Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətKür çayı buz bağladı

Kür çayı buz bağladı

Gürcüstanda son günlər davam edən güclü şaxta Kür çayının (gürcücə Mtkvari) donmasına səbəb olub.

Median.Az “Report”a istinadən xəbər verir ki, çayın Mtsxeta şəhəri yaxınlığından keçən müəyyən hissələri buz bağlayıb.

Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti ölkə ərazisindəki göl və su anbarlarının buzla örtüləcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Gürcüstanda şaxtalı hava şəraitinin hələ bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments