Category: Siyasət

  • İlham Əliyev məmurları topladı – Prezident 4 ilin hesabatını tələb edir

    Bu gün Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.

    Dövlət başçısı konfransda giriş nitqi söyləyib.

    Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Naxçıvan Muxtar Respublikasındakı “Nəqşicahan Holdinq” şirkətlər qrupunun “Duzdağ Müalicəvi İstirahət Mərkəzi”nin direktoru Novruz Novruzov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Neftçala Sənaye Məhəlləsinin direktoru Nəriman Xəlilov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağdam rayonundakı Heyvandarlıq Kompleksinin direktoru Fuad Əyyubzadə, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Saatlı rayonundakı “Aqro-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin (pambıq istehsalı və emalı) rəhbəri Vahid Hüseynov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış ediblər.

    Dövlət başçısı konfransda yekun nitqi söyləyir.

  • İlham Əliyev səfirlərin etimadnamələrini qəbul etdi – FOTO

    Prezident İlham Əliyev yanvarın 26-da Ekvadorun Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın və Çilinin yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silvanın etimadnamələrini qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.










  • İlham Əliyev Davosda danışıqlarda – YENİLƏNİB + FOTO

    Azərbaycan prezidenti İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.


    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 24-də Davosda daha bir görüş keçirib.

    İ. Əliyevin bu dəfə ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteynlə görüşü olub.


    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 24-də Davosda növbəti görüşünü keçirib.

    İ.Əliyev “IBM” şirkətinin baş icraçı direktoru, xanım Cinni Rometti ilə görüşüb.

  • İlham Əliyev: “Nefti, qazı unutmalıyıq, nə vaxtsa bitəcək”

    “İqtisadiyyatın şaxələndirilməsi əsas məqsədlərimizdən biridir. Və biz bu sahədə uğur qazanmışıq”.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda “Strateji Baxış: Avrasiya” panel sessiyasında deyib.

    “Nefti, qazı unutmalıyıq. Onlar nə vaxtsa tükənəcək. Gələcək yaxşı idarəetmədə, şəffaflıqda, sahibkarlığın dəstəklənməsindədir”, – deyə ölkə Prezidenti bildirib.
    Prezident İlham Əliyev Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi sahəsində ciddi islahatlar həyata keçirdiyini və bunun artıq nəticə verdiyini vurğulayıb.

    Azərbaycan Prezidenti ölkədə həyata keçirilən enerji və nəqliyyat layihələri barədə danışıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttini xatırladan dövlət başçısı BTQ-nin reallaşması regionun yeni nəqliyyat xəritəsinin yaratdığını qeyd edib.

  • Prezident Kelli Kramerlə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə görüşüb.

    Görüşdə Azərbaycanın bir çox dövlət qurumları ilə “CISCO” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu qeyd edildi.

    Bu şirkətin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında iştirak etməsinin əhəmiyyəti vurğulandı. “CISCO” şirkəti tərəfindən Azərbaycana ən müasir texnologiyaların gətirilməsində ölkəmizin maraqlı olduğu bildirildi.



  • MSK prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

    “Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçici siyahıları dəqiqləşdirilir”.

    “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

    O bildirib ki, seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi yanvarın əvvəlindən başlayıb: “Hazırda seçici siyahılarının dəqiqləşdirməklə məşğuluq. Fevralın 5-nə qədər məntəqələr səviyyəsində dəqiqləşdirmələr başa çatacaq. Sonra məntəqələrdə yığılan məlumatlar dairələrə çatdırılacaqdır və may ayının axırına qədər işlərə yekun vurulacaq”.

    Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.

  • Azərbaycan və Rusiya arasında dövlət sərhəd nişanlarının qoyuluş mərasimi fevralda keçiriləcək

    “Azərbaycan və Rusiya arasında dövlət sərhəd nişanlarının qoyuluş mərasimi fevralda keçiriləcək”.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə deyib.

    Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında sərhədin demarkasiya prosesi üzrə növbəti görüş fevralın 20-dən sonra Bakıda keçiriləcək.

    Sonra sərhədin Qusar rayonu ərazisindəki hissəsində sərhəd nişanlarının qoyuluş mərasimi baş tutacaq.

    Nazir müavini qeyd edib ki, Gürcüstanla dövlət sərhədinin delimitasiyası uzrə növbəti müzakirələr isə bu ilin birinci rübünə planlaşdırılır.

    “Ekspert görüşü və komissiya çərçivəsində geniş müzakirələr aparılacaq”, – Xələf Xələfov deyib.

  • İlham Əliyev Davos Forumunda iştirak edəcək

    Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də İsveçrədə keçiriləcək ənənəvi Davos İqtisadi Forumuna qatılacaq.

    Müzakirələr Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

    Dövlət başçısı “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış edəcək.

    Qeyd edək ki, Davos Forumu yanvarın 23-26-da keçiriləcək. 

  • İlham Əliyev açılış etdi – FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 17-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Xətai rayonunda yerləşən Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının, 220 saylı yarımstansiyasının, 110 kV-luq “Yasamal 1” yarımstansiyasının, 110 kV-luq “Qobu” yarımstansiyasının və 120 saylı yarımstansiyanın açılışında iştirak edib.

    Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib.

    “Azərişıq” ASC-nin sədri Baba Rzayev Prezident İlham Əliyevə inzibati bina və yarımstansiyalar haqqında məlumat verib.













  • Bolqar nazir İlham Əliyevlə maraqlı fotosunu paylaşdı – FOTO

    Ötən gün Azərbaycana səfər edən Bolqarıstanın Baş naziri Boyko Borisov prezident İlham Əliyevlə görüşündən maraqlı foto paylaşıb. 

    Fotonu bolqar nazir özünün feysbuk səhifəsində paylaşıb.