Cümə axşamı, May 14, 2026
Google search engine
EvKriminalBakıda heroin satışı ilə məşğul olan dörd nəfər tutuldu

Bakıda heroin satışı ilə məşğul olan dörd nəfər tutuldu

Bakıda dörd nəfərin üzərindən heroin aşkarlanaraq götürülüb.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Böləsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər cinayət məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Allahverdi Hümbətovdan 301 qr heroin, Xəzər RPİ-nin 2-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə 1996-cı il təvəllüdlü Elvin Fərzəliyevdən 436 qr heroin aşkarlanaraq götürülüb.

Bundan başqa, bir nəfər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Belə ki, görülən tədbirlər zamanı Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Fazil Cəfərovun üzərindən 321 qr heroin aşkarlanaraq götürülüb.

Daha bir əməliyyat-axtarış isə Əlahiddə Çevik Polis Alayı və Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları ilə birlikdə həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Elgün Qasımzadədən 389 qr heroin aşkarlanaraq götürülüb.

Hər dörd fakt üzrə araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments