Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətSamuxda qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var

Samuxda qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var

Samuxda partlayış baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Nəbiağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Səttar Xəlilovun həyətiyanı sahəsində yerləşən yardımçı tikilidə qazın sızması nəticəsində partlayış olub. Hadisə zamanı 82 yaşlı kişi yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin baş verməsi səbəbləri araşdırılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments