Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətNərminin atası ilə anasının ziddiyyətli cavabları: Biri dediyini digəri inkar edir -...

Nərminin atası ilə anasının ziddiyyətli cavabları: Biri dediyini digəri inkar edir – VİDEO

Tovuzda yandırılaraq öldürülən 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev həyat yoldaşının Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevadan Bakı şəhərində ev istəməsi məsələsinə aydınlıq gətirib.

Ölkə.Az-ın əməkdaşı ilə söhbətində o, bunun jurnalistlərin uydurması olduğunu bildirib.

“Belə bir məsələ yoxdur. Biz heç yerə ev üçün müraciət etməmişik. Bu, bəzi jurnalistlərin uydurub yazdığı xəbərdir”, – deyə Ş.Quliyev bildirib.

Jurnalistin “Gələcəkdə belə bir müraciət etmək fikriniz var?”, – sualına o, belə cavab verib:

“Hələlik belə bir fikrimiz yoxdur”.

Daha sonra o, Bakıda ev olsa belə, paytaxta köçmək fikirlərinin olmadığını da bildirib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments