Şənbə, May 16, 2026
Google search engine
EvDünyaKoronavirusla mübarizə üçün ilk dərmanın istehsalına başlandı

Koronavirusla mübarizə üçün ilk dərmanın istehsalına başlandı

Çinin şərqində Tayçjou əyalətində koronavirusla mübarizədə təsirli ola biləcək ilk dərmanın istehsalına başlanılıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, “Zhejiang Hisun Pharmaceutical” şirkəti tərəfindən hazırlanmış “Faveylavey” dərmanı (əvvəllər “Favipiravir” ya da “Fapilavey”) Çinin Dövlət Dərman vəsaitlərinə və Qida məhsullarına nəzarət İdarəsi tərəfindən təsdiq olunub.

İstehsal edilən dərmanın koronavirusun müalicəsində və qarşısının alınmasında mühüm rol oynaya biləcəyi qeyd olunur.

Çin Elm və Texnologiya Nazirliyi yanında Milli Biotexnoloji İnkişaf Mərkəzinin direktoru Çjan Sinmin tədqiqatlar zamanı bir neçə növ dərmanın, o cümlədən “Remdesivir” və Yaponiyada istehsal olunan “Favipiravir” dərmanının koronavirusun müalicəsində klinik effekt göstərdiyini bildirib.

O, koronavirusa qarşı peyvəndin hazırlanmasını sürətləndirmək üçün müxtəlif texnoloji yanaşmalardan istifadə edildiyini və bir sıra peyvəndlərin artıq heyvanların üzərində sınaqdan keçirildiyini də diqqətə çatdırıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments