Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətBakıda qadın gözəllik salonundan oğurluq etdi

Bakıda qadın gözəllik salonundan oğurluq etdi

Bakıda gözəllik salonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə avqustun 31-də rayon ərazisindəki gözəllik salonlarının birindən 50 manat dəyərində eynək qabının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakini Z.Əliyeva tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun F.Bəylərlinin pulqabısından 400 manat, E.Sərxanovanın çantasından isə 200 manat oğurlaması da müəyyən edilib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments