Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətAzərbaycanda bir ailənin beş üzvü göbələkdən zəhərləndi

Azərbaycanda bir ailənin beş üzvü göbələkdən zəhərləndi

Saatlı rayonunda zəhərlənmə hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.

Məlumata görə, Seyidlər kənd sakini,1974-cü il təvəllüdlü Məmmədov Əbülfəz Ağarza oğlu, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məmmədova Xuraman Xuda qızı, övladları, 2007-ci il təvəllüdlü Əli, 2009-cu il təvəllüdlü əkiz qardaşlar Vahid və Zahid zəhərlənmə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada həkimlər tərəfindən onlara ilkin tibbi yardım göstərilib.

Tibb mərkəzindən verilən məlumata görə, ailə üzvlərinin vəziyyətləri stabildir.

Onlar göbələkdən zəhərləndiklərini bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments