görə də hər an istənilən seçkilərə hazır vəziyyətdəyik.

    Qarşıdan növbəti prezident seçkiləri gəlir. Partiyamızın rəhbər şəxslərinin, o cümlədən, YAP sədrinin müavini və icra katibi Əli Əhmədovun bugünlərdə vurğuladığı kimi, Azərbaycan dövləti, YAP iqtidarı ölkədə azad, ədalətli seçkilərin keçirilməsində maraqlıdır və hər zaman olduğu kimi, bu dəfə də bu prosesin şəffaf aparılması üçün hər cür bərabər imkanlar, şərait yaradılıb. Zamanı gələndə bu istiqamətdə gərəkən nə varsa, hamısı icra olunacaq, təmin ediləcək. Çünki biz başqalarının diktəsi ilə hərəkər etmirik, oturub-durmuruq. Biz müstəqil siyasət yeridirik.

    Demokratiya, demokratik seçkilər də bizim öz könüllü seçimimizdir. Odur ki, Azərbaycanda 2018-ci ilin payızında keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı kimsənin iradı ola bilməz. Azərbaycan dövləti, YAP, İlham Əliyev hakimiyyəti hər zaman olduğu kimi, builki seçkilərin də demokratik və azad keçirilməsi üçün hər cür imkan və şərait yaradacaq, yəni, demokratik, azad, ədalətli seçkilərin təminatçısı olacaq. Buna kimsənin şübhəsi ola bilməz. 2018-ci il prezident seçkiləri də Azərbaycanın demokratiya yolunda irəli doğru daha biri addım olacaq”, – deyə YAP rəsmisi bəyan edib./oxu.az

  • Prezident yol tikintisinə pul ayırdı

    Президент выделил средства на строительство автодороги

    Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunun Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Prezident Yeni ili ailəsi ilə birgə evində qarşıladı – FOTO

    Prezident Yeni ili ailəsi ilə birgə evində qarşıladı - FOTO

    Prezident ailəsinin bayramda çəkdirdiyi fotoları Leyla Əliyeva sosial şəbəkə hesabından izləyiciləri ilə bölüşüb. Sözügedən fotolar hamı tərəfindən maraqla qarşılanıb. Onlar prezident ailəsini Yeni il münasibəti ilə təbrik ediblər./strana.az

    Prezident Yeni ili ailəsi ilə birgə evində qarşıladı - FOTO

  • Azərbaycan XİN İrandakı hadisələrə münasibət bildirib

    Azərbaycan XİN İrandakı hadisələrə münasibət bildirib

    Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə İranda baş verən hadisələrə münasibət bildirib.

    Median.Az-ın xəbərinə görə, APA-nın sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır.

    Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Son 6 gündə etiraz aksiyası ilə bağlı ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir. Xatırladaq ki, İranın Təhlükəsizlik Nazirliyi (Ettelaat) məlumat yayaraq bildirib ki, son hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri müəyyən edilib və həbs olunub.