
Bakıda baş vermiş qəza kameralara düşüb.
Hadisə sutkanın qaranlıq vaxtı qeydə alınıb.
Gənc piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçən zaman qəfil ən sağ zolaqda hərəkət edən “Nissan” markalı avtomobilin qarşısına çıxıb. Avtomobilin xanım sürücüsü özünü itirməyərək, sürəti azaldıb. Ancaq bu da qəzanı qaçılmaz edib. Məlumatlara görə, gənc yüngül xəsarət alıb.
Görüntülər arxadan gələn avtomobillərdən birində yerləşdirilən kameraya əks olunub.
/oxu.az/




