Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətSMS icazə olmadan evi tərk edənlər cəzalandırılacaq - RƏSMİ

SMS icazə olmadan evi tərk edənlər cəzalandırılacaq – RƏSMİ

“Sərt karantin günlərində icazəsiz evi tərk edən şəxslər məsuliyyətə cəlb olunacaq”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, vətəndaşlar SMS icazəyə müsbət cavab aldıqdan sonra yaşadıqları ərazini tərk etməlidirlər:

K.Əliyev qeyd edib ki, vətəndaş evdən çıxarkən icazəsi olmalıdır:

“Vətəndaşlar SMS icazəni karantin postuna çatanda almamalıdırlar. Əks halda, həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar. Çünki postlarda polisə SMS icazəni təqdim edə bilməyən şəxslər karantin qaydalarını pozmuş hesab ediləcəklər”.
//oxu.az

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments