Category: Siyasət

  • İordaniya şahzadəsi İlham Əliyevə məktub göndərdi

    İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən məktubun mətnini təqdim edir:

    “Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

    Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm”.

  • Alyona Əliyeva 5 nömrəli xüsusi internat məktəbindən paylaşım edib (Video)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva 5 nömrəli xüsusi internat məktəbini ziyarət ediblər.

    Bu barədə Alyona Əliyeva “Instagram” hesabında paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Leyla Əliyeva Prezident İlham Əliyevin doğum günündən paylaşım edib (Video)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günündən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Leyla Əliyeva 5 nömrəli xüsusi internat məktəbindən paylaşım edib (Video)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında 5 nömrəli xüsusi internat məktəbindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib – FOTO

    Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Mərkəzi Nəbatat bağında uşaqlar üçün bayram şənliyi təşkil olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə internat evlərində yaşayan azyaşlılar üçün keçirilib. Bayram proqramı çərçivəsində balacalar üçün əyləncəli tədbirlər, oyunlar və musiqili proqramlar təqdim edilib. Uşaqlara müxtəlif hədiyyələr paylanıb.

    Sonra Leyla Əliyeva uşaqlarla birlikdə IDEA İctimai Birliyinin “Şəhər ekologiyası” (“Urban Ecology”) layihəsi çərçivəsində Mərkəzi Nəbatat bağının ərazisinə Bakı Zooloji Parkında çoxaldılmış 10 sincab buraxıb. “Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib. Sincabların məhz bu əraziyə buraxılmasında digər məqsəd onların Nəbatat bağı ərazisində təbii şəkildə çoxalmasıdır.

    Keçmişdə Bakı şəhəri ərazisində çoxsaylı sincab və digər heyvan növləri məskunlaşıb, onlar parklarda, yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıb. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalıb. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.
















  • Azərbaycanın müdafiə naziri Liviya tərəfinə başsağlığı verib

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Liviya Dövlətinin Baş naziri – müdafiə naziri cənab Abdülhəmid Dibeybəyə başsağlığı verib.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    Başsağlığında deyilir: “Türkiyə Respublikasından rəsmi səfərdən qayıdan 9H-DFJ bort nömrəli “Falkon 50” tipli təyyarənin qəzaya uğraması nəticəsində şəxsən tanıdığım Liviya Dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Əhməd Əl Haddadın və digər heyətin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

    Faciəli qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik.

    Ruhları şad, xatirələri əziz olsun.

    Allah rəhmət eləsin”.

  • Prezident: “Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı”

    “Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirib.

    Dövlətimizin başçısı qeyd edib:

    “Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdilər, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində”.

  • Prezident: “Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik”

    “Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirib.

    Dövlətimizin başçısı vurğulayıb:

    “Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq”.

  • Prezident: “İşğal dövründə Ağdam, demək olar ki, urbisidə məruz qalıb”

    “İşğal dövründə Ağdam, demək olar ki, urbisidə məruz qalıb. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılıb”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə söyləyib.

    “Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Gürcüstan prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi

    Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “İcazə verin, doğum gününüz münasibətilə gürcü xalqı adından və öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırım.

    Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası davamlı sülhə, sabitliyə və mühüm nailiyyətlərə nail olub ki, bu da uzaqgörənliyinizin və Azərbaycan xalqının rifahı naminə göstərdiyiniz fədakar xidmətinizin əyani sübutudur. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə daha da güclənəcəkdir.

    Əminəm ki, xalqlarımız arasında nümunəvi dostluq münasibətləri və möhkəm strateji tərəfdaşlıq qarşıdakı illərdə də möhkəmlənəcək və genişlənəcəkdir. Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıq təkcə ikitərəfli əlaqələrimizin inkişafı üçün deyil, həm də Cənubi Qafqazda daha dərin regional inteqrasiyanın, davamlı sülhün və sabitliyin təşviqi üçün təməl daşı rolunu oynayır.

    Zati-aliləri, Sizə möhkəm cansağlığı, tükənməz enerji və yüksək məsuliyyətli dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və rifah arzulayıram”.