Dekabrın 23-ü “ASAN Xidmət”də qeyri-iş günüdür

Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Ölkə.Az”a verilən məlumata görə, həmin gün “ASAN xidmət” mərkəzlərində vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanaraq hazır sənədləri əldə edə bilərlər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *