Lənkəranda dördotaqlı evdə yanğın olub

Lənkəran şəhərinin Girdəni kəndində ümumi sahəsi 195 kvadrat metr olan birmərtəbəli dördotaqlı evin iki otağının yanar konstruksiyaları və dam örtüyü 100 kvadrat metr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *