Category: Siyasət

  • İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

    Salamlara görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş edib.

    Söhbət zamanı Məsrur Bərzaninin ölkəmizə səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanıb.

    Görüşdə iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

  • Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.

    Median.Az xəbər verir ki, sonra dövlət başçısı “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib, müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb.//[hide][/hide]APA 

  • Kamaləddin Qafarov: “20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi”

    “20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış, siyasi məqsədli və hərbi cinayət xarakteri daşıyan qanlı əməliyyatı idi”.

    Median.Az xəbər verir ki, bu fikri 20 Yanvar faciəsinin mahiyyəti ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
     
    O, vurğulayıb ki, bu qırğın təsadüfən baş verməmişdi. “Keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı açıq və qəti mövqe nümayiş etdirən Azərbaycan cəmiyyətini qorxutmaq, milli azadlıq iradəsini boğmaq üçün Kreml ən qəddar üsula əl atdı. Mixail Qorbaçovun birbaşa əmri ilə Bakıya yeridilən on minlərlə hərbçi ağır texnika, tanklar, zirehli maşınlar və avtomatik silahlarla dinc əhaliyə hücum etdi. Küçələrdə insanlar qətlə yetirildi, təcili yardım maşınları atəşə tutuldu, yaşayış məhəllələri mühasirəyə alındı. Bu, hüququn, humanizmin və beynəlxalq normaların açıq şəkildə tapdanması idi və Sovet dövlətinin öz vətəndaşlarına qarşı həyata keçirdiyi dövlət terrorunun bariz nümunəsi kimi tarixə düşdü”.
     
    Millət vəkili fikirlərini davam etdirərək keçmiş sovet ordusunun iri kontingenti tərəfindən Bakının zəbt olunmasının xüsusi qəddarlıqla müşayiət edildiyini bildirib: “Öz çirkin məqsədlərini yerinə yetirmək üçün 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdilər. Azərbaycan xalqı yanvar ayının 19-dan 20-nə keçən gecə şiddətli hərbi təcavüzlə üzləşdi. Milli azadlıq və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı ordu hissələri yeridildi və yüzlərlə günahsız insan qətlə yetirildi. Ölkəmizin və xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin hadisələrdən bu gün 36 il keçir. Həmin vaxt fövqəladə vəziyyətin yanvarın 20-də saat 00.00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilmədi. 1990-cı ilin yanvar ayının 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilən qoşun hissələri dinc əhalini təkcə küçə və meydanlarda deyil, hətta öz evlərində belə kütləvi şəkildə qətlə yetirmişlər. Nəticədə təkcə Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olub. Ümumilikdə isə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır.”
     
    Daha sonra deputat hər zaman millətin ən ağır günlərində öz xalqının yanında olan, onun dərdini bölüşən Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsi zamanı nümayiş etdirdiyi siyasi cəsarət və prinsipial mövqeyindən bəhs edib: “Birmənalı olaraq demək lazımdır ki, baş verən qanlı hadisələrin fonunda Sovet imperiyasının mərkəzində olmasına rəğmən, SSRİ rəhbərliyini ittiham etməkdən çəkinməyən Ulu Öndər Heydər Əliyevin nümayiş etdirdiyi siyasi cəsarət və prinsipial mövqe 20 Yanvar həqiqətlərinin üzə çıxarılmasında həlledici rol oynadı. 1990-cı il yanvarın 21-də, həyatını real təhlükə altına qoyaraq, Sovet rejiminin qadağalarına baxmayaraq Moskvada verdiyi bəyanatla Ümummilli Lider Qanlı Yanvar hadisələrini törədənləri açıq şəkildə ittiham etdi, dinc əhaliyə qarşı silah işlədilməsini hüquqa, demokratiyaya və insanlığa zidd ağır cinayət adlandırdı, məsuliyyətin birbaşa SSRİ rəhbərliyinin üzərində olduğunu bəyan etdi. Bu çıxış Sovet imperiyası daxilində susdurulmuş həqiqətin ilk dəfə bu qədər açıq və sərt şəkildə səsləndirilməsi idi. Ulu Öndər Heydər Əliyev imperiyanın saxta “qanunçuluq” pərdəsini cıraraq, dünya ictimaiyyətinə göstərdi ki, Bakıda baş verənlər adi fövqəladə vəziyyət deyil, xalqın qəsdən qırılmasıdır. Bu mövqe 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsinin ideoloji və mənəvi əsasını formalaşdırdı. Sonrakı illərdə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində faciənin səbəbləri araşdırıldı, günahkarların məsuliyyəti gündəmə gətirildi, şəhidlərin xatirəsi dövlət səviyyəsində uca tutuldu. Ulu Öndər Heydər Əliyev üçün bu məsələ yalnız keçmişə qiymət vermək deyildi, bu, Azərbaycan xalqının milli ləyaqətinin və tarixi həqiqətinin qorunması idi. 20 Yanvarı törədən imperiya qüvvələri bu mövqenin qarşısında ifşa olundu, Azərbaycan xalqı isə bu qanlı sınaqdan daha da güclənərək çıxdı və müstəqillik yolunda geri dönüşü olmayan qərarını verdi”.

  • Ramil Əliyev vəzifəsindən azad olundu

    Külli miqdarda vergi borcu ilə üzləşən “Buta Elektroniks” MMC-nin qanuni təmsilçisi Ramil Əliyev vəzifəsindən azad olunub.
     
    Median.Az bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
     
    Digər qərarla şirkətə Anar Əsədullayev yeni qanuni təmsilçi təyin edilib.
     
    Qeyd edək ki, “Buta Elektroniks” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin uzun müddətdir dövlət qarşısında yığılmış vergi borcu mövcuddur. Hazırda isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yüksək məbləğdə – 291 646.74 manat vergi borcu vardır. 

  • İlham Əliyev Şəhidlər Xiyabanından videoçarx paylaşdı

    Prezident İlham Əliyev 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb.
     
    Median.Az həmin videoçarxı təqdim edir:
     

  • Fransa Azərbaycanın dörd ermənini İrəvana təhvil verməsini alqışlayır

    Fransa Azərbaycan hakimiyyəti tərəfindən dörd erməniəsilli şəxsin Ermənistana təhvil verilməsini alqışlayır.

    Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, 2026-cı il yanvarın 14-də baş tutan bu təhvil-təslim 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində formalaşan dinamikanın konkret nəticəsidir.

    Qeyd edilib ki, Sülh Müqaviləsinin imzalanması və ratifikasiyası bu prosesi tamamlamağa imkan verəcək.

  • Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

    19 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.

    Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.

    8 avqust Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib və tərəflər layihənin qısa müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını bildiriblər. Bu istiqamətdə müəyyən ediləcək prioritetlərin iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

    Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə perspektivlər barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) icrası üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.

    Nazirlər bununla yanaşı digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

  • Prezident İlham Əliyev Davosda Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb – FOTO

    Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual” şirkətinin sədri Andre Esteves ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına, həmçinin uzunmüddətli inkişaf strategiyasına toxunaraq, bu istiqamətdə həyata keçirilən siyasətin ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini dedi.

    Dövlətimizin başçısı vurğuladı ki, dünyanın beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini daha da artıraraq, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırıb.

    Rəhbərlik etdiyi şirkətin qlobal fəaliyyət coğrafiyası və institusional investorlarla iş təcrübəsi barədə danışan Andre Esteves “BTG Pactual”ın müxtəlif regionlarda tətbiq etdiyi investisiya yanaşmaları barədə məlumat verdi.

    Qeyd olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələr aparılır, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq davam etdirilir.

    Söhbət zamanı qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.

    Qeyd edək ki, 1983-cü ildə təsis edilmiş “BTG Pactual” təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edir.




  • Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşüb – FOTO

    Leyla Əliyeva ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında görüş keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Efiopiya arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub.

    Səmimi dialoq şəraitində keçən görüşdə Leyla Əliyeva Azərbaycan Respublikası Prezidentinin salamlarını qarşı tərəfə çatdırıb və dövlətimizin başçısının adından Baş naziri ölkəmizə səfərə dəvət edib.

    Efiopiyanın Baş naziri Abiy Əhməd Əli dəvəti böyük məmnuniyyətlə qəbul edərək, Azərbaycan Prezidenti haqqında yüksək ehtiramla danışaraq, xoş sözlərini ifadə edib.

    Baş nazir ölkəmizdə gedən sürətli inkişaf prosesini təqdir etdiyini bildirib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti və beynəlxalq aləmdəki yüksək nüfuzunu xüsusi vurğulayaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən söz açıb.

    Görüşdə, həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib.

    Vurğulanıb ki, Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29 tədbirinin uğurlu təcrübəsi böyük maraqla qarşılanıb. Bu təcrübənin 2027-ci ildə Efiopiyada keçiriləcək COP32 konfransında tətbiq edilməsi imkanları müzakirə olunub. Hər iki ölkə arasında bu mühüm sahədə təcrübə mübadiləsinin aparılmasının vacibliyi bir daha qeyd edilib.




  • İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.

    Bu barədə Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində məlumat verilib. Məlumatda qeyd edilir ki, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.

    2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.

    “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam deyib: “Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur”.

    Mükafatlar bu il fevral ayının 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.