Bakıda orta yaşlı kişi bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Məmmədov Vüqar Əkrəm oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı V.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *