Category: Siyasət

  • Ölkəyə gətirilən bir ədəddən artıq mobil telefonların qeydiyyatı üçün rüsum alınacaq

    Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən bir ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” dəyişiklikdə əksini tapıb.

    Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən bir ədəd mobil cihaz aksizdən azad olunacaq.

    “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən, bazar qiymətindən asılı olmayaraq, təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.

    Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

  • Azərbaycan XİN: Yəmənin ərazi bütövlüyünə dəstəyimizi bir daha təsdiqləyirik

    Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində göstərdiyi səyləri alqışlayır.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

    Qeyd olunub ki, Yəməndə mövcud vəziyyət təmkinli davranmağın, kollektiv fəaliyyətə, dialoqa və sülh yolu ilə həllərə üstünlük verməyin zəruriliyini önə çıxarır.

    “Azərbaycan Yəmən Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir və ölkədə davamlı sülh, rifah və inkişafın əldə olunması məqsədilə yəmən xalqının maraqlarının qorunmasına yönəlmiş bütün təşəbbüsləri yüksək qiymətləndirir”, – paylaşımda bildirilib.

  • Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında Yeni il tədbiri keçirilib (FOTO)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il ərəfəsində Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan uşaqlar üçün şənlik təşkil edilib.

    Bayram tədbirində IDEA İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr veriblər, onlarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər. Bu təşəbbüs balacalara Yeni il ərəfəsində xoşbəxtlik və bayram əhval-ruhiyyəsi bəxş edib.

    Nəzərə çatdıraq ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq reallaşdırılır.

    Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan balacalar üçün tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını yaşamaları məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil edilir.











  • Arzu Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi bayram şənliyindən paylaşım edib (FOTO)

    Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib.

    Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezidentin gəlini Alyona Əliyeva iştirak ediblər.

    Arzu Əliyeva “Instagram” hesabında sözügedən tədbirdən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Leyla Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi bayram şənliyindən paylaşım edib (Video)

    Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib.

    Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezidentin gəlini Alyona Əliyeva iştirak ediblər.

    Leyla Əliyeva “Instagram” hesabında sözügedən tədbirdən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • 2026-cı ildə Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq

    “2026-cı ildə Azərbaycanın Bəhreyn Krallığında səfirliyi açılacaq”.
     
    Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
     
    Nazir bildirib ki, 2026-cı ildə Bəhreyndə səfirliyin fəaliyyətə başlaması planlaşdırılır.

  • “Ermənistanla delimitasiya davam edir” – Nazir

    Azərbaycan-Ermənistan sərhədlərinin ümumilikdə 13 km-ə yaxın ərazisi delimitasiya olunub.

    Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

    Nazir bildirib ki, burada işlər dayanmayıb, davam edir: “İki ölkənin delimitasiya komissiyaları intensiv şəkildə fəaliyyətdədir. Delimitasiya siyasi proses olsa da, çoxlu texniki detalları var. Ümumi yanaşma barədə razılıq var: şimaldan cənuba bu proses həyata keçiriləcək. Biz bilirik ki, delimitasiya prosesi birdəfəlik deyil, hissə-hissə həyata keçiriləcək. Anklav və eksklavlar məsələsi öz həllini tapacaq. Bunlar hamısı diqqət mərkəzindədir. 2025-ci ildə olan müsbət dinamika delimitasiya prosesinə də öz müsbət impulslarını verməkdədir”.

  • Nazir: “Rus Evi”nin ləğvi məsələsi başa çatıb

    Xarici işlər naziri Ceyhun Bayramov Bakıdakı “Rus Evi”nin bərpa edilib-edilməməsinə münasibət bildirib.

    Bu barədə nazir ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

    Onun sözlərinə görə, Azərbaycanda “Rus Evi” heç bir qeydiyyatı olmadan fəaliyyət göstərib, bununla bağlı müəyyən vaxtlarda təsisata xəbərdarlıq edilib:

    “Lakin digər pozuntular da davam edirdi. Ona görə də “Rus Evi”nin bağlanmasına qərar verildi və bu, icra edildi. Bu və digər təsisatların ölkədə fəaliyyəti yerli qanunvericiliyə uyğun olmalıdır. Heç bir formada birtərəfli qaydada belə təsisatların fəaliyyəti qəbul edilmir. “Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə öncə olub. Bir sıra yarımçıq ləğvetmə prosesləri var idi. Rusiya tərəfi bununla bağlı ləğvedicilər təyin etmişdi. Məndə olan məlumata əsas yarımçıq və və həlli olunmayan məsələ qalmayıb və ləğv olunma məsələsi başa çatıb”.

  • Azərbaycan Ukrayna və Suriyaya nə qədər humanitar yardım edib?

    Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın məbləği 75 milyon manata çatıb.

    Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

    Nazir bildirir ki, bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib.

    “Azərbaycan həmçinin xalqımızla etnik və mədəni bağlara malik xalqlar üçün də təhsil qrantları səviyyəsində vəasit ayrırmaqda davam edib”, deyə Ceyhun Bayramov bildirib.

  • Azərbaycanın “qara siyahı”sında neçə nəfər var?

    Azərbaycan əraziləri işğal altında olduğu dövrdə oraya səfər etməklə “qara siyahı”ya daxil edilən şəxslərin sayı hazırda iki min nəfərdən çoxdur.

    Bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

    “İşğal dövründə Azərbaycan ərazilərinə rəsmi Bakının icazəsi olmadan gəlib-gedən şəxslər ölkəmizin “qara siyahı”sına daxil etmişdi. Kimlər ki, bu məsələ ilə bağlı rəsmi müraciət edərək üzrxahlıq ediblər, onlar siyahıdan çıxarılıb və bu gün Azərbaycan ərazisinə səfər edə bilərlər. Kimlər üzrxahlıq etməyibsə, onlar hələ də “qara siyahı”dadırlar. Ümumilikdə, hazırda bu siyahıda iki mindən çox şəxs var və bu, 30 il ərzində qeydə alınıb”, – nazir qeyd edib.