Cümə axşamı, May 14, 2026
Google search engine
EvKriminalNarkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb – VİDEO

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb – VİDEO

Biləsuvar polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlayıb.

Daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran vətəndaşları – Rövşən Nüsrəti və Rəsul Modiri axlanılaraq Biləsuvar Rayon polis şöbəsinə gətiriliblər.

İlkin baxış zamanı onların üzərindən 5 kiloqram 500 qram narkotik vasitə olan heroin, 5 kiloqram 300 qram narkotik vasitə tiryək, 5 kiloqram 600 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd “Makarov” tipli tapanca, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Dindirilmə zamanı məlum olub ki, onlar narkotik vasitələri iran vətəndaşı olan “Əli” adlı şəxsin sifarişi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətiriblər.

Dırnaqarası qəhramanlar gətirdiklərini əvvəlcədən müəyən edilmiş yerdə gizlətdikdən sonra geri qayıtmaq istəsələr də, polis onların bu arzusunu ürəklərində qoyub.

Faktla bağlı müafiq əməliyyat tədbirləri davam etdirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments