Kürdəmirdə biçilmiş taxıl sahəsi yanıb

Kürdəmirdə yanğın hadisəsi baş verib.

Median.Az report-a istindən xəbər verir ki, hadisə rayonun Karrar qəsəbəsində qeydə alınıb.

Yanğın nəticəsində kənd bələdiyyəsinə məxsus 3 hektarərazidə biçilmiş taxıl sahəsi yanıb. Əraziyə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *