Həbsxanaya heroin keçirmək istəyən xala oğlu özünü işə saldı – FOTO

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən oxu.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.4-cü maddələrinə əsasən 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İbadov Ruslan Səmid oğlu ilə qısamüddətli görüşə gəlmiş xalası oğlu Şabran rayon sakini Məmmədov İlkin Hürmət oğlunun üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi 1 ədəd bükülüdə 0,091 qram narkotik maddə – heroin aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *