Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətBakıda zəncirvari qəza: Yeddi maşın toqquşdu - ANBAAN VİDEO

Bakıda zəncirvari qəza: Yeddi maşın toqquşdu – ANBAAN VİDEO

Bakıda baş vermiş zəncirvari qəza kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə aeroport yolunda, Sabunçu körpüsünün altında baş verib.

İlk olaraq manevr qaydalarını pozan “VAZ 21015” markalı avtomobil “VAZ 2107” markalı maşını arxadan vurub. Ardınca qəza işıqlarını yandıran “07”nin sürücüsü avtomobili dayandırıb.

Bu zaman arxadan gələn digər avtomobilin sürücüsü əyləci basıb. Təbii ki, ara məsafəsi düzgün seçilmədiyi üçün zəncirvari qəza baş verib. Nəticədə yeddi avtomobilə ziyan dəyib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments