Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətAbşeronda “İKOŞ” ləqəbli qadın narkotacir tutuldu - VİDEO

Abşeronda “İKOŞ” ləqəbli qadın narkotacir tutuldu – VİDEO

Abşeronda narkotik vasitələrin alqı satqısı ilə məşğul olan “İKOŞ” ləqəblı xanım saxlanılıb.

Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, 24 yaşlı İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub.

Onun yaşadığı evə baxış keçirilən zaman, oradan küllü miqdarda, xüsusi bükümdə olan 4,537 qram heroin, 9,485 qram metadon, 1 qramda metofitamin tapılaraq aktlaşdırılıb. İlkanə Nəbiyeva bütün maddi sübutlarla Polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.

“İKOŞ” ləqəbli İlkanə Nəbiyevanın əvvəllər məhkumluğu olmayıb. O , bu cinayət əməlinə qardaşına görə qurşandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments