Category: Siyasət

  • İlham Əliyev Kuba liderini təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Hörmətli cənab Prezident,

    Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    İnanıram ki, xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Kuba münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

    Fürsətdən istifadə edərək Yeni, 2026-cı il münasibətilə də Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • İlham Əliyev bu il ərzində 300-dən artıq tədbirdə iştirak edib (FOTO)

    Azərbaycan Prezidenti İlham Əliyev bu il ərzində 309 tədbirdə iştirak edib.

    “Report”un məlumatına görə, dövlət başçısı 2025-ci ildə 113 qəbul keçirib.

    Həmin müddətdə Prezident respublikanın müxtəlif regionlarına 38, xarici ölkələrə isə 20 səfər gerçəkləşdirib.

    Dövlət başçısı ötən müddətdə 185 qanun və 180 sərəncam imzalayıb, 121 görüş keçirib, 10 müsahibə verib.

    Bundan başqa, İlham Əliyev il ərzində 17 mətbuat konfransı keçirib.

    Azərbaycan Lideri həmçinin il ərzində 20 bəyanat verib, 12 imzalanma və 42 müraciət edib.

  • Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ailələrdən olan uşaqlar üçün Bakı Zooloji Parkında bayram tədbiri təşkil olunub.
     
    Tədbir çərçivəsində Abşeron, Nizami və Qaradağ rayonlarında yaşayan aztəminatlı ailələrdən olan uşaqlar üçün xüsusi bayram proqram hazırlanıb. Hər rayondan 50 nəfər olmaqla ümumilikdə 150 uşaq tədbirdə iştirak edib.
     
    Zooloji Parkın azyaşlı ziyarətçiləri gəzinti zamanı buradakı müxtəlif heyvan növləri ilə yaxından tanış olublar. Zooloji Parkın bələdçiləri uşaqlara heyvanların həyat tərzi, yaşayış mühiti və bəslənməsi barədə ətraflı məlumat veriblər.
     
    Eyni zamanda bəzi heyvan və quş növlərinin təbiətə buraxılması, onların təbii mühitə uyğunlaşdırılması prosesi barədə uşaqlara yaş səviyyələrinə uyğun şəkildə məlumatlar təqdim edilib.
     
    Xüsusi vurğulanıb ki, Bakı Zooloji Parkı yalnız heyvanların saxlanıldığı məkan deyil, həm də fauna müxtəlifliyinin qorunması, xüsusilə ölkəmizdə nəsli kəsilmək təhlükəsi altında olan heyvan və quş növlərinin artırılması və yenidən vəhşi təbiətə qaytarılması istiqamətində mühüm fəaliyyət həyata keçirən mərkəzdir. Maarifləndirici gəzinti uşaqlarda böyük maraq doğurub, onların təbiətə və heyvanlara münasibətinin formalaşmasına, ekoloji düşüncənin aşılanmasına xidmət edib. Sonda uşaqlar üçün əyləncə və nahar proqramı təşkil olunub.

    Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

  • XİN-dən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik

    Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) həmvətənlərimizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

    Bununla bağlı XİN-in “X”dəki səhifəsində paylaşım olunub.

    “Xalqımızın birlik və həmrəyliyinin rəmzi olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, dövlətimizə və xalqımıza firavanlıq, sabitlik və yeni nailiyyətlər arzulayırıq. Bayramınız mübarək!”, – paylaşımda qeyd olunub.

  • Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım etdi

    Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesablarında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Bakı-Qahirə birbaşa aviareysi açıla bilər

    Bakı-Qahirə birbaşa aviareysinin açılması üzərində iş gedir.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsaməddin Effat Mustafa Reda deyib.


    Diplomat bildirib ki, il ərzində Azərbaycandan Misirə 10 milyon nəfər də səyahət etsə, bu, yetərli deyil:

    “Düşünürəm ki, biz daha çox şey təklif edə bilərik və siz də daha çox imkanlara maliksiniz. Arzum odur ki, azərbaycanlılar “Gəlin dünyanı kəşf edək” deyə düşündükdə Misir əsas istiqamətlərdən biri olsun. Eyni zamanda, istəyirəm ki, misirlilər üçün də Bakı gedilə bilən əsas şəhərlərdən biri kimi qəbul edilsin”.

    Səfir hazırda bu düşüncəni daha geniş şəkildə qəbul etdirə bilmək üçün çalışdıqlarını vurğulayıb:

    “Biz artıq Şarm əş-Şeyxə birbaşa uçuşlara malikik, hazırda Azərbaycan hökuməti və bəzi özəl Misir şirkətləri ilə Bakı-Qahirə birbaşa aviareysinin açılması üzərində işləyirik. Bakı ilə Qahirənin birbaşa bağlantısı biznes ictimaiyyət, akademik dairələr, mədəniyyət və ümumilikdə, turizm deməkdir. Bizi daha da yaxınlaşdıracaq əsas məqam bu əlaqələrin qısamüddətli mədəni mübadilə proqramları və ticarət üçün şərait yaratmasıdır. Birbaşa uçuş olsa, səyahət xeyli asanlaşır”.

    Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

  • Ruben Vardanyanın məhkəmə prosesi təxirə salındı

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə dekabrın 30-na təyin olunmuş məhkəmə prosesi qeyri-müəyyən müddətədək təxirə salınıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, buna səbəb həmin cinayət işi üzrə hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət məhkəmə heyətinin (ehtiyat hakim Günel Səmədova) digər iş (15 nəfər Ermənistan vətəndaşının barəsində cinayət işi) üzrə məhkəmə iclasında müşavirəyə getməsidir.

    Beləliklə, R.Vardanyanın barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası məhkəmə heyəti müşavirədən qayıdandan sonra keçiriləcək.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

  • Həsən Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

    Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
    Sərəncama əsasən, Həsən Zeynalov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

  • Alyona Əliyeva uşaqlar üçün təşkil olunan Yeni il şənliyindən paylaşım edib – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlunun təqdimatı və uşaqlar üçün təşkil olunan Yeni il şənliyindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir: