Cümə axşamı, May 14, 2026
Google search engine
EvKriminalAğdamda məhbus məhbusu telefon mağazasında ürəyindən bıçaqladı

Ağdamda məhbus məhbusu telefon mağazasında ürəyindən bıçaqladı

Ağdamda telefon mağazasında bıçaqlanma hadisəsi baş verib.

Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Qəsəbə ərazisində “Azercell Telecom” MMC-nin mağazasında qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs olunmuş və hazırda məhkumluğu ödənilməyən, 1988-ci il təvəllüdlü Abışov Alim Səfi oğlu Ağdam rayonunda yaşayan, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, 1981-ci il təvəllüdlü Mustafayev Fariz Ayaz oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində A.Abışov F.Mustafayevi ürəyindən bıçaqlayıb.

Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments