Şənbə, May 16, 2026
Google search engine
EvDünyaTürkiyədə koronavirusa yoluxmuş 107 yaşlı qadın sağaldı - FOTO

Türkiyədə koronavirusa yoluxmuş 107 yaşlı qadın sağaldı – FOTO

Türkiyə vətəndaşı 107 yaşlı Həvaxan Karadeniz dünyada koronavirus qalib ən yaşlı qadınlardan biri olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, güclü öskürək və yüksək temperaturdan şikayət edən qadın aprelin 7-də İstanbul Elmi-Tədqiqat Klinikasına yerləşdirilib. Onun koronavirus testi müsbət olub.


Karadeniz bir həftə sonra xəstəxanadan buraxılıb. Xəstəxananın tibb personalı Karadenizin qısa müddət ərzində təhlükəli xəstəliyə qalib gələ bilməsindən təəccüblənib. Həkimlərin fikrincə, qadına güclü immun sistemi kömək edib.

İndi o evində 14 günlük karantindədir.

Karadenizin dörd övladı, on bir nəvəsi və on beş nəticəsi var. Onun nəvələrindən biri tezliklə baba olacaq.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments