Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətŞəmkirdən Bakıya piyada gəlir - FOTO

Şəmkirdən Bakıya piyada gəlir – FOTO

Şəmkir sakini Şəhidlər Xiyabanının müqəddəsliyinə diqqət çəkmək üçün piyada Bakıya yola düşüb.

Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səyyar Musayev Şəmkir rayonundan paytaxta qədər olan 410 km-lik məsafəni piyada qət etməyi planlaşdırıb. 35 yaşlı rayon sakini 8 gün piyada getməklə 20 yanvar hadisələrinin 30-cu ildönümü günü Şəhidlər Xiyabanına çatmağı düşünür.

O, artıq yolun bir hissəsini arxada qoyaraq Yevlax rayonuna çatıb. S.Musayev gecələr bir neçə saat istirahət etməklə yola davam etdiyini bildirib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments