Cümə, May 15, 2026
Google search engine
EvDünyaMəşhur bloqer Hüseyn Həsənov Moskvada saxlanıldı

Məşhur bloqer Hüseyn Həsənov Moskvada saxlanıldı

Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb.

Bu barədə gazeta.ru məlumat yayıb.

Bildirilir ki, bloger “Rolls Royse Cullinan” markalı avtomobilində saxlanılıb. Həmin maşının axtarışda olduğu deyilir.

O da qeyd olunur ki, Hüseyn maşına “Lamborghini” markalı digər avtomobilinin nömrə nişanını vurub.

Bloqer həmçinin bu ayın 9-da avtomobilinin dövlət nömrə nişanını gizlətdiyinə görə üç aylıq sürücülük hüququndan məhrum edilib.

Xatırladaq ki, Rusiyanın məşhur blogerlərindən olan Hüseynin “İnstagram”da 14 milyondan çox izləyicisi var.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments