Ağstafada avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Köçəsgər kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1989-cu il təvəllüdlü Elçin Qocayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Ona hadisə yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *