Şənbə, May 16, 2026
Google search engine
EvCəmiyyətTovuzda rəisin polis oğlunu bıçaqladılar (YENİLƏNİB)

Tovuzda rəisin polis oğlunu bıçaqladılar (YENİLƏNİB)

Kür çayının sahilində 3 nəfərin bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.

Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən, bıçaqlanan şəxslərdən 1990-cı il təvəllüdlü Əsgərov Məhəmmədəli Xəqani oğlu və 1996-cı il təvəllüdlü Əsgərov Toğrul Əli oğlu polis işçisidir. Bu şəxslərdən Əsgərov Məhəmmədəli Daxili İşlər Nazirliyinin Tovuz Regional Qediyyat və Baxış Şöbəsinin rəisi Xəqani Əsgərovun oğludur.

***

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1985-ci il təvvəllüdlü Tağıyev Tarıyel Sərdar oğlu Qovlar şəhər sakinkəri – 1996-cı il təvəllüdlü Əsgərov Toğrul Əli oğlu və 1990-ci il təvəllüdlü Əsgərov Məmmədli Xəqani oğlu ilə mübahisə edib.

Nəticədə T.Tağıyev mübahisə etdiyi hər iki şəxsi bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisədən sonra T.Tağıyev özünə bıçaqla xəsarət yetirib.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments