Şənbə, May 16, 2026
Google search engine
EvKriminalBakıda qayınata və kürəkən bıçaqlanıb

Bakıda qayınata və kürəkən bıçaqlanıb

Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Binə qəsəbəsi, Yeni Binə yaşayış massivində qeydə alınıb. 1965-ci il təvəllüdlü Həsənov Azər Vəlixan oğlu və onun kürəkəni Əhmədov Elçin Mikayıl oğlu küçədə olarkən naməlum şəxslər avtomobildən düşərək onlarla mübahisə edib. Əlbəyaxa davaya çevrilən mübahisə nəticəsində A.Həsənov və E.Əhmədov bıçaq xəsarətləri alıblar.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments