Category: Siyasət

  • Prezident Tağı Əhmədovla bağlı sərəncam imzaladı

    Prezident Tağı Əhmədovu “Əmək” ordeni ilə təltif edib

    Prezident İlham Əliyev Tağı Əhmədovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sputnik Azərbaycan-ın xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

    Qeyd edək ki, T. Əhmədov “Bakı Metropoliteni” QSC-nin rəisi olub.

  • İlham Əliyev fəxri adlar verdi

    Prezident İlham Əliyev Kamil Cəlilovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir ki, Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Kamil Cəlil oğlu Cəlilov “Şərəf” ordeni ilə təltif edilsin.

    Bundan başqa, prezident İlham Əliyev Əlövsət Ağalarova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

    O, Azərbaycanda jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ada layiq görülüb.

    Əlavə olaraq, İlham Əliyev Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Azərbaycanda nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşları Qarayeva Rəsmiyə Məmməd qızı və Rəhimov Elxan Rəhim oğlu “Tərəqqi” medalı ilə təltif edilib.

  • Jirinovskidən ŞOK BƏYANAT: “Azərbaycan Rusiyaya birləşdirilməlidir”

    “Qarabağ problemi artıq 30 ilə yaxındır ki, öz həllini tapmır. Bu münaqişənin həllinin yalnız bir yolu var – milli sərhədləri qoruyaraq Rusiya Federasiyasının tərkibinə qatılmaq”.

    Bunu Rusiya Liberal Demkrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

    “Söhbət keçmiş SSRİ ölkələrindən gedir. Ermənistan və Azərbaycan Rusiyanın tərkibinə qatılmalıdır. Əlbəttə ki, bu, könüllü olmalıdır, referendumla həyata keçirilməlidir. Yalnız belə olan halda münaqişə öz həllini tapa bilər. Çünki bütün torpaqlar ümumi olacaq, hamımızın olacaq”, – deyə Jirinovski bildirib.

    Qeyd edək ki, Vladimir Jirinovski daha əvvəl də belə bəyanat verib. Bəzi politoloqların fikrincə, Jirinovski əslində Vladimir Putinin açıq şəkildə deyə bilmədiklərini deyir.

  • Yasamala icra başçısı təyin edildi – Prezident sərəncamı

    Prezient İlham Əliyev Yasamal rayonuna icra başçısı təyin edib. 
     
    Əziz İmran oğlu Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Yasamala gətirilib. 

  • Mariya Zaxarova Azərbaycanın daxili işlərinə müdaxilə ilə bağlı açıqlama verib

    Daxili işlərə müdaxiləni müəyyən etmək, ictimaiyyətə çatdırmaq və bunu olduqca ətraflı etmək lazımdır.

    Oxu.Az-ın verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rusiya və Azərbaycan daxili işlərinə qarışılması və prezident seçkiləri öncəsi göstərilən təzyiqlə necə mübarizə aparmalıdır” sualına cavabında deyib.

    O bildirib ki, bu, çox ciddi məsələdir: “Eləcə də, daxili işlərə müdaxilə ilə bağlı məlumatları müvafiq ixtisaslaşmış beynəlxalq strukturlara təqdim etmək lazımdır, hansı ki, bu strukturlar sadəcə müəyyən etməklə deyil, belə müdaxilələrə reaksiya verməklə məşğuldurlar. Burada resept sadədir”.

  • Parlamentin yaz sessiyası başladı

    Bu gün Milli Məclisin (MM) 2018-ci il yaz sessiyası öz işinə başlayıb.

    Sessiya öz işinə ənənəvi olaraq, dövlət himninin səsləndirilməsi və oxunması ilə start verib.

    Sessiyanın gündəliyinə 2018-ci il qanunvericilik işləri planı və xeyli sayda qanun layihəsi daxil edilib.

    Hazırda spiker Oqtay Əsədov çıxış edir.

  • YAP prezidentliyə namizədini açıqladı

    Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi hazırkı dövlət başçısı İlham Əliyev olacaq.

    Median.Az xəbər verir ki, bu barədə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov məlumat verib.

    Qeyd edək ki, Azərbaycanın 4-cü prezidenti olan İlham Əliyev bu posta ilk dəfə 2003-cü ildə seçilib. Dövlət başçısı 2008 və 2013-cü illərdə keçirilən seçkilərin də qalibi olub. Bu il prezident seçkilərinin oktyabr ayının 17-sində keçirilməsi nəzərə tutulub.

  • Məmmədyarov Türkmənistanda danışıqlarda – YENİLƏNİB

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistan Respublikasına rəsmi səfəri çərçivəsində prezident Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

    XİN-nin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, görüşdə Türkmənistan prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri və iki ölkənin dövlət başçıları səviyyəsində yüksək siyasi dialoqun ölkələr arasında ənənəvi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi qeyd olunub.

    Hər iki ölkənin xalqlar arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsində əzmli olduğu vurğulanıb.

    Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələrinin də daxil olmasının və aidiyyəti qurumlarla işgüzar görüşlərin keçirilməsinin enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığı bildirilib.
    E. Məmmədyarov artıq fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin region ölkələri arasında nəqliyyat imkanlarını əsaslı dərəcədə artırdığını diqqətə çatdırıb. Ölkələr arasında mövcud olan ikitərəfli əlaqələrin Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə üçtərəfli formatda inkişaf etdirilməsinin regional əməkdaşlıq və çiçəklənməyə xidmət etdiyi vurğulanıb. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    * * * * *

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Türkmənistana rəsmi səfərə yola düşüb.

    Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir E.Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

    Nümayəndə heyətinin təkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.
    Qeyd edək ki, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri R.Meredov 2-3 aprel 2014-cü ildə Azərbaycanda rəsmi səfərdə olub. 18-19 iyul 2017-ci il tarixində isə R.Meredov Bakı şəhərində keçirilmiş Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü çərçivəsində Azərbaycana səfər edib.

  • İlham Əliyev “Şahdağ”da xizək sürüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub.

    Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevə “Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verdi. Qeyd edildi ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də qırmızı dərəcəli zolaq olacaq.

    Həmçinin dövlətimizin başçısına məlumat verildi ki, bu il kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması da planlaşdırılır. Burada “Boulinq”, tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi, həmçinin suvenir mağazaları, iaşə və xidmət obyektləri inşa ediləcək.

    Kompleksin yay mövsümündə də xidmət göstərməsi üçün burada göl yaradılacaq. Yay mövsümündə turistlər bu göldə həm üzəcək, həm də qayıqlarla səyahət edəcəklər. Qış mövsümündə isə bu göldən qaryaratma üçün ehtiyat mənbəyi kimi istifadə olunacaq.

    İkinci mərhələdə görülməsi planlaşdırılan işlərə bu ilin yaz aylarından başlanılacaq. Bunun üçün indidən hazırlıq işləri görülür.

    Dövlətimizin başçısına kompleksin yol infrastrukturu barədə də ətraflı məlumat verildi. Bildirildi ki, kompleksin ərazisindən keçən Qusar-Ləzə yolu onun kənarından inşa olunacaq. Bu da imkan verəcək ki, yuxarı kəndlərin sakinləri kompleksin ərazisinə daxil olmadan hərəkət etsinlər. Hazırda bu yolun yarısının torpaq yatağı hazırlanıb. Qalan işlərin ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu yeni yoldan kompleks ərazisinə iki giriş nəzərdə tutulub. Kompleksin girişində böyük avtomobil dayanacağının da istifadəyə verilməsi planlaşdırılır.

    Məlumat verildi ki, kompleksin üçüncü mərhələsi ilə bağlı layihələndirmə işləri aparılır.

    Kompleksin əsas meydanının ərazisi ilə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

    Sonra Prezident İlham Əliyev “Şahdağ” qış-yay turizm kompleksində xizək sürdü.


















  • Prezident bir neçə ölkədəki səfir və baş konsulu geri çağırdı – SİYAHI

    Prezident İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

    Dövlət başçısının digər sərəncamları ilə Pərviz Cəfər oğlu İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu, Sabir Məmməd oğlu Ağabəyov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri, Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi, Tofiq Əlövsət oğlu Abdullayev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb.