Cümə axşamı, May 14, 2026
Google search engine
EvOrduPrezidentin köməkçisindən Paşinyana cavab

Prezidentin köməkçisindən Paşinyana cavab

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın sosial şəbəkədə təxribat xarakterli paylaşımına reaksiya verib.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi Ermənistanın Baş naziri Nikol Paşinyanın ermənilərin Avropanın bir sıra ölkələrində təşkil etdiyi qanunsuz aksiyalarla bağlı paylaşımına cavab olaraq bildirib:

“Ermənistan hökumətinin təşəbbüsü ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolların işini pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyata zərər vurur və COVİD-19-u yayırlar. Bu cür təxribatlara əl atmaq əvəzinə, Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”.


RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments