Prezident İlham Əliyev Milli Məclisin dekabrın 23-də qəbul etdiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Median.Az xəbər verir ki, dəyişiklik Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını nəzərdə tutur.
Qanuna əlavə ediləcək yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə, effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının təşkili, habelə məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın yerləşdirilməsi təmin edilir.
Category: Siyasət
-
Prezident Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını təsdiq etdi
-
İlham Əliyev qanun imzaladı

Şuşa ərazisində minatəmizləmə fəaliyyətinin aparılması qaydaları dəyişib.
Median.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı barədə “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verəcəklər. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.
Eyni zamanda tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq. -
ABŞ Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib? – Səfirlikdən açıqlama
“Mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik.Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir”.
Median.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir.
Ətraflı məlumat üçün:
https://travel.state.gov/…/immigrant-visa-processing... -
Nazirliyinin idarə rəisi vəzifəsindən azad edildi – FOTO
Gənclər və İdman Nazirliyi Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev tutduğu vəzifədən azad olunub.
Median Az Teleqraf-a istinadən xəbər verir ki, onunla bağlanmış müqavilə uzadılmayıb.
Qeyd edək ki, E.Quliyev Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi vəzifəsində 1 il 3 ay işləyib.
-
Hikmət Hacıyev Yuri Qusevlə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevlə görüşüb.
Bu barədə səfir “X”də paylaşım edib.
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə məhsuldar görüş keçirilib. 2025-ci ilin nəticələri və 2026-cı ildə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar müzakirə olunub. Azərbaycanın Ukraynaya göstərdiyi davamlı dəstəyə görə minnətdarlıq ifadə edilib”, – deyə o bildirib.
-
Prezident İlham Əliyev Uqanda və Somali ilə bağlı qanunları təsdiqlədi
Azərbaycanla Uqanda arasındakı diplomatik və xidməti pasport sahibləri viza tələblərindən azad edilib.
Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Azərbaycanla Somali arasında diplomatik pasport sahibləri də vizadan qarşılıqlı azad ediliblər.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.
-
Azərbaycan dörd ermənini İrəvana verdi

Azərbaycan Vaqif Xaçatryan, Gevorq Sucyan, David Davtyan və Vigen Eulcekcianı Ermənistana təhvil verib.
Median.Az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, təhvilvermə prosesi Həkəri çay üzərindəki körpüdə baş tutub.
N.Paşinyan Gevorq Sucyan, David Davtyan və Viken Eulcekcianın səhhətində problem yoxdur.
O qeyd edib ki, Vaqif Xaçatryanın səhhəti isə qənaətbəxş qiymətləndirilir, onlar İrəvana aparılırlar.
Xatırladaq ki, Davtyan David və Sucyan Gevorq casusluqda təqsirləndirilirdilər. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 (qanunsuz silah saxlama), 276 (casusluq), 279 (qanunvericiliklə nəzərdə tutulmamış silahlı birləşmələrin və ya qrupların yaradılması), 318 (sərhədi qanunsuz keçmə) maddələri ilə ittiham olunurdular.
2021-ci il iyulun 28-də Azərbaycanda məhkəmə Davtyan və Sucyanı hər birini 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
-
İlham Əliyev Çapar kəndindəki ailənin qonağı olub – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonuna səfəri zamanı Çapar kəndində Kəmalə Dadaşovanın ailəsinə baş çəkib və yaşayış şəraiti ilə maraqlanıb.
Doğma yurduna qayıtmasından sonsuz qürur duyduğunu bildirən Kəmalə Dadaşova Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.Dövlətimizin başçısı Kəmalə Dadaşovanı yeni evinə köçməsi münasibətilə bir daha təbrik edib.
Həmin görüntüləri təqdim edirik:






