Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətBu bitkinin kilosu 8619 manatdır

Bu bitkinin kilosu 8619 manatdır

YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan və Türkiyənin Qarabük rayonu Safranbolu əyalətində yetişdirilən zəfəran bitkisi satış qiyməti ilə hər kəsi təəccübləndirib.

Median.Az xəbər verir ki, dünyanın ən bahalı ədviyyatı adlandırılan zəfəran bitkisinin kilosunun qiyməti 30 min türk lirəsi (8.619 AZN)-dır. Yerli və xarici turistlər daha çox oktyabr-noyabr aylarında zəfəran tarlasına gəlib şəkil çəkdirirlər. Zəfəran tarlasını sahibi İsmayıl Yılmaz bitkini əsasən xarici bazarlara çıxartdığını deyib:

“Gələnlərə zəfəranın faydalarından, necə yetişdirdiyimizdən danışırıq. Eyni zamanda bitkini daha çox xarici bazarlara da çıxardırıq. Bu gün Türkiyə ilə yanaşı Amerikadan, Dubaydan, Tayvandan və müxtəlif yerlərdən qonaqlarımız olur”.//yeniavaz.com

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments