Cümə axşamı, May 14, 2026
Google search engine
EvDünyaGürcüstanda koronavirusdan sağalan azərbaycanlı xəstəxanadan buraxılıb

Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı xəstəxanadan buraxılıb

Gürcüstanda ilk koronavirusa yoluxma qeydə alındığı etnik azərbaycanlı sağalıb və xəstəxanadan evə buraxılıb.

Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 55 yaşlı kişinin təkrar testlərinin cavabı mənfi olub. Ona bir həftə müddətinə ev şəraitində özünü təcrid etməsi tövsiyə edilib.

Qeyd edək ki, Marneulidən olan həmin şəxs fevralın 25-də İranın Qum şəhərindən Azərbaycan vasitəsi ilə Gürcüstana qayıdıb. Onda virusa yoluxma fevralın 26-da təsdiq edilib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments