Cümə axşamı, May 14, 2026
Google search engine
EvKriminalMasallıda "VAZ-2106" qaçıran narkoman tutulub

Masallıda “VAZ-2106” qaçıran narkoman tutulub

Median.Az xəbər verir ki, dekabrın 8-də Masallı şəhəri N.Nərimanov küçəsindən Çaxırlı kənd sakini N.Gözəlova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə DİN “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov avtomobillə birgə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments